28.03.2023

Qlobal maliyyə mərkəzləri regionu müharibəyə sürükləyir

Elşən Manafov

Hazırda İran və Azərbaycan arasında münasibətlərdə yaşanan gərginlik əslində heç bir vəchlə bu dövlətlərin milli, regional təhlukəsizlik maraqlarina cavab vermir, bu gərginlik daha çox bölgə və ətrafinda geosiyasi reallıqları qlobal maliyyə və beynəlxalq guc mərkəzlərinin dəyişdirməsi cəhdlərindən irəli gəlir.
İranin nuvə enerjisinin zənginləşdirilməsi istiqamətində çalışmalarında 84%-lik həddə çatması onun perspektivdə nuvə enerjisinə və deməli nuvə silahına yiyələnə biləcəyi ilə bağlı amillərin gerçəkləşməsinə şərait yarada bilər ki, bu da imperialist, neomüstəmləkəçi dairələri və beynəlxalq sionizmi ciddi şəkildə narahat edir.
Bu ehtimalların gerçəkliyə çevrilmə imkanları kifayət qədər real olduğundan İranı beynəlxalq terrorizmə "dəstək verməkdə" ittiham edən, onu islam inqilabı ideyaları "ixrac etməkdə" günahlandiran dairələr rəsmi Tehrandan muəyyən edilmiş qırmızı xətti keçməməyi, araşdırmaları dayandırmağı tələb edirlər, zira İranin nuvə enerjisinə sahiblənməsi ABŞ-ın yeni dunya nizamı, "idarə olunan" xaos nəzəriyyəsinə ciddi təhdid kimi qəbul olunur, onun bölgədə jandarm rolunu oynamaq istəyinin qarşısına sədd çəkir, nəhayət İsrailə də anladir ki, İrana olan hücum cavabsız qalmayacaq və bu cavab İsrailin öz gələcək varlığını sual altinda qoyacaq.
Halbuki İran Qərbin bütün tələblərinə rəğmən MAQATE (Beynəlxalq Atom Energetikası) ilə əməkdaşlığı daim davam etdirmiş, bu sahədə olan araşdırmalarında şəffaflığı təmin etmişdir ki, MAQATE-nin də illik hesabatlarında bu məsələlər qabarıq şəkildə öz əksini tapıb. Bununla yanaşi İran nuvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnun da olduğunu dəfələrlə məlum dairələrin nəzər-diqqətinə çatdırıb. Üstəlik İsrailin qeyri-rəsmi səviyyədə nuvə silahına malik olmasından beynəlxalq güclərin xəbərdardırlar, lakin susurlar.
Uzun illərdir ki, Qərb heç bir hüquqa, BMT qətnamələrinə istinad etmədən İranın neft, qaz, maliyyə, bank sistemlərinə embarqo qoyub, sanksiyalar tətbiq edib. Məqsəd İranda sosial, iqtisadi durumu ağırlaşdırmaq, milli zəmində qarşıdurmalar yaratmaqla legitimliyi şübhə dogurmayan teokratik iqtidarı hakimiyyətdən uzaqlaşdırmaqdır.
Həhayət hazırda Ukraynada Qərb və Rusiya arasında dünyanın gələcək geosiyasi durumu ilə bağlı yaşanan qarşıdurmada İranın Rusiyaya silah ixracı, dronların Rusiya Silahlı Quvvələrinə verilməsi Qərbdə İranla bağlı əməliyyatları rəsmi Tehranı təhdid edəcək müstəviyə keçirmək üçün qərarın verilməsinə səbəb olmuşdur. Bu məqsədlə İran ətrafinda regional halqanı sixmaq və "Anakonda" əməliyyatını keçirmək barədə qərar verilmişdir.
Azərbaycani bu halqada məlum bənd rolunda çıxış etməyə sövq edən tərəf əlbəttə Qərb, ilk növbədə ABŞ və şubhəsiz ki, İsraildir.
Ermənistanla 44 gunluk savaşda İsraillə hərbi sahədə əməkdaşlığımızın dərinləşməsi, habelə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilən neftin 34%-nin İsrail tərəfindən idxalı etiraf etmək lazımdır ki, Tel-Əviv-in əlinə yaxşə kart-blanş verib. İranın Ermənistanla münasibətləri rakursunda bizim İsraillə yaxınlaşmağımız, hətta uzun sürən tərəddudlərdən sonra Tel-Əviv-də səfirliyin açılması milli və regional təhlükəsizliyimiz maraqları baxımından anlaşılan idi. Lakin Tehranda Azərbaycan səfirliyinə olan terror aksiyası, habelə Zəngəzur dəhlizi ətrafinda İranin sərgilədiyi mövqe münasibətlərimizdə daha çox xarici güclərin maraqlarina cavab verə biləcək tendensiyaların özunə yer etməsinə şərait yaratdı.
Ustəlik rəsmi Tehranın fikrincə bizim Zəngilan və Füzulidə hava limanları inşa edərək istifadəyə verməyimiz İranla Qərb, habelə İsrail arasinda yaşana biləcək hərbi qarşıdurmada həmin limanlardan İrana qarşı bəlli dairələrin hücumlarinin gerçəkləşdirilməsi üçün platsdarm rolunu oynaya bilər. Həmin limanlarin tikilməsi ilə bağlı rəsmi Bakının açıqlamaları isə (bölgənin gələcək inkişafinda, habelə bu bölgəyə beynəlxalq turizmin dəvət edilməsində limanların oynaya biləcəyi rol) əlbəttə rəsmi Tehrana inandırıcı təsir bağışlamır.
Zəngəzur dəhlizi ilə bagli məsələyə gəlincə dəhlizin istifadəyə veriləcəyi təqdirdə yükdaşınmaların həcminin əhəmiyyətli şəkildə artacağı, yüklərin məlum dəhliz vasitəsilə daha tez və sürətlə daşınması üçün şəraitin yaxşılaşacağı, bölgə dövlətlərinin tranzit mənfəətlərindən bəhrələnəcəyi bəllidir, lakin rəsmi Tehran dəhliz vasitəsilə bölgəyə NATO təsirinin artacağından, habelə Türkiyədən Azərbaycana, Mərkəzi Asiyaya, habelə Çinə İran ərazisi ilə gedən daşinmalarda tranzit gəlirlərində 15%-lik payını itirəcəyindən ehtiyat edir.
Bütün bu problemləri isə qarşılıqlı güzəştlər hesabına, qarşılıqlı maraqlar çərçivəsində həll etmək və əlbəttə qarşılıqlı mənfəət götürmək mümkündur.
Düşünürük ki, belə imkanlar var, onlar tükənməyib və deməli regionu məlum qlobal maliyyə mərkəzlərinin, imperialist dairələrin maraqlarına görə münaqişəyə sürükləməyə dəyməz.

Комментариев нет:

Отправить комментарий