09.12.2022

FETÖ örgütü: Vasif Talıbovla Əli Həsənovun ortaq Dubay biznesi

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun xarici ölkələrdəki mülkləri haqqında yerli mediada məlumatlar yayıldı. Xüsusilə də Vasif Talıbovun oğlu Seymur Talıbov Dubayda özünə dəyəri milyonlarla ölçülən mülklər alıb. Məlumat verən mənbə ilginc faktlar açıqlayıb. Mənbəmiz iddia edir ki, Vasif Talıbovun oğlu ilə bir vaxtlar Prezidentin köməkçisi işləmiş Əli Həsənovun oğlu Şamxal Həsənli yaxın dostdurlar. Onlar təkcə dost deyillər, eyni zamanda Dubayda milyonluq biznesləri və ortaq əyləncə proqramları var.
Mənbəmiz iddia edir ki, Vasif Talıbovun oğlu bir neçə gün əvvəl işlədiyi Naxçıvan Dövlət Universitetindən prorektor vəzifəsindən rəsmən uzaqlaşdırılıb. Və Seymur Talıbovun ölkəni tərk edərək Dubaya yollandığı xəbərləri dolaşmaqdadır. Xatırladaq ki, bir qədər əvvəl mətbuatda yazılan xəbərlərə əsasən Əli Həsənov da Dubaya köçərək ailə biznesini idarə etməyə başlayıb.
Bilgi verən mənbə iddia edir ki, Əli Həsənovun Dubaya biznes köçü hələ 2017-ci ildən - Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi vəzifəsində çalışdığı illərdən başlayıb. Sabiq şöbə müdirinin oğlu, "Xəzər" TV-nin o zamankı prezidenti Şamxal Həsənli Dubayda cazibədar əmlak agenti Nensi Karamla müəyyən sövdələşmələr əldə edir və Birləşmiş Ərəb Əmirliklərində daşınmaz əmlak daşınmaz əmlak sahibi olur.
3 il sonra Şamxal Həsənli Nensini investisiya üçün Dubayın ən etibarlı əmlak agentlərjndən biri kimi xarakterizə edəcəkdi. "Quyruq" da elə burda ələ keçir və Şamxal “Provident” şirkəti üçün yazdığı rəydə Dubayda daşınmaz əmlak aldığını təsdiq edir.
Əlbəttə, BƏƏ kimi informasiya resurslarının qapalı olduğu ölkədə Əli Həsənovun mülkünü, əmlakını tapmaq qumsallıqda xəzinə axtarmaq kimi bir işdir. Üstəlik Şamxal Dubaydan Amerikanın bahalı kurort şəhəri Miamiyə üz tutmaqla ləpirləri daha tez itirməyə çalışmışdı.
Vasif Talıbovun oğlunun da Dubayda mülk sahibi olmağa başladığı il 2017-ci ilə təsadüf edir. Belə ki Seymur Talıbov Dubayda ilk biznesini 2017-ci ildə qurmağa başlayıb. Dubayda yerləşən “Jümeyrah” adalarındakı 4 otaqlı mənzilin sahibi Rza Talıbovdur. Burda başqa lüks villalar, malikanələr da alıb. Bundan sonra isə Seymur Talıbov dostu Şamxal Həsənli ilə birlikdə biznes qurmaq qərarına gəlib. Düzdür Həsənovla Talıbovun oğlunun şərikliyini sübut edən faktlar ortada deyil. Buna baxmayaraq ƏIli Həsənovun oğlu Şamxal Həsənli qızıl biznesinə, Vasif Talıbovun oğlu prorektor-alim Seymur Həsənli isə otelçilik fəaliyyətinə başlayıb.
Mətbuatda oğul Talıbovun mülkləri barədə yayılan siyahıya diqqət edək:
- Dubayda yerləşən “Bulvar Central Tover” 2-də 3 otaqlı mənzil. Mənzilin sahibi Rza Talıbovdur. Dünyaca məşhur 22 mərtəbəli binada yerləşən mənzilin dəyəri təxminən 1,5 milyon dollardır. Bina “Bürc Xəlifə”nin yaxınlığında yerləşir.
- “Bürc Xəlifə”dən çox da uzaq olmayan, 70 mərtəbəli “Opera Qrand”ın 35-ci mərtəbəsində 3 otaqlı mənzil. Mənzilin dəyəri 2,3 milyon dollardır.
- “Standpoint” sarayında yerləşən 27 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində iki otaqlı mənzil. Mənzilin dəyəri 570 min dollardır və Rza Talıbova məxsusdur.
- 63 mərtəbəli “Burj Lake” oteldə Rza Talıbov, Seymur Talıbov və Baharxanım Talıbovanın ayrı-ayrılıqda hər birinin 4 otaqlı mənzili var. Bu mənzillərin ümumi dəyəri 4,7 milyon dollardır. Bina “Dubay Mall”-ın yaxınlığında yerləşir. Bu binada Talıbovların ailə dostu Vüqar Abbasovun da 2 otaqlı mənzili var.
- Seymur Talıbovun “Marina Gate"də 2 otaqlı iki mənzili var. Mənzillər 42-ci və 48-ci mərtəbələrdə yerləşir. Bu mənzillərin ümumi dəyəri 1,4 milyon dollardır.
- Seymur Talıbovun Dubayda “Opera Residence” binasının 31-ci mərtəbəsində 3 otaqlı mənzili var. Mənzilin dəyəri 620 min dollardır.
- Seymur Talıbov Dubaydakı 34 milyonluq “Class Oteli”in sahibidir. Otel 2018-ci ildə açılıb. Bu ərazidə Dubayın ən iri ticarət mərkəzləri yerləşir.
Bütün bu faktlarla yanaşı Vasif Talıbovun Əli Həsənovla yaxınlıq əlaqələrinə dair ilginc məlumatlar əldə etmişik. Məlumat verən mənbə iddia edir ki, Əli Həsənov 90-cı illərin əvvələrində Naxçıvan Dövlət Universitetində müəllim işləyib. Həmin ali təhsil ocağında geniş ətrafı olan Ə.Həsənov son illərə qədər Vasif Talıbovla yaxın dostluq əlaqələri qurub.
Bu minvalla da hələ 90-lardan başlayan Həsənov-Talıbov dostluğu bir qədər də irəli gedərək ailə dostluğu səviyyəsinə qədər yüksəlib. Mənbəmiz iddia edir ki, son illərdə "Xan"ın Bakıdan verilən tapşırıqlara əməl etməməsi, dikbaşlığı onun sonunu tezləşdirib. Bundan sonra Prezident köməkçisi də baş verənlərə səssiz qalıb. Hansı ki uzun illər Naxçıvana rahat gedib-gələ bilməyən ən yüksək vəzifəli dövlət adamlarını Əli Həsənov əvəz edirmiş. Vəzifədə olduğu dövrdə çox rahat və sərbəst şəkildə Əli Həsənov və qohumları Naxçıvanla əlaqələr qura biliblər.
Mənbəmiz iddia edir ki, əslində Əli Həsənovun yola salınması Vasif Talıbov üçün sonun başlanğıcı olub. /gundeminfo.az/

Комментариев нет:

Отправить комментарий