13.03.2023

ŞƏBƏKƏ MÜHARİBƏSİNDƏ VAHİD MƏRKƏZ OLMUR


Valeri Korovin

Şəbəkə müharibəsi birbaşa şəkildə həyata keçirilmir. Sifarişçi icraçı ilə birbaşa kontakta girməkdə maraqlı deyil, bu əlaqələr zəncirini açır, onu sadə və açıq-aydın edir, şəbəkə əməliyyatını birbaşa fəaliyyətə çevirir. Şəbəkə elə bir yerdir ki, burda çoxsaylı vasitəçilərin əli ilə icraçıdan sifarişçiyə uzanan liniyalar yaratsan belə, yenə də birbaşa əlaqə yaranmayacaq. Əyri də alınmayacaq. Şəbəkə beləcə əlaqələri qurmaq üçün yaradılan liniyalar toplusundan ibarət olur. Əgər birbaşa və ya əyri xətt yaranıbsa, demək bu şəbəkə əməliyyatı deyil, modern dövrünün adi, klassik əməliyyatıdır ki, burda sifarişçi ilə icraçı arasında əlaqəni hətta bəzi ara elementləri olmasa da müəyyənləşdirmək mümkündür. Əlbəttə, ABŞ-ın dünyada gedən bir çox hadisələrlə bağlılığını müəyyənləşdirmək mümkündür; ilk baxışda bu və ya digər prosesin sifarişçisi aydın görünür. Lakin bu əlaqə dumanlı şəkildə görüləcək, ortalıqda birbaşa sübutlar olmayacaq, deməli avtomatik olaraq konspirologiya sahəsinə aid ediləcək – yəni aydın olmağa aydındır, lakin heç bir sübutu yoxdur.
Müasir informasiya konteksti elədir ki, iddia qaldırıb Amerikanı nədə gəldi günahlandırmaq olar – Ukraynadakı inqilabdan tutmuş Cənubi-Şərqi Asiyadakı dağıdıcı sunamiyə və “ərəb baharına” kimi. Lakin hətta səbəb-nəticə əlaqələri iddia versiyasının xeyrinə olsa belə, ən yaxşı halda sizə güləcəklər, çünki sizin əlinizdə birbaşa faktlarınız olmayacaq, bütün ipucular və zəncirlər isə ucsuz-bucaqsız şəbəkələr ümmanına aparıb çıxaracaq, qeyri-ixtiyari şəkildə dolaşığa düşəcək, gah uzlaşacaq, gah da uzlaşmayacaq. “Kim, Amerika?! Konkret olaraq kim?” “Senator Con, sunamini siz yaratmısız?” “Bəli, cənablar, təsadüfən çay qaşığım əlimdən yaxtamın bortundan aşağı düşdü, nəticədə ağır fəlakətə və çoxsaylı itkilərə gətirib çıxaran həmin sunami baş verdi”. Hətta Senator Con və ya Smit şəbəkə əməliyyatına birbaşa qatılıbsa belə, ola bilər onun özünün bundan xəbəri olmasın. İndilərdə dünyada gedən şəbəkə müharibələrinin aparıcısı olan Amerika heç vaxt şəbəkə əməliyyatlarında (nəzəriyyədə “effektlər bazasında əməliyyatlar” adlanır) birbaşa iştirak etmir. Misal kimi vaxtilə ABŞ-ın Çeçenistanda Rusiyaya qarşı apardığı şəbəkə əməliyyatını göstərmək olar.
Şəbəkə əməliyyatını başlamaq üçün sərhəd şərtləri yaratmaq zəruridir, hansı ki belə şərtlər vəziyyətində konfliktdə iştirak edən tərəflər özləri hadisələrin marağında olurlar və prosesə təbii şəkildə qatılırlar. Çeçenistanda maraqlı tərəf ingilislər idi; onlar vaxtilə Çeçenistanda neft mədənlərinə sahib olmuşdular, milliləşdirmə zamanı isə əllərindən çıxmışdı. İngilislər ilk əvvəl bura böyük maliyyə qoydular. Birinci Çeçen müharibəsi zamanı ingilislər maliyyələşdirmə ilə məşğul idilər. Çeçenistandakı vəziyyətin onların xeyrinə həll olunmasında maraqlı idilər, ora qayıtmaq, əllərindən çıxmış neft mədənlərini, neftin eksportu üzərində nəzarəti qaytarmaq istəyirdilər. Bu işdə konkret Britaniya maliyyəçiləri, qocaman maliyyə imperiyalarının varisləri maraqlı idilər, hansılar ki vaxtilə Qafqazın neft sənayesinə yatırım qoymuşdular.
Tərəflərdən biri də Səubiyyə Ərəbistanı idi ki, vahhabiliyin yayılmasında, Çeçenistanda Sovet dövründə silinmiş islam ideologiyasının zəfər çalmasında maraqlı idi. Bu işdə başda Rusiyanı görməyə gözü olmayan, postimperiya kompleksləri yaşayan Polşa olmaqla Şərqi Avropa da iştirak edirdi ki, Çeçenistandakı vəziyyətlə bağlı neqativ informasiya fonu yaratmaqla məşğul idi. O cümlədən Türkiyə də qatılmışdı, hansı ki Azərbaycanı təsiri altına almaq niyyətindəydi və konflikt zonasına silah-sursat göndərməklə məşğul idi. Çeçen şəbəkə əməliyyatının bütün bu iştirakçıları vasitəçisiz, ABŞ-ın birbaşa tapşırığı olmadan həmin kampaniyaya qatılmışdılar. İngilislər əmlaklarının qaytarılması marağını güdərək maliyyələşdirmə aparırdılar. Səudiyyə Ərəbistanı vahhabi internasionalı yaradaraq kadrlar göndərirdi, saysız-hesabsız döyüşçü axını yönəldirdi. Polşa və Şərqi Avropa Rusiyanı bütün dünyanın gözündən salacaq informasiya siyasəti həyata keçirirdi – Rusiyaya münasibətdə şəxsi kin-küdurətləri zəminində çıxış edirdilər. Pantürkist proyektlə alışıb yanan Türkiyə, o cümlədən Azərbaycan vasitəsilə silah-sursat göndərilməsi yoluna qoyulmuşdu. Bütün bunlar – tipik şəbəkə əməliyyatıdır ki, sifarişçisi aydın deyil. O yoxdur da. Ortalıqda birbaşa amerikan maliyyəsi yox idi.
Şəbəkə əməliyyatı böyük xərclər aparmır. Şəbəkə əməliyyatının prinsipi elə ona əsaslanır ki, mövcud vəziyyətdən savadlı, rasional şəkildə istifadə edəsən, ortalıqda olan enerjini, cəhdləri, ambisiyaları öz xeyrinə yönəldəsən. Ümumilikdə götürəndə ABŞ Çeçen kampaniyasına, məsələn, İraq kampaniyası ilə müqayisədə baxanda heç nə xərcləməyib. Lakin məhz Çeçen şəbəkə əməliyyatı az qala Rusiyanı məhv edəcəkdi, Rusiya dövlətçiliyinin sonunu gətirəcəkdi. Faktiki olaraq Rusiya dağılmaq həddinə gəlmişdi, ümumilikdə Rusiya hakimiyyəti sisteminin kollapsı yaranmışdı. ABŞ-ın əsas geopolitik hədəfi də – məhz Rusiyanın dağılmasıdır.

Valeri Korovin, “Şəbəkə müharibəsi”

Комментариев нет:

Отправить комментарий