Nazarbayev kimilər xalq qarşısında cavab verməlidir. O 1986-cı ildə Qazaxıstanda iğtişaşlar törətdi ki, hakimiyyətə gəlsin. İğtişaşlar yatırıldıqdan sonra isə xalqın önə çıxan oğullarını məhv etdi ki, hakimiyyətdə ona maneəçilik edən olmasın. Məhz Nazarbayevin sayəsində hal-hazırda Qazaxıstan faşizmin ən çox inkişaf etdiyi respublikalardan birinə çevrilib. Qazaxlar özlərindən başqa heç kəsi insan və ölkənin köklü xalqı saymırlar. Ölkədə uzun müddət ruslara qarşı kəskin propaqanda aparılıb ki, öz masştabımızdan da bildiyimiz ki, belə şeylər yerli ağaların işinə hərtərəfli yarayır. Lazım gələndə bütün problemlərin kökünü “əzəli düşmənimiz” olan rusların boynuna yıxmaq olur ki, Nazarbayev də bu kartdan məharətlə istifadə edirdi.
İndi artıq rus ayısı ayılıb. Amerika əvvəllər olduğu kimi postsovet respublikalarında həftə səkkiz mən doqquz inqilab eləyib həmin ölkəni xaosa qərq edə bilmir. Rus kəşfiyyatı postsovet məkanına nəzarəti geri qaytarıb. Rusiya Qazaxıstanda bu hadisələri törədənlərin, pərdəarxasında duranların hamısını tapıb cəzalandıracaq. Heç kim diqqətdən kənarda qalmayacaq, hər kəs öz layiq aldığı payı alacaq. Çünki Rusiya buna məcburdur. Öz təcrübəmizdən bilirik ki, bir müddət keçəndən sonra, ara sakitləşən kimi bu hadisələri törədənlərin hamısını milli qəhrəman elan edəcəklər. Necə ki xalq 20 Yanvarda tankların altında qalanda Elçibəylə İsa Qənbər gizlənib araq içirrdilər, ara sakitləşəndən sonra yenə də çıxıb sinələrinə döyməyə başladılar. Rusiya bunu etməsə, yenə bir müddət sonra Rusiyanın özünü günahkar çıxardacaqlar, ünvanına min cür hədyanlar deyib, dezinformasiyalar yayıb onu xalqın gözündə düşmən qayıracaqlar. Ona görə də Rusiya ilanı öz yuvasında boğmağa məcburdur. Diversiya və sabotajçılar bu dəfə məsuliyyətdən yaxa qurtara bilməyəcəklər.
Rusiya komissiyalar yaratmalıdır və 90-cı illərdə baş verən bütün bu hadisələr araşdırılmalıdır. Xalq həmin hadisələrdən böyük əziyyət çəkib və ağır travmalar alıb. Məsələn, 1986-cı ildə Qazaxıstanda xalq məhz Nazarbayevin fitnəsi ilə küçələrə tökülmüşdü. Nazarbayevin aranı qarışdırması sayəsində çoxlu adam öldürüldü, zorakılığa məruz qaldı, talanlar törədildi. Nazarbayev klanına daxil olan ünsürlər bu əməllərə görə ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.
Qazaxıstan, eləcə də digər postsovet respublikalarının rəhbərlikləri apardıqları antirus siyasətə, qurduqları antirus təbliğata görə cavab verməlidirlər. Qazaxıstanda bir çox rusiyaçı şəxslər vardı ki, onları müxalifət adı altında həbsə atmışdılar - bu məsələlərə aydınlıq gətirilməlidir. Ümumiyyətlə, həm Nazarbayevin klanı, həm də indiki Tokayevin rəhbərlik etdiyi hakimiyyət rədd edilməlidir, yerində Rusiyanın formalaşdırdığı yeni hakimiyyət oturmalıdır. Ölkədə bütün Qərb QHT-ləri qadağan olunmalı, millətçi və nurçu təşkilatlara cinayət işi açılmalıdır. Qazaxıstanın indiki qarışıq və çətin durumdan çıxışı bununla bağlıdır. Qazax xalqının gələcək taleyi də bundan asılıdır.
Tək qazax xalqımı bu gündədir? Qərbyönümlü agentura şəbəkələrinin Ermənistanı və Gürcüstanı nə hala saldıqları göz önündədir. İndi Gürcüstanda və Ukraynada maaş bizim pulla 20 manatdır, amma bizdəki kimi televiziyalarında hər şey gözəldir, xalq səhərdən axşama kimi çalıb oynayır. Vaxt vardı gürcülər və krainlər Sovet xalqları içində ən gözəl, ən varlı yaşayan xalqlar idi, indi isə bir tikə çörəyə möhtacdırlar və ölkələrini yəhudilər idarə edir. Azərbaycanda da faciənin bir addımlığındadır. Nurçular möhkəm oturuşublar və onlar istədikləri an hakimiyyəti çevirib ölkəni Qazaxıstandan da betər xaosa sürükləyə bilərlər. Nurçular Azərbaycanın bütün maliyyə və idarəçilik strukturlarını ələ keçiriblər və get-gedə daha güclü şəbəkələnməkdədirlər. ABŞ və NATO-nun bircə çırtması bəs edər ki, ölkə Qazaxıstandan da beşbetər cəhənnəmə çevrilsin. Ölkənin 80 faiz əsas media orqanları ABŞ səfirliyindən, Qərb fondlarından maliyyələşir. Bu gün Azərbaycan jurnalistikası faktiki olaraq ağzını açıb Sem dayının pul kisəsinə baxır ki, Sem dayı rusu söydüyünə görə ona ənam versin. Rusun söyülməsi, düşmən obrazında göstərilməsi isə Sem dayıya hava və su kimi lazımdır. Çünki rus düşmən obrazında göstərilməsə, Qərb bizim neftimizi, qızılımızı havayı talayıb apara bilməz.
Çin xalqının lideri Mao Tszedun 1964-cü ildə belə demişdi: “Stalinin vəfatından sonra SSRİ-də hakimiyyətə millətçilər, karyeristlər və rüşvətxorlar gəldilər. Vaxt çatanda onlar maskalarını atacaqlar, partbletlərini tullayacaqlar və açıq-aşkar öz qəzalarını feodallar və mülkədarlar kimi idarə edəcəklər”. Məgər düz demirdimi?
Stalin göstərirdi ki, ölkəni milli avtonomiyalara bölmək olmaz, belə bölgü onu əvvəl-axır parçalayacaq. Stalin əraziləri tarixən formalaşmış iqtisadi əlaqələr əsasında birləşdirmək istəyirdi. O xalqların müstəqilliyinə qarşı çıxır, bildirirdi ki, xalqlar yalnız Sovet təhlükəsizlik çətiri altında xarici aqressorlara sinə gərə bilərlər və yalnız rus xalqı ilə birgə əmin-amanlıqda yaşaya bilərlər. O deyirdi: “Müstəqillik yalançı görüntüdən başqa bir şey deyil. Müstəqillik adı altında əslində ölkənin imperialistlərdən tam asılılığı gizlədilib”. Qeyd edək ki, 1922-ci ildə Stalin Azərbaycanın da Rusiyanın tərkibinə qəbul edilməsi məsələsini qaldırmışdı, lakin bu işə Trotskinin başçılıq etdiyi yəhudilərdən ibarət qrup mane olmuşdu- onlar Azərbaycanı gələcək Xazariyanın forpostu- alternativ İsrail torpağı kimi nəzərdə tutmuşdular.
Stalin 1990-cı illərdə yenidən start götürmüş, biz də daxil olmaqla dünya xalqlarını zülm və səfalətlə üz-üzə qoymuş başıbəlalı qloballaşmanı 60 il geri atmışdı. 2-3 dekabr 1989-cu ildə Maltada Qorbaçov SSRİ-ni amerikan sionistlərinə satdı və Sovet xalqlarını böyük fəlakətlərə düçar etdi. SSRİ-nin dağılması və respublikaların müstəqil olması köhnə Hitler planı idi ki, nəhayət 1990-cı ildə həyata keçdi. Stalin 9 may 1945-ci ildə Qələbə münasibətilə etdiyi çıxışında demişdi: “Üç il qabaq Hitler xalq qarşısında bəyan etmişdi ki, mənim vəzifəm SSRİ-ni parçalamaq, Qafqazı, Ukraynanı, Belorusiyanı, Pribaltikanı və başqa vilayətləri ondan ayırmaqdır. O birbaşa bildirirdi: “Biz Rusiyanı məhv edəcəyik ki, bir də baş qaldıra bilməsin”. Bu üç qabaq idi. Amma Hitlerin bu gicbəsər ideyaları həyata keçmədi- müharibənin gedişatı onları külə döndərdi”. Hitlerin edə bilmədiyini 1990-cı illərdə hakimiyyətə yiyələnmiş liberal-demokratlar etdilər. SSRİ dağıldı, Sovet xalqları beynəlxalq imperializmin qullarına çevrilərək əzildilər. Stalin bu prosesin proqnozunu 1941-ci ildə belə vermişdi ki, onun dedikləri bütün dəqiqliyi ilə təsdiqini tapdı: “Sovet hökuməti dağılsa, kapitalizm bərqərar olacaq, respublikalar Qərbin xammal koloniyalarına, xalqlar isə dünya imperializminin zavallı qullarına çevriləcəklər. Cinayətkar elementlər hakimiyyəti ələ keçirən kimi bonapartik qaydalar yaradacaqlar. Bu mənfur və alçaq satqınlar ilk əvvəl sosialist mülkiyyətindən imtina edərək ölkənin vacib və gəlirli təsərrüfat obyektlərini kapitalist elementlərə satacaqlar. Sovxoz və kolxozları qeyri-rentabellidir adı qoyaraq ləğv edəcəklər. Traktorları və digər çətin kənd təsərrüfatı maşınlarını fermerlərə verəcəklər ki, bu da kəndlərdə qolçomaq quruluşu yaradacaq. Xalqı xarici kreditlərin sələminə zəncirləyəcəklər. Sənaye müəssisələrini Qərbin imperialist dövlətlərinin konsessiyasına verəcəklər. Nefti xaricilərə bağışlayacaqlar. SSRİ-nin dağılmasına, respublikaların müstəqilliyinə çalışanların kökü xarici kəşfiyyatlara bağlıdır. Əgər bu adamlar vaxtında güllələnməsə, onlar xalqı məhv aparacaqlar”.
Stalin sosializmi güclü dövlətçilik, fəxr ediləsi imperiya, sosial ədalət, industrializasiya, ekoloji təmiz məhsul, xalqın həqiqi hakimliyi, havayı təhsil, havayı tibb, havayı ev, qiymətlərin ardıcıl enməsi, elmin inkişafı, əmin-amanlıq, nizam-intizam və qanunçuluq demək idi. Müstəqillik isə xammal koloniyası olmaq, sosial bərabərsizlik, yerlibazlıq, tayfabazlıq, zavod və fabriklərin dağıdılması, saxta ərzaq, sahibkarların soyulması, oliqarxların qudurğanlığı, pullu təhsil, pullu tibb, ipotekalı mənzil, bank sələmi, qiymətlərin ardıcıl qalxması və elmi deqredasiya ilə müşayiət olundu.
SSRİ-nin yaranması labüd edən əsas şərtlər də bununla bağlıdır.
Комментариев нет:
Отправить комментарий