25.03.2023

İNTERNET ŞƏBƏKƏNİN MODELİ KİMİ


Valeri Korovin

Sosial şəbəkələr adından da göründüyü kimi sosial anlayışdır: süni toplanmış kollektiv subyektliyi nəzərdə tutur ki, cəmiiyyətin bir hissəsini təmsil edir və onun mühitlərini, sosial qruplarını və siniflərini əks etdirir. Deməli sosial şəbəkələr ordinar deyil, onların iştirakçıları isə sosial statusundan asılı olaraq dəyişib yenidən konfiqurasiya ola bilirlər ki, bu da belə şəbəkələri kifayət qədər çevik edir.
Sosial şəbəkələri öz məqsədlərinə uyğun istifadə etmək üçün (QHT-lərlə bağlı da vəziyyətdə olduğu kimi) ya onları yaratmaq, ya da hazır şəkildə almaq lazımdır. Hər iki yanaşmada investisiya tələb olunur. Lakin şəbəkə strategiyasının həyata keçirilməsi üçün hər bir halda belə şəbəkələr olmalıdır. Bu insanlardan ibarət, təbii və ya süni yolla formalaşmış offline-şəbəkələr ola bilər. Təbii şəbəkələrə, məsələn, istənilən etnik qrupları, böyük tarixə malik müəyyən dini icmaları aid etmək olar. Süni şəbəkələrə isə bitkilərdən hazırlanmış dərman satanları, sektantları, avtomobilçilərin qarşılıqlı yardım şəbəkələrini aid etmək olar.
Bununla belə sosial şəbəkələrin işlədilməsi olduqca mürəkkəb və çoxşaxəli prosesdir. Sosial şəbəkənin subyekti kimi tək halda evində və ya iş yerində öz kompüteri arxasında oturub işləyən internet istifadəçisini götürmək olar. O Qlobal şəbəkəyə çoxlu sayda özü kimi istifadəçi-userlərin qatıldığı çoxlu əlaqələrlə və qovşaqlarla qoşulur. Onları istənilən vacib obrazla düzgün düzüb qoşmaq, konfiqurasiya etmək kifayət edir. İnternet varsa şəbəkənin subyekti tək işləyən element, istənilən ayrıca user ola bilir, hansı ki eyni zamanda öz baza xarakteristikalarına malik müəyyən cəmiyyətin – sosiumun hissəciyinə çevrilir.
Belə istifadəçiyə heç bir sosial funksiya yerinə yetirmək lazım deyil, o heç yerə getmir, heç kimlə görüşmür, şəbəkənin işləməsini dəstəkləmək üçün xüsusi olaraq heç nə həyata keçirmir. Sadəcə öz internetə qoşulmuş kompüteri arxasında oturur. Belələliklə, internet şəbəkənin qat-qat effektiv modelidir. Tam uyğun gələn belə useri sosial şəbəkə adlandırılan istənilən lokal şəbəkəyə qatmaq olur. Məsələn, eyni user odnoklassniki şəbəkəsinin də iştirakçısı ola bilər, facebook-da da akkauntu ola bilər, livejournal-da da blog işlədə bilər – bununla o həmin şəbəkələrin çoxlu sayda istifadəçiləri ilə əlaqələrə malik olur. Üstəgəl eyni zamanda onlarla sistemə, onlayn sosial şəbəkəyə də girişi ola bilər. User öz niyyətinə uyğun olaraq asanca bir şəbəkədən istifadədən çıxıb digər şəbəkəyə keçə bilər.
İnternetdən başqa kiberməkanı formalaşdıran digər şəbəkələri də bura aid etmək olar.
Beləliklə, bütün şəbəkə onlayn-məkanı tərifində də deyildiyi kimi “internetdən, o cümlədən internetdən girilməsi mümkün olmayan çoxlu sayda başqa kompüter şəbəkələrindən ibarətdir”. 
Məhz bütün bunlar birlikdə ideal şəbəkə modelini əks etdirir.

Valeri Korovin, “Şəbəkə müharibəsi”

Комментариев нет:

Отправить комментарий