20.09.2022


Rusiyalı politoloq, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru Valeri Korovin:

- Bəziləri hesab edir ki, xüsusi əməliyyat uzun çəkdi, daha da sürətlə gedə bilərdi. Təbii ki hamımız istərdik xeyir şərə tez qalib gəlsin, bunu hamımız görək. Bəs bu qədər tez təslim olarsa, onda bu necə şər olur ki? O zaman bu o demək olacaqdı ki, biz səhnələşdirilmiş, operettalaşdırılmış, təmtəraqlı bəzədilmiş şərlə məşğul olmuşuq. Və bu qələbə həqiqi qələbə  olmayacaqdı. Hər şey asan olsaydı, yəni düşmən təslim olaraq kapitulyasiyaya imza atsaydı, Qərb bizim haqlı olduğumuzu tanısa idi, Avropa qazı Putindən rublla almağa razılaşsaydı, sanksiyalar götürülsə və  Zelenskini hansısa cəhənnəmə göndərsəydi, bu çox şübhəli olardı. Bu necə Şeytandır ki, bu qədər tez təslim olur? Şeytan - bu ciddi məsələdir. Bu müharibə Rusiya ilə Qərb arasında son esxatoloji döyüşdür və tez baş verib bitə bilməz. Bu altı ay ərzində XHƏ-yə rəhbərlik edən Rusiya bir sıra problemləri həll edib. Bunlardan birincisi Xüsusi Əməliyyat zamanı Donbassdakı “qazanlarda” aqressiv Ukrayna nasist azlığının kütləvi şəkildə məhv edilməsidir. Təsəvvür edin ki, xüsusi əməliyyat ilk günlərdə olduğu kimi sürətli yerləşdirmə Kiyev yaxınlığında plasdarm tutulması, Kiyevin, Çerniqov, Odessanın blokadası və sairdən sonra başa çatıb. Həmin nasistlər sağ qalacaqdı... Gəlin belə bir hipotetik vəziyyəti təsəvvür edək: artıq ilk günlərdə Kiyevi, Çerniqovu, Odessanı, əsas şəhərləri və limanları nəzarətə götürdük. Vəssalam, xüsusi hərbi əməliyyatın başa çatması və yeni seçkilər elan edilir. Onda amerikalı müşavirlərin yetişdirdiyi bütün nasist kütləsi bizim ərazimizdə olardı. Onları təmizləmək üçün Böyük Vətən Müharibədən sonra 1950-ci illərin sonuna qədər edildiyi kimi, bir neçə onillik lazım gələcəkdi. Onların təmizlənməsi yavaş-yavaş, ağrılı şəkildə baş verəcəkdi. Hüquq mühafizə orqanlarının əməliyyat tədbirlərinin köməkliyi ilə tutulmalı, zirzəmilərdən, anbarlardan çıxarılmalı və məsuliyyətə cəlb edilməli idilər. Böyük Vətən Müharibəsi 1945-ci ildə başa çatdı, lakin nasizmin ortaqları olan ukraynalıların tutulması 1957-ci ilə qədər və daha sonrakı vaxta qədər davam etdi. Ta ki, Xruşşov onları reabilitasiya edənə qədər. Bundan sonra onlar yenidən müxtəlif rənglər altında böyüdülər və indi biz onlarla qarşı-qarşıyayıq. Əgər biz Ukrayna ərazisini tez bir zamanda nəzarətə götürsək, o zaman bütün bu minlərlə nasist strukturları arxa cəbhədə olardı. Təbii ki bu, Ukrayna əhalisinin az bir hissəsidir. Belə nasistlərin, karatellərin, bəşəriyyət əleyhinə cinayət törədən sadistlərin sayı bir faizindən də azdır. Amma digər tərəfdən onların sayı minlərlədir. Çünki Ukraynada on milyonlarla insan yaşayır, əhalinin 1-2%-i isə təxribat, terror hücumları törətməyə ideoloji motivasiyalı və fiziki cəhətdən hazır olan böyük bir kütlədir. Biz keçmiş Ukraynanın qərb sərhədlərinə çatacaqdıq, lakin bu zaman həmin nasist təxribat qrupları arxa cəbhədə qalacaqdılar. Biz Böyük Vətən Müharibəsindən sonrakı illərdə olduğu kimi, 10-15 il əziyyətlə döyüşərək onları təmizləyəcəkdik. İndi isə onlar sadəcə olaraq Donbassdakı “qazan”larda yanırlar. Bu, bizim tərəfimizdən qurbanlar tələb edir, lakin 8 il ərzində Qərbin öyrətdiyi minlərlə nasist karatel və cinayətkarı müharibənin ətçəkən maşınında fiziki olaraq üyüdürük. Bu, bütün Ukrayna ərazisində deyil, onların böyük bir miqyasda cəmləşdiyi yerdə baş verir. Bu, bizim birinci üstünlüyümüzdür. İkinci, biz incə, ehtiyatlı, səliqəli davranırıq - keçmiş Ukraynanın cənub-şərqindəki dinc rus və malorosları özümüzə qarşı çıxarmırıq. Sürətli və cəld hərəkət etsəydik, bizim istiqamətimizə uçan istənilən mərminin çıxdığı bütün obyektləri vurardıq, infrastrukturu, mənzil fondunu darmadağın edərdik, faşistlərin arxasında gizləndiyi çoxlu sayda mülki əhali bundan əziyyət çəkərdi. Onlar üçün mülki əhali asanlıqla qurban verdikləri bir zibildir. Onlar özlərini təkəbbürlə sosial iyerarxiya nərdivanında ən başda yerləşdirirlər və əhalini tərəddüd etmədən qurban verirlər. Bunu xüsusi hərbi əməliyyatın ilk aylarının təcrübəsi göstərdi. Nasistlər əməliyyatın əvvəllərində humanitar dəhlizlərlə çıxmağa çalışan Kiyev sakinlərini və Rusiyaya doğru hərəkət etməyə çalışan Çerniqov və Qərbi Ukrayna sakinlərini də asanlıqla məsrəf materialı kimi qurban verirdilər. Bu nifrət təkcə Cənub-Şərq sakinlərinə qarşı deyil, həm də ölkənin qərbində yaşayanlara qarşı yönəlmişdi. Lakin müttəfiq qüvvələr əks mövqe tutur, onlar üçün nasistlərdən başqa Ukraynanın bütün sakinləri özününküdür. Ona görə də biz yerli əhalini nəzərə alaraq yavaş-yavaş, ehtiyatla hərəkət edirik. Bu, sürətin aşağı salınması hesabına həll etdiyimiz ikinci vəzifədir - mülki əhalinin həyatını xilas etmək.

Комментариев нет:

Отправить комментарий