02.10.2017

Ölümü sevəni siz yezidlər nə ilə qorxudacaqsız?

Bütün sıxma-boğmalara baxmayaraq, televiziyalarda il boyu mənəviyyatsızlığın təbliğinə baxmayaraq bu ilin Aşurası ənənəvi olaraq keçən ilin Aşurasından daha izdihamlı keçdi.
Yezidlər narahatdırlar, onların itləri də öz səhifələrində Aşura izdihamını özləri üçün bir təhlükə görürlər.
Möminlərin həbslərinə baxmayaraq Allah yeni fəallar yetişdirir.
Başa düşmürlər ki nəhayətsiz gücə malik olan Allahla düşməniçilik edirlər.
Hər hansı siyasi partiya insanı mənfəətlərlə cəlb edirsə, İslam dini, Allahın ideyası insanların qəlblərini alır. İslam qəlblərdə inqilab edir. Və bu inqilablar ildən ilə artır.
İmam Hüseyn (ə) əqidəsi, İmam Hüseyn (ə) İslamı insanları kef ilə, gözəl həyatla cəlb etmir. İmam Hüseyn (ə) məktəbi insanlara ədalət uğrunda ölümü sevdirir, şəhadəti sevdirir.
Bir insan ki ölməyi sevəcək, siz, yezidlər onu nə ilə cəlb edə bilərsiz? Getdiyiniz cəhənnəmlə? Ölümü sevəni nə ilə qorxudacaqsız?
Müsəlman həyatını da sevməlidir. Allah uğrunda yaşamaq Allah uğrunda ölməkdən bəzən çətin olur. Bu dünya həqiqətən zindandır. Amma gərək yaşayanda da layiqli həyat sürəsən.
Hz.Məhəmməd (s) buyurub: "Dünyan üçün elə çalış ki, sanki həmişə yaşayacaqsan. Axirətin üçün isə elə çalış ki, sanki sabah öləcəksən".
Ədalət uğrunda şəhadəti sevmək, həyata biganə olmaq demək deyil. Axı dünyanı gələcək nəsillər üçün abad etmək lazımdır.
Bu Aşura yenə də yezidlərin narahatçılığını göstərdi. İnanclı insanların sayı artır. Bu kəmiyət də keyfiyətə keçəcək.
Sizin narahatçılğınız isə bizə rahatlıq verir, sizin həyəcanlarınız bizi sevindirir, sizə pis olanda bizə yaxşı olur, sizin əzabınız bizim qələbəmizdir.
Bilin ki biz sizə sonsuz nifrət edirik.
Biz sizinlə dost ola bilmərik, biz sizinlə düşmənik.
Aramızda heç bir güzəşt ola bilməz. Biz sizinlə güzəştə gedə bilmərik.
Biri var idi, biri yox idi, bir İmam Hüseyn (ə) düşməni Səddam da vardı...

Qəmlo Əsədullah

Комментариев нет:

Отправить комментарий