27.05.2022

Saxta demokratiya, müstəqillik, insan haqları şüarları ilə silahlanmış satqınların əli ilə Azərbaycanı "qarğa bazarına" döndərdilər

Nadir Qocabəyli

"Hicran" tamaşasında Dadaşbala Qızbacıya hər kəlməbaşı "bizim arvad olub, boşamışam" dediyi kimi, Əli Kərimli də hər ağzını açanda "rus qoşununu ölkədən çıxarmışıq" deyir...
Qızbacı Dadaşbalaya cavab verir ki, "nə boşamışam-boşamışam salmısan, guya məni boşayıb vərəzan günə çıxmısan?!"
İndi ay Əli əfəndi, rus qoşununu çıxarmağınızla kimin qarnı doydu, kimin ailəsi xoşbəxt oldu, kimin xəstəliyi sağaldı, kimin maaşı artdı? Əksinə, torpaqları itirdik, nə qədər insan həlak oldu, nə qədəri yurd-yuvasından dərbədər düşdü, nə qədər ev-eşik dağıldı, nə qədər ailə bədbəxt oldu... 
Mən hələ bunun fonunda Bakıdan, Sumqayıtdan, Mingəçevirdən, Gəncədən, digər şəhər və rayonlardan nə qədər rusun və rusdilli əhalinin köçüb getdiyini demirəm. Onlar Azərbaycanın sənayesinə, təhsilinə, mədəniyyətinə, hüquq-mühafizə sisteminə böyük töhfə verirdilər. Onları burdan qaçırmaqla mono-etnik ölkə yaratdınız və bu gün vaxtilə dünyanın mədəni mərkəzlərindən sayılan Bakıda adi növbə mədəniyyəti belə yoxdur. Hər yerdə rüşvət, qanunsuzluq, özbaşınalıq tüğyan edir və bunlara qarşı ictimai etiraz, müqavimət yoxdur. Amma sovet dövründə cəmiyyət daha fəal, daha passionar olduğundan qayda-qanunlara daha yaxşı əməl olunurdu. Bunun əsas səbəblərindən biri də çoxmillətlilik, beynəlmiləlçilik idi...
Siz bununlamı fəxr edirsiniz, Əli Kərimli? Azərbaycanın hər yerinin "qarğa bazarına" dönməsində göstərdiyiniz əvəzsiz xidmətə görəmi?..
Digər tərəfdən. Məgər Rusiya qoşunlarını burdan güc tətbiq edərək qovub çıxartdınız? Əgər onlar özü getməsəydi, bunu bacarardınız? Siz həmişəki kimi bu məsələdə də ağ yalan danışırsınız. Çünki Rusiya qoşunlarının çıxması prosesinin səbəbləri tamamilə başqadır, ruslar özləri buna qərar veriblər və istəməyən respublikalardan qoşunları çıxarıblar. Çünki onların içində də sizin kimi Qərb agentləri vardı və belə təəssürat yaradırdılar ki, qoşunları müttəfiq respublikalarda saxlamağa vəsait yoxdur. Yerli hökümətlər isə bunu təmin etmək istəmirlər. Bəli, bu əslində böyük təxribat idi, hamımıza ciddi ziyan vurdu. Bu bütün təxribatlar kimi, Amerika planı idi və saxta demokratiya, müstəqillik, insan haqları şüarları ilə silahlanmış satqınların əliylə həyata keçirildi...

Комментариев нет:

Отправить комментарий