29.09.2022

Kəmaləddin Heydərov Ramiz Mehdiyevin oğlunu yanında niyə saxlayıb?!

“Əslində Azərbaycan Konstitusiyasına görə hər bir vətəndaşın işləmək hüququ var. Məsələ ondadır ki, bu işləmək hüququ Azərbaycanda ancaq varlıların uşaqlarına, nəvələrinə şamil olunub. Nisbətən orta təbəqə və kasıbların uşaqları xaricdə oxusalar belə, bu “şərəf”ə nail olmurlar. Nə üçün Ramiz Mehdiyevin oğlu general olmalıdır, amma heç bir iş görməməlidir? Nə üçün Mehdiyevin nəvəsi Fövqəladə Hallar Nazirliyində idarə rəisi olmalıdır? Niyə başqaları olmasın? Vallah, Kəmaləddin Heydərovu anlaya bilmirəm. Ramiz Mehdiyev Azərbaycan dövlətinin əleyhinə fəaliyyətlə məşğuldur. Bu məsələ artıq vitse-spiker səviyyəsində qaldırıldı”.
Yenisabah.az xəbər verir ki, bunu politoloq Cümşüd Nuriyev deyib.
C.Nuriyev qeyd edib ki, Kəmaləddin Heydərov Prezident İlham Əliyevə ən sadiq şəxslərdən biridir: “Anlamadığım odur ki, belə bir şəraitdə Ramiz Mehdiyevin bütün ailə üzvlərinin hamısı işləyir. Necə olur, bir ailədə neçə nəfər varsa, hamısı işləyir, amma bizim hamımızı 20-25 ildir gözlədirlər. Əvvəl deyirdilər ki, cavansınız, indi deyirlər qocasınız. Necə olur bəs Ramiz Mehdiyevi 80 yaşında AMEA-ya prezident qoydular? Oğlu gözünü açandan generaldır, kürəkəni deputat, qızı da kafedra müdiridir, həyat yoldaşı da... Nədir bu? Bunlar seçilmiş adamlardırlar ki? Anlamıram, bir adam dövlətin əleyhinə işləyirsə, o dövlətin məmurları niyə dövlət əleyhinə olan adamın bütün kadrlarını dəstəkləyirlər? Əslində onlar heç əvəzolunmaz kadr da deyillər. Düzü, burda bir az “nonsens” yaranır. Çünki dəqiq bilirəm ki, Kəmaləddin Heydərov heç vaxt nə dövlətin, nə də Prezident İlham Əliyevin əleyhinə gedər. Amma niyə Ramiz Mehdiyevin oğlunu yanında saxlayıb, buna özü aydınlıq gətirsə, daha yaxşı olar. Dövlət ayrı-ayrı adamlara deyil, xalqa xidmət etməlidir. Amma bütün vəzifədə olanların uşaqları hər yeri tutub, oturublar. Qalanları çətin vəziyyətdədir...”.

Комментариев нет:

Отправить комментарий