08.10.2018

Türkiyə ilə Ermənistan arasında sərhədlər açıq olsa da, azərbaycanlılara elə yeridilib ki, guya Azərbaycanın xətir-hörmətinə görə (Qarabağ məsələsi) Türkiyə Ermənistanla sərhədi qapayıb və onu blokadada saxlayır. Bu iddia, yumşaq desək səmimi deyil. Ən azından Türkiyədə erməni nömrəli avtomobillər doludur və Ermənistanda da ölkəyə mal daşıyan Türkiyə yük maşınlarına addımbaşı rast gəlinir. Türkiyə Ermənistanla sərhədi virtual olaraq bağlayıb -azərbaycanlıların başını qatmaq üçün- əsl reallıqda ermənilər və türklər azad şəkildə sərhədi keçirlər. Hətta Yerevan və İstanbul arasında Türkiyənin təşəbbüsü və maliyyəsi ilə açılmış aviasiya əlaqələri də mövcuddur. Bunun nəyi blokadadır?!

Комментариев нет:

Отправить комментарий