Valeri Korovin
Şəbəkə – onun vasitəsilə istənilən vacib informasiyanın alındığı, çatdırıldığı, ümumilikdə aktivlik yaradılaraq, işləməyə məcbur edilərək informasiyanın toplana bildiyi istənilən mühitdir. Keyfiyyətli, düzgün qurulmuş şəbəkə o şəbəkədir ki, “lazım” olan, gələcəkdə istifadə ediləcək, ümumi strategiyaya uyğun informasiya istehsal edir. Şəbəkənin dolğunlaşdırdığı kontent isə ümumi informasiya axınından vacib şəbəkə kodunun köməyi ilə qoparılaraq götürülmüş informasiyadır. Bu zaman şəbəkə kodu əvvəlcədən də təyin oluna bilər, şəbəkənin təbii formalaşdırılması prosesində də yarana bilər, şəbəkə yaradıldıqdan sonra ona süni şəkildə kənardan da gətirilə bilər. Otuşumuş şəbəkə kodu bir növ şəbəkənin mayakı rolunu oynayır.
Hərfi mənada şəbəkələr adətən ictimai təşkilatlardan, fondlardan, qeyri-hökumət strukturlarından, hərəkatlardan və siyası təşkilatlardan ibarət olur ki, bu və ya digər şəkildə şəbəkə müharibəsi aparan tərəflərdən birini təmsil edirlər. O cümlədən bunlar qəzet və jurnal redaksiyaları da ola bilərlər – istər böyük, istərsə də kustar şəbəkə nəşrləri və ya blogları olsun. Şəbəkə – bir növ müxtəlif şəhərlərdə yerləşən və bir-biri ilə əlaqəli olan vokal-instrumental ansambllar camiəsidir; bu xalq folklorunu tədqiq edərək öyrənən və digər şəhərlərdəki və ölkələrdəki belə tədqiqatçı qruplarla ümumi konktaktlara malik tədqiqatçılar cəmiyyətidir. Bu təbiət jurnallarındakı komyunitidir, ovçular, poçt markası toplayanlar və ya antikvariat kolleksiyaçıları klublarıdır ki, yazışmalar yolu ilə planetin digər yerlərindəki belə klublarla əlaqələrə malikdirlər, üzvəri arada ümumi məşvərətə və ya foruma da toplaşırlar. Nəhayət şəbəkə – internet, mobil və ya sputnik əlaqə yolu ilə bir-biri ilə kontaktda olan, ümumi baxışlarla və məqsədlərlə birləşmiş kiçik terrorçu qruplardır. Şəbəkə – onun vasitəsilə müəyyən siqnalın buraxılması mümkün olduğu məkandır; bu siqnal həmin yerdə qəbul edilir, şəbəkə boyunca o birilərə ötürülür və son nəticədə fəaliyyətdə realizasiya edilir. Şəbəkə təbii şəkildə də yarana bilər, xüsusi formada da qurula bilər. O mayak kimi müəyyən hədəfə də doğru gedə bilər, ilkin halındakı parametrləri ilə reallığa, yaranmış vəziyyətə uyğun da hərəkət edə bilər.
Şəbəkədən istifadə etmək üçün sadəcə bu parametrləri bilmək lazımdır ki, şəbəkəni ümumi strategiyaya qoşmaq mümkün olsun, onda öz yerini müəyyənləşdirsin. Şəbəkə – elə bir yerdir ki, bir-birləri ilə əlaqələri var, lakin ierarxiyaya malik deyillər. Bununla yanaşı ierarxik strukturlar özləri də şəbəkəyə ayrıca uzantılar şəklində qoşula bilərlər.
Şəbəkə iştirakçılarının sayının çox olması, şəbəkənin həcminin böyük olması heç də onun keyfiyyətinə dəlalət etmir. Elə bir-birinə nəyisə çatdıran iki adam arasında istənilən əlaqə son nəticədə – yaranmağa başlayan şəbəkənin sadə modelidir. Vaşinqtonda dövlət strukturunda işləyən məmur cəmi bircə dəfə İslamabaddakı müxbirə elektron poçtla məlumat çatdırır – hətta müxbirin üzünü görməsə də, artıq yaranmaqda olan şəbəkənin bir hissəçiyinə çevrilir. Əgər elektron poçtla bir də məlumat göndərirsə, bu artıq işlək, işə başlamış şəbəkədir ki, onu fəaliyyətdə olan şəbəkə əməliyyatına qoşmaq olar. Başqa sözlə, informasiya cəmiyyəti şəbəkələrinin yaranması, fəaliyyəti və istifadəsi üçün ideal mühitdir.
Bu gün şəbəkələr doğrudan da hər yerdə var və bu metafora deyil. Şəbəkələr – müasir cəmiyyətimizin obyektiv reallığıdır.
Valeri Korovin, “Şəbəkə müharibəsi”
Комментариев нет:
Отправить комментарий