Bizim siyasətci analitiklər, blogerlər, partiya rəhbərləri Qazaxstan hadisələrində də Rusiyanı "neprav"cıxartmaq ücün dərigən qabıqdan cıxırlar. Vahhabilik bütün dünyanı götürüb gedir, bizimkilər də millətin başını Turanla, türkcülük nagıllarıyla aldadırlar. Allah buralara açılan yollarınızı da baglasın, kimin əliylə olursa olsun.
Qazaxıstanın keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin sədri, hazırda Avropada mühacirətdə olan general A Musayevlə müsahibə
- Necə oldu ki, Nazarbayevin yaxın qohumları Milli Təhlükəsizlik Komitəsini (MTK) vahhabilərin mənzil-qərargahını çevirdilər? Deyilənlərə görə onun bacısı oğlu Kayrat Satıbaldı MTK-nin bütün əməkdaşlarını radikal islama cəlb edib və onların vahhabilər kimi namaz qıldığına nəzarət etmək üçün iş otaqlarını dolaşır...
- 2000-ci illərin əvvəllərində Nazarbayev Kayrat Satıbaldını MTK sədrinin kadrlar üzrə müavini təyin etdi. Yeri gəlmişkən, Nazarbayevin digər yaxın qohumu Samat Abiş də MTK-nin sədr müavini vəzifəsində çalışırdı. Kayrat sələfi idi və MTK-nın bütün operativ tərkibini islamın məhz bu qolunun adeptinə çevirmək üçün böyük səylər göstərirdi. Samat Abiş da sələfi idi və həmçinin MTK-nin islamlaşmasında iştirak edirdi, düzdür, tipik major olaraq qalırdı və zəngin həyat tərzi sürməkdə davam edirdi. Onların hər ikisi çoxlu məscid tikdirib, dini mühitdə böyük nüfuzları vardı, BƏƏ və Səudiyyə Ərəbistanında çoxlu vaxt keçirirdilər... Elə oralarda da böyük biznes qurmuşdular. BƏƏ və Səudiyyə Ərəbistanı Nazarbayevin qohumlarının dini fəallığını həvəsləndirirdi. Hər ikisi təbii ki, yanvar hadisələrində iştirak edib, ancaq birbaşa yox, dini icmalardakı tərəfdarları vasitəsilə. Onların adamları xüsusilə Cambulda və Alma-Atada fəal idi.
Комментариев нет:
Отправить комментарий