14.02.2020

İraq "Hizbullah"ı sənədləri açıqladı: ABŞ Müqtəda Sədri öldürəcəkdi, Qasim Süleymani mane oldu

Eastnews.org-un verdiyi xəbərə görə, İraqın “Əsaibu Əhlil-Həqq” hərəkatının komandiri Şeyz Qeys Xəzəli İraq gündəmi ilə bağlı çox əhəmiyyətli açıqlamalar verib. O bildirib ki, general Qasim Süleymaninin göndərdiyi sənədlərə əsasən, İraqın üç əsas qüvvələrindən biri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə xidmət edir.
Qeys Xəzəli qeyd edib ki, İran İnqilab Keşikçiləri Korpusunun Qüds briqadaları komandanı general-mayor Qasim Süleymaninin verdiyi məlumatlara əsasən, 2012-ci ildən bəri üç təhlükəsizlik mərkəzindən biri (Prezident, Parlament, Baş Nazir) ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə xidmət edir. Aksiyalarda snayperlərlə aksiyaçılara atəş açanlar da onların tapşırıqlarını icra edib.
O daha sonra qeyd edib ki, ABŞ İraqın "Sədr" hərəkatının lideri Müqtəda Sədri öldürüb daha sonra bunu “Əsaibu Əhlil-Həqq” hərəkatının üzərinə atmaq istəyib: "İraqdakı ilk ABŞ-İsrail layihəsi Müqtəda Sədrin terroru idi. Bununla da bizi ittiham etmək istəyirdilər. Bu məlumat Müqtəda Sədr və İrana çatdı, buna görə vəziyyət düzəldildi. Plan uğursuz oldu".
"Bu sənədlərin mənbəyi general Qasim Süleymani idi. O, etibarlı bir mənbə idi. Ona görə ABŞ kəşfiyyatına işləyən bu şəxsin məsuliyyət daşıdığına əminəm, bu şəxs vətənpərvər bir iraqlı kimi çalışmır, ancaq Amerika rəhbərliyi ilə işləyir", - deyə Qeys Xəzəli bildirib.
O daha sonra qeyd edib ki, ABŞ-ın İraqdakı layihəsinin iki əsas məqsədi var. Biri "Həşd Şabi"ni daxildən zəiflətmək, ikincisi isə nümayişçilər və təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaratmaq: "Bununla da Baş Naziri istefa verməyə məcbur edib, öz adamlarını vəzifəyə gətirmək idi. Nümayişçilərin əksəriyyəti haqlıdır, lakin bəziləri təxribatçıdır".

Комментариев нет:

Отправить комментарий