28.01.2022

Nə olacaq bu işlərin axırı?

Əkrəm Məlikov

Roma Əliyev adlı facebook istifadəçisi olan dostumuz yazıb ki: “Sovet hakimiyyəti gedən kimi hər şeyimiz getdi. Heç nə qalmıyıb. Böyüyə hörmət, namus, qeyrət hamsı getdi”.
Bu fikir nə dərəcədə doğrudur?
Demirəm Sovet vaxtı pozğunluq edən yox idi. Onda da var idi. Amma tək-tük və gizlli idi. Bunu bilən olanda da açıb ağartmırdılar.
Sosializm quruluşunu dağıdandan sonra isə bunlar azadlığı əldə rəhbər tutub olmazın murdarlıqlara imza atmağa başladılar.
Avropa dəyərləri dedikdə bu xalq şortı dəyərlərini nəzərdə tutub ona yuvarlanır.
İnternet, televiziyalar, sosial şəbəkələr, bir sözlə kütləvi informasiya vasitələri bu gün insanları tərəqqiyyə yox, tənəzzülə, əxlaqsızlığa, vəhşiliyə sürükləyir.
Axı hər cür murdarlıqlar barədə xalqa utanmazcasına məlumat vermək beləmi vacibdir? Əslində isə bu əxlaqsızlığı yaymaq və nümayiş etməkdən başqa bir şey deyil.
Bir sözlə mağmın millətə çevrilmişik.
Nə qədər gərəksiz şeylər var hamısına yiyələnmək istəyirik.
Atalar deyib atın ayağına baxıb nal kəsərlər. Xalq bu murdarlıqları istəyirsə, hökumət də verdiyi öhdəçilikləri yerinə yetirir. Axı biz “boyunduruqdan xilas olmuşuq”.
Bizdə 70 il ərzində formalaşmış dəyər dünyanın 4 bir tərəfində olmayıb. İndi nədən məhz özümüzü avropalılara oxşatmağa çalışmalıyıq?
Böyük-kiçik yeri bilmək bizdə, ar-abır bizdə, ismət-həya bizdə, imkansıza əl tutmaq bizdə, qonaq qarşılamaq, süfrə mədəniyyəti bizdə,q adına hörmət bizdə və bununla bərabər yüzlərlə mental dəyərlər bizdə! İndi deyin görüm Avropadan başqa hansı dəyərləri örnək götürməliyik?
Elə bir vəziyyət yaranıb ki, əxlaqlı qadınları az qala mühakimə edələr.

Комментариев нет:

Отправить комментарий