07.09.2020

Müstəqilliyin gətirdiyi radikal dəyişikliklər

Aslan Aslanov

Bilindiyi kimi, SSRİ dağılan ərəfədə Çeçenistan müstəqilliyini elan etdi. 1991-ci ildə Çeçenistanın müstəqilliyi uğrunda mübarizə aparan çeçen ziyalılar artıq 1996-cı ildə qatı islami radikallara çevrilmişdilər.
Misal üçün, dövlətin başçısı Cövhər Dudayevi götürək. Kommunist partiyası üzvü olan Dudayev 1989-cu ildə aviasiya general-mayoru idi (SSRİ-də bu rütbəyə yüksələn yeganə müsəlman olub). Ona hərbi xidmətdə olduğu zaman çox az adama etibar edilən Miq 22M bombardmançı təyyarəsi təhkim olunmuşdu. Özü sonralar bunu təkzib etsə də Dudayev həmin təyyarə ilə Əfqanıstandakı islamçılara qarşı mübarizə aparmışdı.
İkinci prezident Aslan Masxadov da SSRİ qoşunlarının polkovniki olmuşdu. Litva 1990-cı ildə müstəqilliyini elan edəndə Masxadov Vilnüsdəki qarnizonun komandiri idi.
Üçüncü prezident Zəlimxan Yandarbiyev SSRİ Yazıçılar İttifaqının üzvü idi. SSRİ dağılana qədər onun şeirlərindən ibarət 4 kitabı çap olunmuşdu.
Kızlyar xəstəxanasında terror aktı ilə tanınan Salman Raduyevin iqtisadiyyat üzrə doktorluq dərəcəsi var idi. 1989-cu ildə Raduyev Varnada yerləşən Bolqarıstan Milli Akademiyasından məzun olmuşdu
Tahir Batayev Çeçen-İnquş Dövlət Universitetinin hüquq fakultəsində təhsil almışdı.
Vaxtilə dünyanın 10 ən təhlükəli terrorçusu siyahısında olan Doku Umarov Qroznı Neft İnstitutunu, Şamil Basayev isə Moskva Mühəndislər İnstitutunu bitirmişdi. Şamil Basayev hal-hazırda adı dəyişdirilən "Terek" futbol klubunun futbolçusu da olmuşdu.
Onların heç birində SSRİ dağılana qədər radikal dini həssasiyyət yox idi.
Cövhər Dudayevin özü verdiyi müsahibələrin birində SSRİ dağılmasa Çeçenistanın müstəqilliyi barədə heç vaxt düşünmədiyini bildirirdi.
Çeçenistan misalı bir sistemin məhvinin insan həyatını hansı formada radikal dəyişikliyə gətirə biləcəyinin ən böyük örnəyini təşkil edir.
Onlar çeçen xalqını ayaqda tutacaq bir ziyalı təbəqəsini formalaşdıra bilərdi. Hal-hazırda isə onların heç biri həyatda deyil və adlarının üzərində terrorçu damğasını daşıyırlar.

Комментариев нет:

Отправить комментарий