Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olduğu müddətdə bu bölgədə maraqlı qadağalar tətbiq etmişdi.
Qeyri-rəsmi olan bu qadağalar bəzən insanlara ciddi olmayan addım kimi görünürdü. Lakin bunların hər birinin ciddi səbəbləri və arxasından Talıbovların biznes maraqlarına xidmət edən məqsədlər vardı.
“Yeni Sabah” gündəmi nəzərə alaraq həmin qadağaların tam olmayan siyahısını hazırlayıb:
1. Naxçıvan MR-nın ərazisində kəndlərdə çayxana qadağası. Şəhərlərdə 1-2 çayxana ola bilərdi ki, orda da domino, nərd və digər oyunlara icazə verilmirdi.
2. Avtomobillərə hətta qanunun icazə verdiyi tündlükdə plyonka və pərdə qadağası.
3. Yalnız NazLifan markalı avtomobillərin taksi fəaliyyətinə icazə verilirdi.
4. Taksi sürücüsü avtovağzal, aeroporat da daxil olmaqla istənilən yerdə avtomobildən düşüb müştəri çağıra bilməzdi.
5. Taksi sürücüləri vahid geyimdə olmalı idi.
6. Bir rayonun sakini olan taksi sürücüsü digər rayona müştəri apara bilər, lakin başqa rayondan müştəri götürə bilməz.
7. Hərbçilər şəxsi avtomobildən istifadə edə bilməz.
8. Naxçıvan nömrə nişanı olmayan avtomobillər MR ərazisində yalnız 1 ay müddətində qala bilər.
9. Bahalı maşınla Naxçıvana getmək olmaz.
10. Köhnə maşınların MR ərazisinə girişi qadağandır.
11. Hər kənddə yalnız 1 ədəd mağaza ola bilər.
12. Azərbaycandakı market şəbəkələrinin və mal paylayan firmaların MR-da fəaliyyəti qadağan idi.
13. Şəhərlərdə olan yas mərasimləri məscidlərdən başqa yerdə keçirilə bilməz.
14. Yas mərasimlərində yemək qadağandır. Yalnız çay və qənd: Hətta süfrəyə limon da qoymaq olmaz.
15. Qəbir daşları standart olmalı, heç bir qəbir daşına mərhumun fotosu vurulmamalıdır.
16. Dövlət idarələrində çalışanlar işə qoluaçıq geyimdə gələ bilməz.
17. Əhali yalnız sexlərdə bişirilən çörək almalı idi. Təndir qoymaq qadağandır. Evdə çörək bişirmək mümkün deyil. Çünki un satışı da qadağan olunmuşdu.
18. MR ərazisində motosiklet sürmək qadağandır.
19. Yuyulan paltar yalnız evdə qurudulmalıdır. Eyvanda, həyətdə paltar asmaq qadağandır.
20. Hər həftəsonu iməclik keçirilməlidir.
21. Televiziyanın efirindən “maşallah”, “inşallah”, “Allah qoysa” ifadələrini işlətmək qadağan idi.
22. Naxçıvan radiolarında xarici musiqi, yerli rep, rok qadağası mövcud idi.
23. Sevgililərin əl-ələ tutaraq küçədə gəzməsi qadağan idi.
Комментариев нет:
Отправить комментарий