28.03.2023

KEÇMİŞ SOVET RESPUBLİKALARINA QARŞI ŞƏBƏKƏ MÜHARİBƏSİ


Valeri Korovin

Tipik şəbəkə əməliyyatlarına postsovet məkanında törədilmiş “rəngli inqilablar” aiddir. Gürcüstanda “qızılgül inqilabı”, Ukraynada “Yevromaydan”a adlamış “narıncı inqilab”, Moldaviyada twitter-inqilabla müşahidə olunan “rəngli” çevrilişlər törətmək cəhdləri, Azərbaycanda, Özbəkistanda, Belorusiyada hökumətləri şəbəkə vasitələri ilə ardıcıl devirmək səyləri “effektlər bazasında əməliyyatların” tipik nümunələridir. Sirr deyil ki, Rusiya üçün də 2007-2008-ci illərdə hakimiyyəti dəyişdirməyi reallaşdırmaq niyyətilə şəbəkə əməliyyatı hazırlanmışdı. Lakin həkimiyyəti zəbt etmək o səbəbdən alınmadı ki, bu texnologiya Rusiyada vaxtında ifşa olundu, mətbuatda şəkəbə agenturası aşkarlanaraq üzə çıxarıldı, ona müəyyən maneələr və məhdudiyyətlər qoyuldu ki, nəticədə şəbəkə bliskriqinin qarşısı alındı, proses dalana dirəndi.
Postsovet məkanı şəbəkə müharibələrinin aparılması üçün prioritet zonaya çevrilib. Belə ki ingilis geopolitiki Makkinderin dediyi kimi, “kim xartlendə nəzarət edir, dünyaya nəzarət edir”.
Şaxələnmiş Qərb şəbəkələri hal-hazırda Rusiyanın özündə də mövcuddur. Bunlar Yeltsinin hakimiyyəti dövründə yaradılmışdır ki, ilk əvvəl qrantlar sistemi yolu ilə maliyyələşirdilər. Bunlar qeyri-hökumət təşkilatları və ictimai fondlardır ki, indi çoxunun fəaliyyəti Qərbin düşmən şəbəkəsi kimi tanınmaları səbəbindən dayandırılıb. Bunların əsas məqsədi elitaları, cəmiyyətin aktiv hissəsini cəlib etmək, onları liberal, amerikanyönlü mahiyyətdə format etmək idi. Həmin məqsəd müəyyən qədər reallaşdırıla bildi, nəticədə siyasi elitalar və mediaelitanın çox hissəsi 1990-cı illərin başlanğıcında Yeltsin islahatları dövründə yetişmiş və ideoloji formalaşmış kadrlarla minalandı.
Putinin hakimiyyətə gəlişi ilə onlar əriməyə başladılar, lakin belə şəbəkələrin və mərkəzlərin aktivləşərək vəziyyəti 1990-cı illərin əvvəlindəki hala gətirmələri təhlükəsi qalmaqdadır. Onlar hər cür zəiflikdən, Putin dövründə formalaşmış dövlət kursundan yayınmalardan yararlana bilərlər. Həmin şəbəkələri bir tərəfdən öz aktivliklərinə görə, digər tərəfdən onlardan keçən informasiya axınına görə müəyyənləşdirmək olar. Onların aktivliyi Rusiyada siyasi vəziyyəti öz xeyirlərinə formalaşdıra bilər, hal-hazırda dondurulmuş atlantist proyekti yenidən reallığa çevirər, elitanı liberal və qərbçi yönə kökləyər. Bu şəbəkə aşkarlanaraq ifşa edilməlidir ki, belə halda zərərsizləşdiriləcək; əks halda öz rolunu oynayaraq üstünlük qazanacaq, Rusiya siyasi məkanını ideoloi cəhətdən yenidən tutacaq və zəfər çalacaq.
Hələ SSRİ-nin mövcudluğu dövründə Şərqi Avropada start götürməklə “məxməri inqilablar” Avropanın bütün sosialist rejimlərini yıxdılar, Yuqoslaviyanı dağıtdılar və axıcı şəkildə Rusiyanın strateji nəzarət zonası hesab etdiyimiz məkana yerləşdilər. “Məxməri inqilablar” postsovet MDB məkanında baş qaldırdılar. Bütün bunlar həmin ssenarinin Rusiyanın özündə də reallaşa biləcəyi perspektivləri barədə düşünməyə vadar etdi.
Bəs “məxməri inqilablar” baş tutduqları ölkələrə nələr gətirdilər? Postsovet məkanının suveren dövlətlərinin rejimlərini domino prinsipi ilə yıxan nəsnənin arxasında nə dayanır?
“Məxməri inqilablar” ssenarisinin həyata keçirildiyi hər yerdə biz bu gün suverenliyin ya qismən, ya da tamamilə itirilməsini müşahidə edirik.
MDB ölkələrində baş verən “məxməri inqilabların” hamısı ABŞ-ın aktiv dəstəyi və iştirakı ilə başladılmış, təşkil olunmuş və həyata keçirilmişdir. Bu başlıca qanunauyğunluqdur – geopolitoloji qanunauyğunluq. Məqsəd Rusiyanı postsovet məkanından sıxışdırıb çıxarmaq, onun təsir zonasını azaltmaqdır. Son onilliklərin geopolitoloji məntiqi belə olub: SSRİ-nin Avropadakı və üçüncü dünya ölkələrindəki təsirini kənarlaşdırmaq, SSRİ-ni Avropadan sıxışdırıb çıxarmaq, SSRİ-ni dağıtmaq, Rusiyanın postsovet məkanındakı təsirini azaltmaq, Rusiyanı postsovet məkanından çıxarmaq. Qərbin həmin amansız məntiqinin növbəti addımı isə Rusiyanın dağıdılmasıdır. Bu addım qabaqcadan proqramlaşdırılıb, soyuqqanlıdır, yetərincə ölçülüb-biçilib və ABŞ onun reallaşdırılması üçün çox şeyindən keçməyə hazırdır. Bu gün biz postsovet respublikalarında Rusiyanın gələcəyini müşahidə edirik.
Bütün “məxməri inqilabların” ilkin səbəbi ABŞ-ın təkbaşına dünya ağalığı qurmaq strategiyasıdır ki, bu işə onlar istənilən qüvvəni qatırlar, kriminalı da cəlb edirlər, qurbanlar verirlər, alət kimi istifadə edirlər. Müvafiq olaraq vəziyyətin gərginləşdirilməsi və ardınca hakim rejimin dəyişdirilməsi üçün istənilən imkanlar – istər sosial qeyri-stabillik, istər hakimiyyətdən narazılıq, istər rusofobiya olsun – məhz bir məqsədlə istifadə olunur: amerikan təsirini qurmaq üçün. Özü də ssenari, müşahidə etdiyimiz kimi, o qədər də rəngarəng olmur: adətən seçkilərdən bəhanə kimi istifadə olunur, ardınca isə məlum sxem üzrə həyata keçirilir. İşləyir də. Efffektivdir. Demək gələcəkdə də tətbiq olunacaq.
“Məxməri inqilab” – siyasi rejimlərin devrilməsu Cin Şarpın hazırladığı “qeyri-zorakı mübarizə” metodlarına əsaslanır. Bu bütünlüklə və tam olaraq amerikan şəbəkə texnologiyasının məhsuludur; həmin texnologiyanın əsas hissəsidir ki, bu gün politologiyada “şəbəkə müharibəsi” adlanır. Məsələnin məğzi ərazi üzərində nəzarətə imkan dərəcəsində adi silah-sursatdan istifadə etmədən nail olmaqdır. İdealdır: “yumşaq güc” də adlandırılan “soft power” tətbiq olunmaqla həyata keçirilir. Amerikan politoloqu Cozef Nay-kiçik bunu belə təyinatlandırır: “Dövlətin, ittifaqın və ya koalisiyanın beynəlxalq işlərdə arzuolunan nəticələri sərt gücə xas olan sıxışdırma, yeritmə, məcbur etmə yolu ilə deyil, inandırma yolu ilə əldə etmə qabiliyyətidir. Yumşaq güc başqalarını beynəlxalq arenanın müəyyən davranış normalarına riayətə sövq etməklə və lazım olanları öz razılığı ilə etməyə yönəltməklə işləyir ki, nəticədə faktiki olaraq zor tətbir etmədən arzulolunan nəticəni əldə etməyə gətirib çıxarır”.
Beləliklə, ABŞ müharibə aparılmasının yeni texnologiyasından istifadə edir ki, arzuolunan nəticəni praktiki olaraq qansız əldə etməyə imkan verir. “Altıncı nəsil müharibəsi” – texnoloji sənət əsəridir ki, Pentaqonun tam kompetensiyasındadır və bu gün MDB məkanında amerikan hərbi idarəsinin birbaşa komandanlığı və nəzarəti ilə ciddi-cəhdlə reallaşdırılır.
Adətən şəbəkə müharibələri işə düşərkən nəticəyə sosial şəbəkələrin köməyilə nail olunur, yəni cəmiyyətin özünün köməyilə. Ayrıca seqmentdə müəyyən şəkildə ictimai rəy formalaşdırılır, məsələn, hakim rejimə qarşı yönəlmiş formada. Cəmiyyətin şəbəkəni (yəni bir-birləri ilə qarşılıqlı əlaqədə olan iştirakçıları) təmsil edən həmin seqmenti vasitəsilə mövcud hakimiyyətə təzyiq olunur; hakimiyyət məcbur edilir ki, ölkənin idarəçiliyindən imtina etsin və siyasi səhnədən getsin.
Beləliklə, “məxməri inqilab” hakimiyyətin nisbətən qansız və ucuz dəyişdirilməsidir: sosial şəbəkələrdə qızışdırmaqla aşağıdan təzyiqin təşkil edilməsindən istifadə yolu ilə. Və bu aşağıdan, sosial şəbəkələrdən təzyiq, bildiyimiz kimi spontan baş verən hadisə deyil, təhrik olunur, texnoloji təşkil edilir. Şəbəkə texnologiyalarının və “məxməri inqilabların” əsaslandığı xüsusiyyət də budur. Hakimiyyətə ünvanlanmış açıq-aydın ittihamlar bəhanə götürülərək etiraz dalğası lazım olan istiqamətə yönəldilir, “iştirak psixozunun” təsiri altında inkişaf etdirilir – bizi bunu təəccüblü ardıcıllıqla müşahidə edirik. Yəni bu elə amerikan polittexnologiyasından nəşət götürən həmin texnoloji prosesdir.
Beləliklə, bugün xüsusən postsovet məkanında və ərəb dünyasında baş verən bütün “məxməri inqilablar” ABŞ tərəfindən təşkil olunmuşdur ki, əvvəllər Rusiyanın təsir zonasında olan və ya neytral qalan, başqa metodlarla girilməsi mümkün olmayan bu dövlətlərdə və ərazilərdə öz geopolitoloji nəzarətini qura bilsin.

Valeri Korovin, “Şəbəkə müharibəsi”

Комментариев нет:

Отправить комментарий