General Süleymani qəhrəman kimi yaşadı, qəhrəman kimi döyüşdü və qəhrəman kimi də öldü. O Dəccala və qaramata qarşı döyüşdü. Nümunəvi həyat tərzi, nümunəvi sonluq. Bu sublime adlanır, itirilmiş əzəmət, estetikanın özəyi. Təkcə düzgün həyat tərzi sürmək vacib deyil, düzgün ölmək də şərtdir. Bu əsl sənətkarlıqdır. Qlobal əclaflığa qarşı döyüşmək və igidcəsinə ölmək. İran Loqosu elə budur- İşığın Oğulları Qaranlığın Oğullarına qarşı döyüşürlər. Qələbə çalmaq əsas deyil, əsas düzgün tərəfdə vuruşmaqdır. Bax əsl şöhrət- Xvarenonun zərif işığı onlara məxsusdur. Heç bir hefslənmə, heç bir qüssə yoxdur -ideal nümunə, insanın başına gələcək ən yaxşı iş- əldə silah həlak olmaq, çoxluca igidliklər etməklə, İŞİD-in Səudiyyə marionetkalarını qırıb çatmaqla, dostları (Böyük Suriyanı) qorumaqla və düşmənləri pərişan salmaqla. Yaxın zamanda ən vacib hadisələr Liviyada yox, İraqda baş verəcək. İlk növbədə bu torpaq azad olunmağa məhkumdur. Məhz burda yeni Müqavimət doğulacaq. General Süleymaninin ruhundan doğulacaq.
Aleksandr Duqin, tanınmış Rusiya politoloqu, filosofu, Avrasiya Hərəkatının rəhbəri
Aleksandr Duqin, tanınmış Rusiya politoloqu, filosofu, Avrasiya Hərəkatının rəhbəri
Комментариев нет:
Отправить комментарий