28.02.2020

Əbləhin müqəddəsləşdirilməsi

Boris Nemtsovu Rusiyadan xəbəri olmayıb danışan Azərbaycan politoloqlarının, ictimai fəallarının, mətbuatının sayəsində bir ciddi fiqur kimi tanısanız da Kreml üçün çoxdan küçədə it-pişik qovan sərsəmə çevrilmişdi.
RF Nijni Novqorod əyalətinin qubernatoru seçilməsində kriminal qrupların dəstəyini aldı və vəzifə kürsüsünə oturar-oturmaz hər kəs bu əbləhin özünə deyil, onu həmin vəzifəyə çəkən əyalətin "smotryaşşisi" olan qanuni oğruya göz aydınlığı verdi. Hətta bir dəfə kabinetində hamisi tərəfindən yaxşı kötəkləndi də. Banditlər olayı gizlətmirdilər də. "Saplyakın" çaşdığını deyirdilər. Bəli! Tam beləcə! Oxuduğunuz kimi.
Vəzifə sarıdan bəxti gətirən bu cavan sonra Rusiyanın yanacaq və energetika naziri olur. Müqavilələri təftiş etmədən xarici şirkətlərdən aldığı babat rüşvətlər müqabilində imzalayaraq ölkəyə baş ağrılar gətirir. Özünü sata bilir. ABŞ və Qərb korporasiyaları, xüsusi xidmət orqanları belə "kadrı" fürsət bilirlər.
Bu amillərdən dolayı RF XXO-nın səyi ilə bilinən, ehtimal olunan və bilinməyən səbəblərə görə vəzifəsindən götürməsələr də (ya bacarmasalar da) səlahiyyətləri azaldılır. Xarici şirkətlərlə razılıq sənədlərinə nəzarət qrupu yaradılır.
Bir müddət sonra baş nazirin müavini, Dövlət Dumasında qısa müddətli orta vəzifələrdə yer alır. Ardından müxalif düşərgədə yer alır. Amma, son 7-8 ildə ötən hər gün onu siyasətdə heçə endirir. O qədər əhəmiyyətsiz olur ki, adi MİS rəisi "да пошёл ты!" deməkdən narahat olmur.
Üç uşaq atası olsa da, ailə adamı deyildi. Tüfeyli həyat tərzi keçirirdi. Günlərlə otellərdə, sauna otaqlarında narkotikdən, içkidən bihuş olaraq qızlara sarılmış qalırdı. İki gün sonra ayılırdı.
Nəhayət, Ukrayna ordusunun səhra komandirlərinin biri həyat yoldaşıyla gəzdiyi üçün onu cəzalandırmağa qərar verdi və Kremlin yaxınlığında, Moskva çayının üstündə muzdlu qatilə güllələtdi.
Rusiya liberalları bu qətldən Kremlə siyasi təzyiq kimi istifadə etdilər.
Azərbaycan liberalları və mətbuatı da hadisəni demokratiyanın belinin qırılması, onun özünü isə plüralizmin olimpi, müqəddəs ruhun sahibi kimi yad etdi.
Şəkildə gördüyünüz şəxs- həmin Boris Nemtsovdur!

Əli İsgəndərov

Комментариев нет:

Отправить комментарий