- Rusiya kollektiv Qərblə, NATO və müttəfiqləri ilə müharibə aparır. Nüvə Armaqeddonu ehtimalı günbəgün artmaqdadır. Bu, tamamilə aydındır və bir çox Amerika hərbi rəisləri (ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin keçmiş komandanı Ben Hoces kimi) bunu açıq şəkildə bəyan edirlər ki, Qərb bizim hərbi qüvvələrin keçmiş Ukrayna ərazisindən tamamilə çıxması ilə belə qane olmayacaq. Onlar “qeyd-şərtsiz kapitulyasiyaya” (Yens Stoltenberq), “de-imperializasiyaya” (Ben Hoces), Rusiyanın parçalanmasının vacibliyinə təkidlə israr edərək, bizi öz torpaqlarımızda məhv edəcəklərini açıq şəkildə bəyan edirlər.
Rusiya ideoloji müharibə vəziyyətindədir. Qlobalist Qərbin müdafiə etdiyi dəyərlər - LGBT, pozğunluqların, narkotiklərin leqallaşdırılması, insan və maşının eyniləşdirilməsi, nəzarət olunmayan miqrasiya zamanı total qarışma və s. – bunların hamısı onun hərbi-siyasi hegemonluğu və birqütblü sistemi ilə ayrılmaz şəkildə bağlıdır. Qərb liberalizmi ilə ABŞ və NATO-nun qlobal hərbi-siyasi və iqtisadi hegemonluğu vahid bir orqanizm kimidir.
Başlayan bu qlobal qarşıdurmanın mərkəzi məsələsi mənəvi, dini aspektdir. Rusiya Allahla müharibə aparan, din əleyhinə olan - Allah, Kilsə, Ailə, cins, insan kimi mənəvi dəyərləri və onların əsaslarını məhv etməyə çalışan sivilizasiya ilə müharibə aparır. Pravoslavlıq, ənənəvi İslam, Yəhudilik, Hinduizm və ya Buddizm, onlar üzərində qurulan bütün mədəniyyətlər Allahın varlığını, insanın yüksək mənəvi və əxlaqi ləyaqətini etiraf edir, ənənələr və dövlət, ailə, icma institutları ilə hesablaşır. Müasir Qərb isə bütün bunları virtual reallıq, marjinal fərdilik, cinslərin məhv edilməsi, bəşəriyyətə ümumi nəzarət, totalitar "imtina mədəniyyəti" ilə dəyişməklə məhv edir.
Biz bu gün pravoslav ağsaqqallarının "Antixristin (Dəccalın) sivilizasiyası" adlandırqdıqları bir sivilizasiya ilə müharibədəyik. Buna görə də Rusiyanın rolu bu həlledici döyüşdə müxtəlif konfessiyaların möminlərini birləşdirməkdir.
Bütün dünyanın düşməninin sizin evinizi məhv etməsini, ərinizi, oğlunuzu öldürməsini gözləməyin... Nə vaxtsa çox gec olacaq. Allah bizə belə bir vaxtın gəlib çatmasını nəsib eləməsin.
Qərb bizi məhv etmək üçün müharibəni – Üçüncü dünya müharibəsini başlamaq niyyətində olduğunu nümayiş etdirir. Bu hücumu dəf etmək üçün xalqımızın bütün potensialını toplayıb ortaya qoymalıyıq. Hər vasitə ilə - düşüncə, hərbi güc, iqtisadiyyat, mədəniyyət, incəsənət, dövlətin bütün strukturlarının və hər birimizin daxili səfərbərliyini həyata keçirməliyik.
Комментариев нет:
Отправить комментарий