ABŞ prezidenti ötən ilin son günlərində Konqresin qəbul etdiyi “Milli müdafiə haqqında” qanunu imzalayıb.
Prezident Bayden və konqresmenlər bizi bayram münasibətilə “şərəfləndirmək” qərarına gəliblər və qanunun bir maddəsini Azərbaycana həsr ediblər.
Həmin maddənin elə “A” bəndində yazıblar ki, “27 sentyabr 2020-ci ildə Azərbaycan və Türkiyə xarici silahlıların dəstəyi ilə Dağlıq Qarabağa hərbi hücum təşkil edib və nəticədə minlərlə insan öldürülüb, 10 minlərlə etnik erməni köçürməyə məruz qalıb”.
Yəni müharibəni biz- Azərbaycan və Türkiyə başlayıb və məqsədimiz torpaqlarımızı azad etmək yox, fağır qarabağ ermənilərini qırmaq və etnik təmizləməyə məruz qoymaq olub.
ABŞ qanununda Azərbaycan nələrdə ittiham olunmur? İddia olunur ki, biz erməni əsirlərinə qeyri-insani münasibət göstərmişik, qadın əsirləri cinsi istismara məruz qoymuşuq, onların bəzilərinin başını kəsmişik, meyitlərini təhqir etmişik, üstəlik 200-ə yaxın əsiri də vermək istəmirik. Baxmayaraq ki amerikalıların fikrincə, ermənilər imzaladıqları Bəyanata əməl ediblər və bütün əsirləri qaytarıblar.
Eyni zamanda ABŞ prezidentinin imzaladığı qanunda tələb olunur ki, müdafi naziri dövlət katibi ilə birlikdə 6 ay müddətində Azərbaycanın Dağlıq Qarabağ ermənilərinə qarşı ağ fosfordan, kasetli bombalardan və digər qadağan olunmuş hərbi sursatlardan istifadə etməsi, xarici terrorçuları hərbi əməliyyatlara cəlb etməsi haqqında hesabat hazırlasın. Yəni böhtanlar bitməyib və həngamə hələ qabaqdadır.
Dəyərli həmvətənlərim! Nə qədər axtarsam da bu ədalətsizliyə şanlı siyasi partiyalarımızın etirazını tapa bilmədim.
Bəlkə pis axtarmışam?
Bəlkə siz rast gəlmisiniz?
Mümkünsə, tək sevinməyin, sevincinizi mənimlə də bölüşün.
Müsavatın və AXCP-nin ABŞ-a kəskin etirazını mənə göndərənlərə əvvəlcədən xüsusi təşəkkürlər! Allah sizi sevindirsin!
Комментариев нет:
Отправить комментарий