MTN hadisələrindən sonra “qələmi qırılan” və adı Eldar Mahmudovla hallanan sabiq deputat İqbal Ağazadə yenidən gündəmə gəlib. palitika.az-ın verdiyi xəbərə görə, bu dəfə qardaşı İlqar Ağazadə ilə diqqət mərkəzinə düşüb.
“2006-cı ildə "Ələsgəroğlu-K” şirkətindən aldığımız obyektlərə indi Ümid partiyasının sədri İqbal Ağazadənin qardaşı İlqar Ağazadə yiyələnib”. Şikayətçilərin bildirdiyinə görə Xətai rayonu Gəncə prospekti 29-35 A yerləşən "Ələsgəroğlu-K” şirkətindən əllərində-ovuclarında son qəpiklərini ödəyib obyekt alıblar. Hətta həmin yerləri təmir etmələrinə baxmayaraq, günlərin bir günü İlqar Ağazadənin adamları peyda olub və onların yerlərini zorla əllərindən alıblar.
İddia olunur ki, beton zavodu olan İ.Ağazadə həmin binanın bir neçə mərtəbəsinin tikilməsi üçün tikinti şirkətinə beton verib. Haqqı ödənilməyən həmin betonun müqabilində İlqar Ağazadə binadan mənzil götürmək fikrinə düşüb. Lakin mənzillər bir neçə şəxsə satıldığından, "təmiz” mülk tapmaq problemi yaranır. İlqar Ağazadə isə çarəni birinci mərtəbədə yerləşən obyektləri ələ keçirməkdə görür. Öz vəkilləri və hüquqşünas yaxınlarını bu işə cəlb edərək obyektləri özününküləşdirir. Bu isə İlqar Ağazadənin ilk işi deyilmiş. Bundan əvvəl də həmin iş adamı bir sıra yerlərdə bənzər taktikalardan istifadə edərək başqalarının mülkiyyətini öz adına keçirib.
palitika.az-ın verdiyi xəbərə görə, sözügedən şirkətin rəhbəri Kazım Kazımov dələduzluğa görə həbsdədir. O, müğənni Aygün Kazımovanın qardaşıdır. Burdan hasil olan nəticə budur ki, partiya sədri ilə müğənninin qardaşları camaatın başına oyun açıblar.
Çıxışlarında insan haqlarından, iş adamlarının fəaliyyətinə qanunsuz müdaxilədən danışan İ.Ağazadənin zavod müdiri olan qardaşı sahibkarların obyektlərini yağmalayıb. Reportyor.org-a danışan şikayətçilər hüquqlarının pozulduqlarını bildiriblər: “Ümumi sahəsi 852 kv.m olan ərazidir. Hər birimiz kv.m 841 manatdan pul ödəyib almışıq. Necə olar ki, bizə xəbər verilmədən məhkəmə qurulub, hərrac yolu ilə kv.m 500 manatdan İlqar Ağazədə ala bilir? Ərazi “ANKZ-2" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hərrac olunub”.
Hüququ pozulanlardan biri də Qasımov Etibardır. Onun bildirdiyinə görə, 16 noyabr 2006-cı il tarixində sözügedən yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 235.12 kv.m olan obyekt sifariş verib. Binanı inşa edən "Ələsgəroğlu-K” şirkətilə 180 nömrəli müqavilə imzalayaraq 197 954 manat olan ümumi məbləğin hardasa 90%-ni (180 954 manat) bəribaşdan ödəyib. Digər şikayətçi Məmmədova Xəyalə Fərman qızına isə binanın 1-ci mərtəbəsindən 75 kv.m-lik qeyri-yaşayış sahəsi satılıb. Başqa şikayətçi Məmmədov Səxavət Əli oğlu da həmin binanın 1-ci mərtəbəsində 50 kv.m sahəsi olan obyekt alıb və pulunu tam ödəyib.
Görünür, bir mənzili bir neçə nəfərə sata bilmək üçün Kazım Kazımzadə incə bir fırıldaq düşünərək binaya zirzəmi qoymağı "yaddan çıxardıb”. Beləcə mərtəbələri bəzən zirzəmidən, bəzən birinci mərtəbədən sayaraq mənzil almağa gələnləri yaxşıca aldada bilib. Yəni eyni mərtəbəni gah bir rəqəm aşağı, gah bir rəqəm yuxarı göstərib. Nə qədər gözəl fırıldaqçı olsa da, Kazım Kazımov sifarişçilərə birinci mərtəbə kimi sırıdığı obyektləri iki şəxsə satmağı ağlına belə gətirməyib. Mütəxəssislər bunun səbəbini qanunvericilikdə zirzəminin satılması kimi halın olmaması ilə əsaslandırırlar.
Yada salaq ki, Milli Azadlıq Hərəkatənın tanınmış simalarından olan siyasətçi Ramiz Tağıyev sensasiya doğuran yazı ilə çıxış etmişdi. O ləğv edilmiş MTN-in onun başına gətirdiyi oyunlar, Eldar Mahmudovun komandasına hansı siyasətçi və jurnalistlərin yaxından kömək etməsinə aydınlıq gətirən yazılar yazmışdı. Başına gələnləri, həbsini, MTN vəzifəlilərinin ona verdiyi işgəncələri detallı şəkildə qələmə alan R.Tağıyev Ümid Partiyasının sədri İqbal Ağazadəni Mahmudova işləməkdə ittiham etmişdi.
palitika.az
Комментариев нет:
Отправить комментарий