26.12.2022

Ağ Partiyada parçalanma baş verdi

Ağ Partiyanın bir qrup üzvləri və rayon təşkilatları partiyadan ayrılaraq bəyanat yayıblar. Həmin bəyanatı sizə təqdim edirik.

Ağ Partiyada olan xalqın aldadılmasına, haqsızlığa qarşı partiya funksionerlərinin və üzvlərinin etiraz bəyanatı

Azərbaycan xalqının taleyinə qarşı qurulmuş bu xəyanəti bütün müstəqil jurnalistlərə-ictimai-siyasi insanları açıqlamağı özümüzə borc bilirik.
Bu ilin 5-6 dekabrında Ağ Partiyanın tarixində böyük bir darbə oldu. Bu ləkəni gerçəkləşdirənlər və xalqı - saf niyyətli üzvləri öz çirkin məqsədləri üçün istifadə edən Mərkəzi Aparatın basqıçı rəhbəri Kamran Məmmədli və onun əlaltıları, dəstəkçiləridir. Bu insalar atdıqları addımla bəyan etdilər ki, onlar Haqqa və Allaha qarşı olanlardır.
Doğru olan bu olardı ki, partiyada kuklalaşdırma edən Kamran Məmmədli və onun əlaltıları cəzalandırılar, digər yerlərdə başqalarına qarşı təxribat üçün yerləşdirdiyi adamları təmizlənər, bütövlükdə, Ağ Partiya bütün lider iddiaçıları ilə düşüncə təmizliyinə və sağlamlaşdırılmasına gedərdi.
Partiya içində ədavət, təxribat, haqqı pozmaq yüksək həddə çatıb. Oysa, ləyaqət, vicdan və bilik tələb edir ki, yüksəliş ƏDAVƏTLƏ deyil, bu bacarıqlara sahib olma işığındakı sağlam RƏQABƏTLƏ edilsin.
Təəssüflə vurğulamaq istəyirik ki, bütün haqsızlıqlara, susdurmalara, basqılara rəğmən biz Ağ Partiyanın Mərkəzi Aparatının funksionerləri, rayon təşkilatı sədrləri, onların müavinləri, sıravı üzvlər, partiyada olan haqsızlıqlar, xalqı aldatmalar və gestapol sistemi ilə bağlı çıxış edərək bu aşağıdakı faktları vurğulayaraq bəyan edirik.
1. Partiyada uzun müddət aylarını, illərini, əziyyətini, zehnini və cibinin qazancını qoyan insanlara edilən haqsızlıqdan sonra bunu soruşduqda, bu dəfə ikinci bir qəddarlıq edərək susdurma və cəzalandırma tətbiq edilməsi qəbuledilməzdir (Feodalizmin dönəmində yaşayan qullar deyilik!). Təsdiqləndi ki, Ağ Partiya diktatura sistemi ilə idarə edilir.
2. Ağ Partiya başqanı Tural Abbaslının haqqı pozlulan günahsız üzvlərin  deyil, bu gestapo və basqı rejimini quran Kamran Məmmədlinin yanında yer alması və insalara üçüncü dəfə qəbuledilməz haqsızlığın edilməsi ciddi bir səhvdir!
3. Belə olmasaydı, Tural Abbaslı öz vəzifə məsuliyyətinə uyğun olaraq haqqı pozulan insanları çağırar, onları qəbul edib dinləyər, hadisəni tam araşdırdıqdan sonra mövqe bildirərdi. Görünən odur ki, 21 illik siyasi təcrübə Tural Abbaslıya idarəçilik üçün yetərli olmayıb. Haqqın nə olmasını anlamaq, demokratiyanın nə cür bir şey olduğunu bilmək ona nəsib olmayıb.
4. Bir daha bildiririk ki, Ağ Partiyada Kamran Məmmədli öz səhvlərinə görə, bunu dilə gətirənləri  əlaltı kuklalarla, faşist yanaşma ilə insanlara yersiz hədə-qorxu gəlməsi, mesajları yazdırmasını rədd edirik.
5. Əminliklə və birməanlı olaraq gördüklərimizdən, yaşadıqlarımızdan çıxış edərək bildiririk ki, Ağ Partiyaya üzv olaraq dəstək olmaq, xalqa deyil, buradakı gestapoçu-avtoritar Kamranların ehtiraslarına qurban olmaq, harama dəstək olmaq deməkdir!
6. Partiya rəhbərinin öncə “xəbəri yoxdur” dedirdib, sonra isə partiya sıralarını tərk etmələrin çox olduğunu görüb və bunun ictimai kəsimə açıqlanacağından narahat olub öz köməkçiləri ilə “Başqanın bunlardan xəbəri var” tirajlamalarını dövriyyəyə buraxması. Sonra da, xəbəri varsa belə, yenidən növbəti dəfə haqsızlıqlara bəraət qazandırması, səbrlə qərarları gözləyən (addım atmağa tələsməyən insaların) ucdantuma hər zəhmətinə baxmadan bir andaca “kəsilib-atılması” böyük hörmətsizlikdir.
7. Bütövlükdə, nizamnamədə yazılsa da, sözdə “Türklüyün”, “Müsəlmanlığın”, “Mühafizəkarlığın”, eləcə də qazilərin və şəhid ailələrinin arxasında gizlənərək millilikdən danışılması, xalqın haqqını səsləndirən insanlara qarşı divan tutulması, elə bu narazılıqda yer alan haqqı pozulan qazilərə qarşı belə hədsizlikdir.
8. Tural Abbaslı xalqın haqlarının pozulması ilə bağlı hazırkı ölkə idarəçilərinə niyə susduğunun və səs çıxara bilməməsinin hesabını versin.
9. Əks (demokratik) düşərgəni parçalamaq üçün özünün iştirak etdiyi bu oyunda xalqı nə məqsədlə alət edir?
10. İndi aydın olur ki, illər öncə başqa bir partiyadan ayrılmaqda məqsəd tamam başqa imiş. Öncəki partiyadan (“Müsavat”) ayrılma “səbəbləri”ni özləri yenidən təkrarlayanların ədalətdən, Allahdan, İslamdan, Türklükdən danışmağa haqqı yoxdur. Partiya içində rusbaşlar at oynadır.
11. Xırda istisnalarla, önəmli vəzifələrə layiq olanlar deyil, öz yaxın ailə-çevrəsi, kuklaları ola biləcək insanlar gətirilir. Biliyi, zəhməti ilə bu vəzifələrə yüksələnlərə isə imkan verilmir.
12.T ural Abbaslı Kamran Məmmədlidən nəyə görə çəkindiyinin hesabını versin xalqa. Kamran Məmmədliyə xəbərdarlıq edirik.
13. Bəzilərindən fərqli olaraq biz qardaşımızın kölgəsində vəzifəyə gələnlər deyil, alnımızın təri, əzmimiz, çalışqanlığımız, bilik və bacarığımızla, zəhmətimizlə gəlmişlərik.
14. Tural Abbaslıdan isə bacarıqsızlığı və xalqı aldatdığı, idarəçiliyi bilmədiyi üçün üzr istəməsini tələb edirik.
15. Partiyada hələ də olanlardan, çirkin-qaranlıq oyunlardan xəbərsiz olanlar gec olmadan bu barədə düşünməyə, sonradan peşiman olmamağa səsləyirik.
16. Kamran Məmmədlinin 1 vəzifəyə iki adamı təyin etməsi onun hiyləgər xislətinin göstəricisidir.
17. Çalışqan, haqqı olan partiya üzvlərinə, Rayon Təşkilat rəhbərlərinə və köməkçilərinə vəsiqələrin verilməməsi üçün partiya içində daxili narazılıq yaratdığı üçün həm də Mərkəzi Aparat rəhbəri bu insanlarda üzr istəsin!
18. Azərbaycandakı əks düşərgədə olan partiyaları, birlikləri, hərəkatları, ictimai-fəal insanları bu Ağ Partiyaya qarşı ayıq-sayıq olmağa, xalqın aldadılmasına imkan verməməyə çağırırıq.
19. Hazırkı ölkə idarəçilərinin qurduğu oyunda iştirak edən və xalqın özünü bu oyuna xammal kimi baxan bir anlayışın hər zaman hesabı sorğulanmalıdır. Ağ Partiyada xalqın əleyhinə düzənlənən bu haram məzhəkədə iştirak edənlər xalq, Allah və tarix qarşısında cavab verməli olacaqlar.
20. Çox istərdik, “Səbr etmək ALLAHdandır”, deyib uzun müddət səbr etdik ki, bu qərar partiyanın qərargahında həll edilsin. Ancaq gündən-günə sərtləşən reaksiyalarla qarşılaşdıq. Ona görə də, elə bu bəyanatla  günlər öncə aldığımız qərarı ictimaiyyətə bəyan edirik.
21. Hazırkı oliqarx sistemi ilə ailələşdirmə partiyası ilə siyasəti ailələşdirənlər, yandaş-əqrabaçılıq kimi görənlər, ləyaqətə tüpürərək ölkəyə ədalət və səadət gətirə bilməzlər.
22. Xalqı siyasət yolu ilə aldadaraq manipulyasiya etmək də, siyasi şoumenlik də bir cinayətdir. Ağ Partiya rəhbərliyini qərəzlərini bir kənara buraxıb, məsuliyyətli mövqe tutmağa çağırırıq, xalqa obyektiv dinləmələrlə açıqlamalar verməyə səsləyirik.
23. Bir daha birmənalı və birmənalı olaraq bəyan edirik ki, Ağ Partiyada olmaq, oraya saf ümidlərlə gəlmək - xalqın aldadılmasında iştirakçı olmaq, Kamran Məmmədlinin daxili eqolarının qurbanı olmaq, onun çirkin hərisliyinin oyunçağı olmaq anlamına gəlir. Bu cür halları Azərbaycan xalqının taleyinə qarşı təxribat olaraq adlandırırıq.
24. Əgər Tural Abbaslının zərrə qədər xalq və Allah sevgisi olsa idi, xalqın aldadılması kimi xain beyinləri partiyadan uzaqlaşdırar, özü xalqı aldatdığı və partiyanı idarə edə bilmədiyi üçün üzr istəyərdi. Xüsusi ilə vurğulayırıq ki, çıxışlar zamanı ekranlarda xalqa dildə deyilənlər ayrı, qərargahda və partiyanın içində  - əməldə səhnələnənlər isə tamam ayrıdır.
25. Ağ Partiyada bu olanlardan xəbərsiz şəkildə hələ də saf ümidləri ilə orada aldadılmağa davam edən insanlara isə sayğımız, hörmətimiz yerində qalır.
26. Partiyanın Rayon Təşkilatı ilə bağlı, Mərkəzi Aparatı ilə bağlı nizamnamə pozuntularının elə partiyanı idarə edənlər tərəfindən heçə sayıldığı, pozulduğunu isə böyük həyəcanla vurğulayırıq.
27. Mərkəzi Aparatda müzakirəyə çıxarılmadan, üstəlik üzvlərin say çoxluğunun iştirakı olmadan təkbaşına bir nəfərin keyfinə görə qərar verməsi isə partiyanın təfəkkür tərzinin təzahürü deməkdir.

P.S. Çıxmaq istəyən insanlara şirnikləndirici, aldadıcı vəzifə təklifləri isə basqıçı və hiyləgərlərin qopmağa hazır olan ipdən son sallanışlarıdır.
Biz həmçinin öz haqlarımızı illərdir dindən-imandan danışan partiya rəhbərliyindəkilərə haram edirik. Biz haqq istəyən demokratik düşüncəli vətənin haqqı tapdalanmış insanları ədalət və haqqa dayaq olmaq üçün bunu açıqlayırıq. Biz, İctimai Birlik Hərakatı şəklində çıxış edirik.
Bizimlə birlikdə olanların adlarını yazsaq, siyahının uzandıqca-uzanacağı yüzlərlə insan var.
Bu bəyanatı yalnız xalqın aldadılmasına qarşı etiraz deyil, həm də haqqın qorunması ətrafında birləşmənin ifadəsidir. Xalqımızı burda olanlardan agah etmək xarakteri daşıyır. 
Bu partiyada bu xisləti beyinlər və mənfur niyyətlərlə iddia etdiyi dəyərlərin gerçək daşıyıcısı deyil, olmaq da istəmir!
Bu bəyanat məsuliyyətini dərk edərək istənilən siyasi qurumlara (iqtidar, bitərəf və ya müxalifət) bir çağırış, xəbərdar etmədir.
Partiyada qalmaq, “Onları partiyadan uzaqlaşdırmaq hiyləsi ilə mübarizə aparacam” strategiyası isə yuxarıdakı çoxsaylı faktlar işığında özünü aldatmaqdan başqa bir şey deyil.
Bu bəyanatı imzalayanlar arasında Mərkəzi Aparatın 4 üzvü, 10-a yaxın rayon-şəhər təşkilat sədrləri, onların müavinləri, yüzlərlə sıravi üzvləri və digər partiya funksionerləri var. Hüquqşünaslar, jurnalist, siyasətçilər və digər peşə sahibləri var. 
Eləcə də; Ağ Partiyada və digər yerlərdə haqqı tapdalanan və gerçəkdən də XALQ ÜÇÜN çalışmaq istəyənləri bizimlə birlikdə bu müqəddəs haqqı tələb etmək yolunda olmağa dəvət edirik.
Xalqın haqqı müqəddəsdir! Haqq hər kəs üçün Allahdan verilən dəyər və nemətdir. Necə deyərlər; “Bir nəfərə qarşı edilmiş ədalətsizlik-haqsızlıq bütün insanlığa qarşı edilmiş ədalətsizlikdir”.

Rövşən Ə.- Ağ Partiyanın Mərkəzi Aparatınnı üzvü
Tural Q.- Ağ Partiya Mərkəzi Aparatının Təşkilat Komitəsinin sədri
Arzu M.- Mərkəzi Aparatın Təbliğat Şöbəsinin sədri
Hüsniyyə M.- Mərkəzi Aparatın Təbliğat Şöbəsinin Sədr üavini
Zəminə Uğurluyeva- Gəncə şəhər təşkilatının sədri
Vüsalə Cəlilova- Göygöl rayon təşkilat sədri
Arzu Güləmmədova- Binəqədi Rayon təşkilat sədri
Etiraf (Eytraf) Uğurluyev- Goranboy rayon təşkilat sədri
Güllər Mürvətova- Şamaxı şəhər təşkilat sədri
Tahir Quliyev- İmişli rayon təşkilat sədri
Arzu M. Tovuz Rayon Təşkilatının sədri
Gülnarə Quliyeva- Gəncə şəhər təşkilatının sədr müavini
Elxan Uğurluyev- Goranboy rayon təşkilat sədrinin müavini
Kamil Cəfərov- Kürdəmir rayon təşkilatının sədr müavini
Niyaməddin Süleymanov- Nəsimi Rayon Təşkilatının sədr müavini
Asif Hacıyev- Şamaxı rayon təşkilat sədrinin müavini
Sakit Haqqverdiyev- İmişli rayon təşkilat sədrinin müavini
Ramil İbrahimov- Qəbələ rayon təşkilat sədrinin müavini
Rəvan Mustafayev- Göyçay rayon təşkilat sədrinin müavini
Solmaz Əliyeva- Abşeron rayon təşkilatında səlahiyyətli nümayəndə
Sara Abdullayeva- Təşkilat Şöbəsinin üzvü
Tariyel Rəsulov- Təşkilat Şöbəsinin üzvü
Lamiyyə Bağırova- Sumqayıt şəhər təşkilatının üzvü
Rəşidə Bağırova- Sumqayıt şəhər təşkilatının üzvü
Məhsun Yaqubov- Səbail Rayon Təşkilatında üzv
Pünhanə Mürvətova- Şamaxı rayon təşkilatında üzv
Rauf Abdullayev- Səbail Rayon Təşkilatında üzv
Niyaməddin Niftəliyev- Səbail Rayon Təşkilatında üzv
Kərim Əliyev- Sumqayıt şəhər təşkilatında üzv
Nəsimi Məmmədov- Nərimanov rayon təşkilatında üzv
Fariz Şahbazov- Səbail Rayon Təşkilatında üzv
Ayaz Şahbazov- Səbail Rayon Təşkilatında üzv
Əli Zakiroğlu- Tovuz Təşkilatının üzvü 
Sübhan Əzimov, Sərvan Əsgərov, Sərvər Quliyev, Dilarə xanım, Anar bəy, Qismət bəy, Samir, Şahmar, Ruslan və yüzlərlə üzv...

Tarix:  24 dekabr 2022

Комментариев нет:

Отправить комментарий