02.03.2023

SKİNXEDLƏR RUSİYANI DAĞIDIRLAR: KİÇİK MİLLƏTÇİLİK DAĞIDICI FAKTOR KİMİ


Valeri Korovin

Pul – yalnız motivasiya üsullarından biridir. Rusiyadan söhbət gedirsə, əsas faktor – ideya olur. Əgər insan ideyaya sadiqdirsə, onun yeridilməsi üçün təkcə maliyyə məhdudluğu şərtaitində deyil, hətta dövlətin sərt təzyiqi altında da fəaliyyət göstərməyə hazırdır. Beləcə altımışıncılar adlanan nəslin şəbəkələri formalaşmışdır – Sovet rejiminin ideoloji düşmənləri SSRİ-nin çökməsi ilə hüquq müdafiəsi hərəkatlarına tranformasiya olundular. Məhz hüquq müdafiəsi strukturları və liberallar özlərinin böyük Rusiyaya ontoloji nifrətlərinə rəğmən gənclər ekstremizmini daha effektiv şəkildə təhrik etməyə başladılar. Onlar məsələyə ideyadan yanaşırlar, fikirlərlə oynayırlar, deməli reallığı dövlətdən daha incə planlarda formalaşdırırlar.
Amerikan şəbəkələri 90-cı illərin əvvəllərinin liberal subkulturası ilə minalanmış Rusiya KİV-lərinin daxilində də var. Bu şəbəkələrdən poluetnik dövlət olan Rusiyanın – hansına ki geopolitik termində böyük məkan deyilir – dağıdılmasına təhrikdə aktiv şəkildə istifadə olunur. Xaricdən süni şəkildə şişirdilmiş şəbəkə strategiyalarına indilərdə “rus milliyyətçiliyi” adlanan nəsnəni də aid etmək olar. Bu konsept bizə tam olaraq Qərbdən gəlmişdir, lakin Qərbdə milliyyətçilik dövlətçiliyin güclənməsinə, Avropa cəmiyyətinin həyatında milli dövlətin rolunun yüksəlməsinə xidmət edir.
Avropada milliyyətçilik liberalizmə cavab kimi ortalığa çıxmışdır ki, müəyyən dövrdə Avropa milli dövlətinin özünü mövcudluq kimi sual altına qoydu, bunda ittiham etdi ki, ümuminin maraqlarını əsas götürərək özəlin varlanmasına maneəçilik yaradır. Avropada milliyyətçilik – liberalizmə qarşı müharizə vasitəsidir. Məhz bu səbəbdən Avropada liberallar aktiv şəkildə milliyyətçiliyə qarşı mübarizəyə girişiblər, milliyyətçiliyə müxtəlif yarlıklar yapışdırırlar və onu müxtəlif ölümcül günahlarda ittiham edirlər.
Lakin Avropa üçün yaxşı olan şey rus üçün – ölüm deməkdir. Rusiya milli dövlət deyil, odur ki Avropa milliyyətçiliyi bizə sistem kimi yaramır – həm o masştab deyil, həm də o etnososial mənzərə deyil. Milli dövlət ilk növbədə normativ cəhətdən təksoylu sosial məkandır ki, burda vətəndaşa baş subyekt kimi baxılır. Bu vahid dil, mədəniyyət və sosial konsensus əsasında icma sövdələşməsi deməkdir. Bu xüsusən şəhər tipli lokal məkanın ciddi administrativ sərhədləri deməkdir. Lakin Rusiyada mənzərə tam fərqlidir.
Rusiya – poluetnikdir, çoxkonfessiyalıdır, multilinqvistikdir. Bu yüzlərlə etnos, onlarla kiçik xalq və dövlət yaradan bir böyük xalq deməkdir. Bu yaşam tərzlərinin və sosial modellərin çoxluğu deməkdir. Bu nəhəng aqrar mühit deməkdir. Bu ucsuz-bucaqsız ümmanlar, yuyulmuş, daim dəyişən sərhədlər deməkdir. Rusiya mahiyyətinə görə kompakt təksoylu Avropa milli dövləti kimi ola bilməz. Rusiya heç vaxt milli dövlət olmamışdır, onu milli dövlət kimi formalaşdırmaq cəhdləri daim uğursuzluğa uğramışdır və çox çəkməmişdir. Rusiya üzərində çoxsaylı eksperimentlərin ibrətamiz yolu ilə sübut olunmuşdur ki, milli dövlət heç də bu cür böyük ola bilməz.
Bəs dövlətin hansı formasını biz Rusiya dövlətçiliyi anlayışı ilə assosiasiya edə bilərik? Cavabı bizə tarix verir: İmperiya. Hansına ki texniki termin olaraq dövlətçiliyin növlərindən biri kimi baxılır. Rusiya daim İmperiya olmuşdur və həmişə də yalnız İmperiya ola bilər. Bizimçün İmperiya – dövlətçiliyin yeganə mümkün formasıdır. İmperiya – böyük geopolitik məkan kimi, müxtəlifliyin strateji birliyi kimi.
Odur ki milliyyətçilik bizimçün – imperiya milliyyətçiliyi formasında olmalıdır ki, böyük məkanımızın qorunub saxlanmasına yönəlməlidir. Ksenofobiyanın bütün digər formaları, rusları böyük məkanımızda yaşayan digər yüzlərlə xalq və etnoslardan ayırmaq cəhdləri geopolitik düşmənlərimizin bu böyük məkanı parçalayaraq dağıtmağa yönəlmiş şəbəkə strategiyasının nəticəsidir.
Suverenliyə canatmanın nə ilə nəticələndiyini biz görürük. Bu təkcə Rusiyaya aid deyil. Elə ki Avropa özünü müstəqil aparmağa başlayır, həmin vaxt orda iğtişaşlar başlayır. Tez-tez eşidirik ki, bəs sosial etirazlar dalğasının səbəbi iqtisadi geriləmədir və bu etirazların aradan qaldırılması üçün müəyyən stabil sosial fon yaradılmalıdır, ictimai rifah yüksəldilməlidir və s. Düzdür, bütün bunlar vacib məsələlərdir, amma biz indi bilirik ki, şəbəkə inqilabları dövlətlərdə sosial təminatın nə səviyyədə olmasından asılı olmayaraq baş verir. Bu inqilablar rifah səviyyəsinin aşağı olduğu ölkələrdə də törədilir, yuxarı olduğu ölkələrdə də. Biz Avropanın hansı təlatümlərə yuvarladıldığını görürük. Avropa ölkələrində sanki bir sehrli çubuğun işarəsi ilə birdən birə sosial etirazlar başlayır, hanki ki bu ölkələr daim inqilabların baş verdiyi ərəb dünyası ilə müqayisədə yüksək rifah səviyyəsinə malikdirlər, varlıdırlar, təminatlıdırlar, sosial razılıq şəraitindədirlər. Amma bütün bunlar onların çevrilişlərdən təhlükəsizliyinə təminat vermir: mütəmadi olaraq Yunanıstanda toqquşmalar, Fransada, Şərqi Avropada, hətta qaçmış rusiyalı milyarderlərin müvəqqəti sığındığı Londonda belə iştişaşlar baş verir. Bütün bunlar məhz mərkəzi Vaşinqtonda olan, Avropaya qarşı yönəlmiş həmin şəbəkə müharibələri stategiyasının təzahürləridir; axı Avropa bu gün öz suveren identikliyinin formalaşdırılması yolunda başını qaldırmağa çalışır, ABŞ-ın nəzarətindən kənarda yaşamağa cəhd göstərir.
Avropa Amerikanın daimi vasalı olmaqdan yorulmuşdur. Avropa sərbəstlik istəyir, kontinental Avropa isə, ilk növbədə Almaniya daha çox Rusiya ilə yaxınlaşmaq barədə düşünür. Bununla bağlı siqnallar artıq rəsmi səviyyədə daxil olur. Məsələn, KTMT-nin baş katibi Nikolay Bordyuja ekspert müşavirələrinin birində birbaşa elan etdi ki, KTMT NATO-nun əvəzinə daha çox Avropa İttifaqı ilə işləməyə üstünlük verəcək, Avropa ilə strateji münasibətlər isə bundan sonra birbaşa, ABŞ-ın iştirakı olmadan həyata keçiriləcək. “Avropa İttifaqı bir çox istiqamətlərdə birbaşa əməkdaşlığa girməyə hazırdır” – Nikolay Bordyuja etiraf etdi.
Bordyuja belə hesab edir ki, KTMT-nin NATO və ABŞ tərəfindən vurula biləcək xarici zərbələrə passiv dözümlülük taktikasından postsovet məkanına amerikan ekspansiyasına qarşı aktiv müqavimət strategiyasına keçməyinin vaxtıdır. NATO ilə əməkdaşlıqdan imtinanı Bordyuja məqsədəuyğun olmaması ilə izah edir: “Biz NATO ilə əməkdaşlığı davam etdirə bilərdik, lakın fikrimcə NATO ilə əməkdaşlığın perspektivi praktiki olaraq yoxdur. NATO-ya bu gün siyasi cəhətdən dövlətlərlə təkbətək olaraq işləmək sərfəlidir. Niyə? Mən indi buna şərh vermək istəməzdim, düşünürəm səbəbi onsuz da hamıya aydındır”.
İğtişaşlar yaratmaqla Amerika Avropaya ağanın kim olmasını başa salmaq və onu yerində otuzdurmaq istəyir. Elə həmin üsullarla, şəbəkə strategiyalarından istifadə etməklə amerikan polittexnoloqları Rusiyaya da təsir etmək istəyirlər.
2008-ci ildə başlamış maliyyə krizisindən, o cümlədən onunla müşahidə olunan gərginlikdən Rusiya ərazisində şəbəkə strategiyalarını daha effektiv etmək üçün istifadə olundu. Bilirik ki, şəbəkə müharibəsi həm sülh şəraitində, həm də krizis və qaynar müharibə şəraitində aparılır. Yəni krizis – şəbəkə müharibəsi üçün qidaverici mühitdir. Onun əsas hədəfi isə böyük məkanın dağıdılması, fraqmentlərə bölünməsi və nəzarət altına salınmasıdır. Və vəziyyət nə qədər krizislidirsə, şəbəkə strategiyalarını həyata keçirmək o qədər asandır. Sadə dildə desək, ilk əvvəl krizis yaratmaq lazımdır, belə ki daxildə sosial sülh varsa və əmin-amanlıq şəraitidirsə, şəbəkə agentlərinə iş aparmaq çətin olur.
Diqqət yetirmək lazımdır ki, İngiltərədə (skinxed hərəkatları burdan nəşət götürmüşdür) ərəblərin kütləvi köçü postkolonial periodun nəticəsində, həmin dəniz imperiyasının dağılmasına görə başlandı. Öz mitropoliyası və koloniyaları ilə dəniz imperiyası bizim “mərkəz-periferiya” prinsipi ilə qurulmuş quru imperiyamızın antipodudur. Onların koloniyaları Britaniya ilə ümumi sərhədlərə malik deyillər, “okeanın o tərəfində” yerləşirlər, Avropa arealının hüdudlarından kənardadırlar. Bizim “gəlmələr” isə eyni böyük məkanın sakinləridir – istər Rusiya İmperiyası, istər Sovet İttifaqı, istərsə də indiki MDB olsun – onlar hamısı bizim imperiya periferiyamızdan çıxanlardır.
Daxili mədəni və sosial mühiti Rusiyanı əhatə edən dövlətlərə mənsub insanlara qarşı kökləmək cəhdi Rusiyanı qalan dünyadan ayırmaq, ona ətrafımızı əhatələyəcək sanitar kordondan sədd çəkmək cəhdidir. Bu ərazilər sıx şəkildə bizə bitişikdirlər. Bu ingilis koloniyaları deyil ki, İngiltərənin özü ilə ümumi sərhədlərə malik olmasınlar. Bu bizim sərhəddir, bizimlə eyni sivilizasiya məkanıdır ki, münasibətlərin konfliktli inkişaf alacağı təqdirdə bizi cənubdan ayıracaq, isti dənizlərə çıxışımızı tam qapayacaq. Həm də söhbət ondan getmir ki, sərhədləri immiqrantların postsovet məkanından Rusiya ərazisinə nəzarətsiz yerdəyişməsi üçün açaq, axı bu rus mədəni-sivil identikliyinin silinməsinə gətirib çıxarardı.
Qərbdən idxal olunmuş milliyyətçilik özünün eybəcər skinxed formalarında məhz ABŞ-ın Rusiyanın isti dənizlərə çıxışını bağlamaq ilə bağlı məlum geopolitik strategiyasının davamıdır. Bu Avropa surroqatıdır ki, bizdə rus milliyyətçiliyi görüntüsü altında yeridirlər. Bu “Makdonalds”la birgə Rusiyaya gətirilmiş Qərb eksport məhsuludur ki, Rusiyanın cənub ilə strateji yaxınlaşmasının qarşısını almağa, onu izolyasiyaya salmağa, ideal variantda isə çoxlu sayda hissəciklərə bölməyə yönəlmişdir. Rusiyanı “rus respublikasına” və “milli respublikalara” parçalamaq. Həmin Avropa sosial qadjeti Rusiya daxilində etnik milliyyətçiliyin təhrikinə çalışır ki, bu Rusiyanı dağıtmalıdır, müstəqil geopolitik subyekt kimi sonunu gətirməlidir. Skinxed – Qərb estetikasıdır, Qərb brendləri, musiqisi, geyimi, zahiri görüntüsü, maneralarıdır ki, bizim mədəni mühit üçün yad və özgədir. Skenxedlər – bizim geopolitik düşmənimizin tərəfində duranlardır. Skinxed şəbəkələri – bizə qarşı aparılan şəbəkə müharibəsinin silahıdır ki, Böyük Rusiyanın mövcudluğunu təhlükə altına salır.
Qərb milliyyətçiliklərinin ifrat formalarının eybəcər kopyası olan “rus milliyyətçiliyi” deyilən bəlanın əlacı rus identikliyinin təcili bərpasıdır. Bizim vəziyyətimizdə identiklik – pravoslavlıqdır; arzuolunandır ki, o özünün ilkin, fundamental formalarında olsun. “Rus milliyyətçilərinin” əksəriyyəti isə pravoslavlıq nə olduğunu bilmirlər – hətta özlərini pravoslav adlandırsalar da. “Rus milliyyətçisisənsə” saqqal saxlamalısan, amma onların çoxu hətta başlarını keçəl qırxırlar. “Rus milliyyətçisisənsə” heç olmasa populyar formalarda öz mədəniyyətini bilməlisən– birinci sinfin minimal toplusu kimi Dostoyevskini, Tolstoyu və Puşkini oxumalısan. “Rus milliyyətçisi” olmaq üçün hökmən vacibdir ki, İvan İlyinin, Vladimir Solovyovun, Vasili Rozanovun, Lem Qumilyovun, Aleksandr Duqinin əsərlərini oxumaqla rus fəlsəfəsinin incilərinə yiyələnəsən, rus fəlsəfəsinin nəhəng imkanları səviyyəsində fikir yürüdəsən. İntellektual planda yetkinləşməklə “rus milliyyətçisinə” mane olmazdı ki, bizimlə eyni məkanda yaşayan digər xalqların etnososiologiyası, mədəniyyəti və ənənələri ilə tanış olsun, heç olmasa səthi şəkildə antropologiyanı öyrənsin ki, ermənini yəhudidən ayrd edə bilsin, avrasiyaçılığın əsasları, geopolitika ilə maraqlansın ki, Qərb sivilizasiyasının harda bitdiyi və Şərq sivilizasiyasının harda başladığı barədə anlayışı olsun. Əvvəl-axır bu transformasiyalara baş vurmaqla o daha böyük milliyyətçiliyə yiyələnəcək, yəni imperiya rusuna çevriləcək, özünü kontinental rus dövləti yaratmış və tarixə düşmüş rus xalqının – vahid mədəni-sivil subyektin nümayəndəsi kimi görəcək.
Avropa dövlətinin siyasi forması olan milli dövlət rus üçün olduqca kiçikdir. Milliyyətçi hərfi mənada Rusiyadan qopmuş kiçik ölkə, karlik-dövlət tərəfdarıdır. Avropada milliyyətçi o şəxsdir ki, ona özünün balaca milli dövləti dəyər kəsb edir və libealizmin yaratdığı təhlükə qarşısında o bu dəyəri qorumağa çalışır. Odur ki Avropada milliyyətçi antiliberaldır və ona afərin düşür. Rusiyada isə milliyyətçi tam fərqli olmalıdır. Rusiyada bu sərhədsiz rus imperiya dövlətini – xalqlar imperiyasını özünə ali dəyər hesab edən rus insanıdır. Və heç bir halda Qərb cır-cındırı ilə geyinmiş, ingilis skinxedi kimi hündür şnurlu botunka və bomber kurtka ilə bəzənmiş adam rus milliyyətçisi sayıla bilməz. Rus olmaq istəyirsən – ol, amma Rusiyanı dağıdan Qərb surroqatlarından çəkin. Böyük rus imperiyası milliyyətçisinin əsas tezisi budur.
Bu gün etniklərarası düşmənçiliyin qızışdırılması sahəsində nə baş verirsə, hamısı instrumental strategiyanın nəticəsidir, şəbəkə müharibələri texnologiyasının həyata keçirilməsindən irəli gəlir, Rusiyanın izolyasiyası və ardınca parçalanması ilə bağlı geopolitoloji strategiyadan qaynaqlanır. Qərbdən eksport olunmuş kiçik “rus milliyyətçiliyi” adlı nəsnənin əsl kökləri belədir. Bunun peyvəndi isə rus identikliyinin bərpasıdır ki, Rusiyada ənənəvi olaraq və daima bizim ümumi, vahid geopolitoloji məkanımızda yaşayan, ruslarla ümumi taleyə və ümumi tarixə malik olan xalqlar arasında qarşılıqlı hörməti əsas götürmüşdür. 
Bir məsələ də var ki, həmin təhdidlər ucqarların etnik milliyyətçiliyindən də gəlir – xüsusən də söhbət Qafqaz etnik milliyyətçiliyindən və radikal islamın vahhabi-sələfi mahiyyətli ekstremist formalarından gedirsə. Burda şəbəkələr qərbli kuratorlar və emissarların birbaşa iştirakı ilə Rusiyanın güc yolu ilə dağıdılmasına təhrikə yönəlmişdir. Beləliklə, Qərbdən idxal olunmuş “rus milliyyətçiləri” şəbəkələri kimi islam radikalları və etnik milliyyətçiləri də Rusiyanın daxilində eyni hədəfə işləyirlər – Rusiya dövlətçiliyinin zəiflədilməsinə və dağıdılmasına. Bu məsələdə onlar eyni mahiyyətlidirlər.

Valeri Korovin, “Şəbəkə müharibəsi”

Комментариев нет:

Отправить комментарий