11.01.2022

Rusiya Şər İmperiyasıdırmı?

Ruslan İslamzadə

Sosial şəbəkələrdə yenə virtual qəhrəmanlarımız başlayıblar Rusiyanı dağıtmağa.
Elə bil Rusiya dağıldısa hər şey zor olacaq.
Ümumi götürəndə imperiyalar hamısı şər olublar: Əhəmənilərdən tutmuş Bizansa kimi, Osmanlıdan tutmuş Böyük Britaniyaya qədər, SSRİ-dən tutmuş ABŞ-a kimi və sair ilaxır. Gəlin burda sizinlə razılaşaq.
Amma və lakin...
Gəlin əyri oturub düz danışaq, insafla danışaq. Bu gün Rusiya olmasaydı bilirsiz nə olardı?
Məsələn, Çin Sibiri, Monqolustanı, Qazaxıstanı yavaş-yavaş çox rahat şəkildə işğal edərdi. Edə bilmir, Rusiyanın qorxusundan.
Taliban və onun kimi başıpozuq “islamçılar” çapa-çapa bütün Orta Asiyaya nüfuz edərdilər. Edə bilmirlər, Rusiyanın qorxusundan.
Türkiyə, İran Qafqazı zəbt edərdi. Edə bilmirlər, Rusiyanın qorxusundan.
Ermənilərə var aaa, başda Fransa olmaqla bütün katolik dünyası köməyinə gələrdi. Onlar da Qafaza girə bilmirlər Rusiyanın qorxusundan.
Qərbdə də faşist xaxollar başda olmaqla hərə bir hoqqadan çıxardı. Edə bilmirlər, Rusiyanın qorxusundan.
Qazaxlara ağlayırıq, heç kim inciməsin Orta Asiya xalqları var aaa, əsasən də qazaxlar - bilirsiz necə qəddardırlar?! Özü də bezpredel, mən ölüm, sən ölüm bilməyən monqol qarışığı olan tayfalardı. Uzağa getməyin, son illərdə Qazaxıstana işləmək üçün gələn, və ya orda yaşayan etniklərin başına görün nə vəhşiliklər açıblar! Fərqanə hadisələrini, Özbək-Qırğız toqquşmasını yada salın. İŞİD-in tərkibində qəddarlıqları ilə qafqazlıları belə ürküdən tayfadılar. Bir də görərsən ataları topal Teymur kimi əlinə baltanı alıb türk-tatar, özbək-əfqan, fars-azəri demədən başlayıblar çatanı kəsməyə. Edə bilmirlər, Rusiyanın qorxusundan.
Bu gün Rusiya olmasaydı bu bölgələrdə elə qarışıqlıq, elə faciələr, elə müharibələr olardı ki, Suriya, İraq multfilm olardı.
Rusiyanın dağılmasını istəmək lazım deyil eee, digər dövlətlərin hər sahədə, istər mədəni, istər elmi inkişafını arzulamaq lazımdır. Onda Rusiya da öz yerini biləcək.
Deməyin ki, elə Rusiya qoymur. Vallah-billah hər millətin özündən asılıdır - istəsələr çox şeyə nail olarlar…

Комментариев нет:

Отправить комментарий