20.09.2022


Rusiyalı filosof, politoloq, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru Valeri Korovin:

- Bizdə Sovet dövrünü yaşayanlar “ukraynalı” anlayışına hələ Sovet dövründən bəri müəyyən rəğbət bəsləyirlər. Çünki biz bu ifadənin altında malorosları nəzərdə tuturuq. Əslində isə “ukraynalı” rusofob deməkdir və Ukrayna Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə edəndə rus olan hər şeyi məhv etmək aləti kimi öz təbii formalarını aldı. Hansı ki biz son 30 ildə postsovet Ukraynasında qarşılaşmışıq. Ukraynaçılıq bütün ruslarla mübarizə ideyasıdır, Ukrayna isə rusları öldürən bir maşındır. Ona görə də bütün bu ərazidə de-Ukrainizasiya aparılmalı, ukraynalı olmaq qadağan edilməlidir. Kimsə ukraynalı olduğunu dedisə, onun yeri Sibir, QULAQ-dır. Kimsə ukrayna millətçisi olduğunu söylədisə, dərhal və yerində divara söykəyib güllələmək. Əgər maloross olduğunu dedisə, hər şey yaxşıdır, buyur keç, yaşa, işlə, mahnılarını oxu, saysız-hesabsız ləhcələrdə danış, sən bizimsən, özümüzküsən. Ukrayna dili polyak əsilli rus alimi Mixail Qruşevski tərəfindən yaradılmış süni dildir, “ukraynalıların” süni siyasi millətinin qurulması üçün dil əsasıdır. Maloross ləhcələrindən biri əsas götürülərək çatışmayan terminlər polyak dilindən əlavə edildi, qalanları rus dilindəki kimi olmasa da, sadəcə icad edildi. Yəni, süni bir dildir. Bu, “Üzüklərin Hakimin”dəki qoblinlərin və ya orkların dilində danışmaq kimi bir şeydir. Sadəcə öyrənin və danışın. Çoxlu maloross ləhcələri var - bunlar sağlam insanlar tərəfindən istifadə edilən, xutorlarda yaşayan və işləyən, tarlada işləyən, mal-qara otaran, bağçada yatan kiçik rus etnik qruplarının dialektləridir - bunlar hamısı bizim bir hissəmizdir. Yaxşı ukraynaçılıq yoxdur. Yoxdur və ola da bilməz. Ukrayna anti-Rusiya, ukraynalılıq rusofobiya, ukraynalı isə rusofob deməkdir. Bu, sadəcə olaraq bir faktdır, çünki orda heç bir ukraynalı qalmamalıdır. Yaxşı maloroslar var və o da bizik.

Комментариев нет:

Отправить комментарий