Bismillah.
Əzizi-mən, qəmiylə həmqəm olmağa vəfa gərək,
Vəfalı aşinaların başında min bəla gərək.
Şəhadət istəyən könül, baxarmı fani aləmə?
Gözün cəhanda qalmasın edəndə can fəda gərək.
Pozar nizami-aləmi dilimdə qəm duaları,
Sütuni-ərşi titrədə, səmimi hər dua gərək.
Görəndə zahidin həya libasını, dedim əcəb
Libası tək, üzündə də oleydi bir həya gərək.
Məcazi aləm içrə tapmaq istəsən həqiqəti
Ürəkdə ney-nəva səsi, könüldə Kərbəla gərək.
Cəza günündə, Adila, xətalarında əfv üçün
Şəfaət eyləsin sənə Əliyyu Mürtəza gərək.
Комментариев нет:
Отправить комментарий