Səbinə Mirzəyeva
NATO və Rusiya qarşıdurması üçün məkan nəyə görə məhz Ukrayna seçildi? Faktlara əsaslanaraq şəxsi fikirlərimi bölüşürəm.
Ukraynadan daha əvvəl bu məqsəd üçün Türkiyəni seçilmişdi. Qərb Suriyada Rusiya ilə birbaşa toqquşmadan çəkindiyi üçün Türkiyəni təhrik edirdi. Bunun üçün Davutoglu ən uyğun lider idi. Rusiya qırıcısının Suriya səmasında vurulması da buna hesablanmışdı. Amma baş tutmadı.
Türkiyə üzrxahlıq edib təzminat ödədi, pilota Antalyada heykəl qoydu və məhz Azərbaycanın vasitəçiliyi sayəsində Türkiyə-Rusiya münasibətləri düzəldi. Davutoglu isə vəzifədən uzaqlaşdırıldı...
Ehtiyat variant olan Ukraynanı Qərb 10 ilə yaxındır ki, müharibəyə hazırlayır. Müharibənin ideoloji bazası kimi neonasizm təbliğ olunurdu ki, slavyan amili nifrət və qəzəbdən çəkindirməsin.
Nəyə görə antirus mövqedə olan Pribaltika yox, məhz Ukrayna?!
Çünki Ukrayna təkcə ərazisinə görə Avropanın ən böyük dövləti deyil. Elə ordusuna görə də Avropanın ən böyük ordusudur. Müharibənin əvvəlində Ukrayna ordusu 51 briqada və milli qvardiya mövcud idi. Əlavə olaraq da 25 briqada Ərazi Özünü Müdafiə briqadaları var idi. Müqayisə üçün deyim ki, NATO-ya girmək istəyən İsveçin 2, Finlandiyanın 6 briqadası var. Zelenski isə müsahibəsində dedi ki, səfərbərlik nəticəsində 700 minlik ordu yığa bilərik. Bu isə bütün Avropa dövlətlərinin hamısının bir yerdə toplam ordusundan çoxdur.
NATO və Rusiya qarşıdurmasında geniş meydan üçün ən uyğun və əlverişli ölkə kimi Ukrayna məhz buna görə seçilmişdi...
Комментариев нет:
Отправить комментарий