2005-ci ilin avqust ayının 2-də Tehranda səs-küylü bir qətl hadisəsi baş verdi. Tehran Məhkəməsinin 3-cü şöbəsinin tanınmış məhkəmə hakimi Həsən Əhmədi-Müqəddəs, şəhərin Əhməd Qəsir küçəsində silahlı terror hücumu nəticəsində qətlə yetirildi. Hakim Əhmədi-Müqəddəs bir çox səs-küylü məhkəmə işlərini aparan təcrübəli hakim idi və ədalətli qərarları sayəsində dəfələrlə “nümunəvi hakim” dərəcəsinə layiq görülmüşdü. Hakim işdən evə qayıdarkən onu qətlə yetirdilər.
Aparılan operativ istintaq tədbirləri sayəsində işin üstü isti izlərlə açıldı. Qatillər Məcid Kavusifər və onun qardaşı oğlu Hüseyn Kavusifər adlı cütlük idi. Qətldən dərhal sonra bu cinayətkar cütlük Birləşmiş Ərəb Əmirliklərinə uçmuş, Dubaydakı Amerika səfirliyinə maraciət edib, özərini “İranda təzyiqlərə məruz qalan siyasi qaçqın” kimi qələmə verərək ABŞ-dan sığınacaq almağa səy göstərmişdilər. ABŞ səfirliyi isə İran tərəfinin təqdim etdiyi dəlil-sübutları analiz edərək bu cütlüyün qatil olduğunu görüb onları Dubay polisinə təhvil vermişdi. Dubay polisi bu terrorçu əmi-qardaşoğlunu İrana ekstradisiya etmişdi.
İstintaq araşdırmaları nəticəsində bu cinayətkar cütlüyün törətdikləri bir neçə qətl, silahlı basqın və s. kimi cinayətlər də aşkar edilərək sübuta yetirildi. Nəticədə hər iki qatil asılmaq yolu ilə edam hökmünə məhkum edildilər. Hökmün icrası mərhum hakimin qətlinin ildönümü günü, elə avqustun 2-sində qətl hadisəsinin törədildiyi məkanda baş tutdu- Məcid Kavusifər öz qardaşı oğlu ilə birlikdə ictimaiyyətin qarşısında edam olundular.
Edam zamanı yaşca kiçik olan Hüseyn Kavusifər çox həyəcan keçirir və qorxusundan əsirdi. Əmisi Məcid Kavusifər onu ruhlandırmaqdan ötrü qardaşı oğluna baxaraq gülümsədi. Daha sonra özü də stres keçirən Məcid Kavusifər özünü soyquqqanlı göstərməkdən ötrü qandallanmış əli ilə hadisə yerinə toplanmış insanlara əl salladı. Hadisə yerində olan və edamı lentə alan çoxlu sayda jurnalistlər qatilin bu gülüş anını kameraların yaddaşına köçürdülər.
Həmin kadrları lentə alan jurnalistlər arasında ABŞ-ın “Reuters” xəbər agentliyinin jurnalisti də var idi. Oun lentə aldığı “qatilin edamdan qabaq gülümsəmə anını” əks etdirən kadr “Reuters” xəbər agentliyi tərəfindən bütün dünyaya paylaşıldı və oxucular tərəfindən maraqla qarşılandı: ölümdən qabaq gülümsəməni müşahidə etməyə alışmamış izləyicilər bu şəkili həvəslə sosial şəbəkələrdə paylaşdılar. Hadisənin İranda baş verdiyini görən İslam düşmənləri isə dərhal bu şəkil əsasında müxtəlif yalan xəbərlər yaymağa başladılar – “İranda haqqı yazan jurnalistlərin edamı”, “İranda türklərin hüquqları uğrunda mübarizə aparan milli fəalın edamı”, “İranda kürdlərə divan tutulur” və s. kimi saxta xəbərlər indinin özündə də sosial şəbəkələrə yayılır.
Bu işdə xüsusi fəallıq göstərənlər əllərinə düşən hər imkandan İslam və İran İslam Respublikası əleyhinə təbliğat aparan ABŞ və İsrailin maliyyələşdirdiyi pantürkist-sionist ideyası davamçılarıdır. Onlar öz saytlarında bu yalanı həvəslə paylaşır, “qatilin son gülüşündən” öz xain niyyətlərini həyata keçirməkdən ötrü istifadə edirlər.
Dünyanın müxtəlif ölkələrnin öz qanunları var. Avropada bu cür qatiləri gündə 3 dəfə yeməklə, televizor, internet, idman trenajorları və s. “demokratiya təcəssümləri” ilə təmin olunan zindandan saxlayıb, bir neçə ildən sonra yeni cinayətlər törətməkdən ötrü azaqlığı buraxırlarsa, İranda hər şey ciddidir. Qətlin cəzası edamdır! Ağır qətllər torədən qatillər edam edilir. Və bu düzgün qərardır.
Ədalət- qatilin yox, qətlə yetirilənin haqqını bərpa etməkdir!
az.truthngo.org
Комментариев нет:
Отправить комментарий