“Kamalla (fövqəladə hallar naziri, bəstəkar Kəmaləddin Heydərov-red.) dostluğumuz çox qədimdir, amma yaradıcılıqla birgə fəaliyyətimiz 30 ildən çoxdur”. Bu sözləri Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu modern.az-a müsahibəsində deyib.
O bildirib ki, oğlunun adını Kəmaləddin Heydərov qoyub: “Amma yaradıcılıqla birgə fəaliyyətimiz 30 ildən çoxdur. Mənim oğlumun adı da Kamaldır. Əmisi, bəstəkar Kamal qoyub adını. 100-ə yaxın mahnı yazmışıq, hamısı da dillər əzbəri olub. Kamal Ələkbər Tağıyev, İbrahim Topçubaşov kimi professional musiqi təhsili olmayan sənətkarlardandır. Musiqi qabiliyyəti olan istedadlı insandır. İxtisası geoloq və hüquqşünaslıqdır. Amma ürəyi nəğməli ürəkdir. Kamalın dəst-xətti həmişə seçilir. Bir fakt deyim ki, Heydər Əliyev haqqında minlərlə mahnı yazılıb, amma onun ümumilli lider haqqında yazdığı mahnı himnə çevirildi. “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək” mahnsını YAP himn olaraq qəbul etdi. Bu fitri bir istedaddır, birdən gecə saat ikidə məni yığır ki, bəs nə iş görürsən. Demirəm ki, bu vaxt yatarlar. Amma Kamal deyir ki, dur gəl, bir melodiya yaranıb. Bizim mahnılarımız uzun zamanda yaranmır, qısa vaxt ərzində ərsəyə gəlir. Heydər Əliyevə ithaf etdiyimiz mahnı bir gecənin içərisində yaranıb, amma illərdir ki, içimizdə yetişib”.
B. Vəziroğlunun sözlərinə görə, o dəfələrlə ulu öndərlə səfərlərdə olub: “Səfərə çıxanda özü ilə bir neçə yazıçı, bəstəkar götürürdü. Onun dövlət məmurları ilə işi yox idi, onlarla yaxınlıq etməzdi. Heydər Əliyev səfərlərə gedəndə qatarı 3 vaqondan ibarət olurdu. Birində özü olurdu, birində 3-4 nəfər sənətkar, birində isə nazirlər gedirdi. Nazirlərin vaqonu sıxlıq olurdu, buna baxmayaraq onlardan heç birini bizim boş vaqona keçirmirdi. Sözümün canı odur ki, sənətkara dəyər verirdi. Heydər Əliyevin sağlığında ona həsr etdiyimiz mahnı çox səsləndirilmirdi, bu da onun öz istəyi idi. Biz onu itirəndən sonra mahnı ikinci həyatını yaşadı. Kamalla sonuncu mahnımız “Cənab Ali Baş Komandan” mahnısı Mirələm Mirələmovun ifasında zəfərimizə, Ali Baş Komandana həsr olunub. İndi isə yeni mahnılar üzərində işləyirik. Leyla Əliyevanın da yazdığı sözləri mahnıya çeviririk. Yenidən “Səndən Nigaranam”, “Xatirədir” stilində melodiyalara qayıdırıq. Xalq o mahnıları sevdi, indi də ardını istəyir”.
Комментариев нет:
Отправить комментарий