08.01.2011

ABŞ-ın Azərbaycandakı agenti petux imiş!

            Prokurorluq Con Elvislə bağlı şok açıqlama yaydı 

“Con Elvisin qeyri-ənənəvi oriyentasiyası barədə əməliyyat-axtarış tədbirləri davam etdirilir”

Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Elvis Con Mayklın qəsdən öldürülməsi faktı ilə bağlı “Vaşinqton Post” qəzetində dərc olunmuş informasiyalar həqiqəti özündə əks etdirmir. Baş prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə açıqlamada deyilir: “Yeni Müsavat” qəzetinin 27 dekabr 2010-cu il tarixli “Vaşinqton açılmamış qətlləri gündəmə gətirdi”, “Azadlıq” qəzetinin 26-27 dekabr 2010-cu il tarixli ”ABŞ-dan Əliyevlərə sui-qəsd ittihamı” başlıqlı məqalələrdə, ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri olmuş Piter Van Praqın “Vaşinqton Post” qəzetində “Azərbaycana hər iki partiyanın dəstəyi lazımdır” başlıqlı yazısında 2000-ci ildə Azərbaycan parlamentinə keçirilən seçkilərdən sonra sıradan çıxarılan müxalifətin mübariz qüvvələri ilə sıx əməkdaşlıq etdiyinə görə Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Elvis Con Mayklın seçkilərdən dörd həftə sonra Bakıdakı mənzilində qətlə yetirildiyi, həmçinin ABŞ Federal Təhqiqatlar Bürosunun bununla bağlı cinayət işinin istintaqından narazı olması barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib. Bununla əlaqədar bildiririk ki, 30 noyabr 2000-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, H.Rzayeva küçəsi, 7 saylı evdə ABŞ vətəndaşı, ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun Azərbaycan Respublikası və Gürcüstan üzrə proqram layihəsinin nümayəndəsi Con Elvisin bədəni üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar olunması faktına görə həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.5-ci maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Con Elvisin tamah məqsədi ilə, ənənəvi orientasiyaya malik olmayan şəxslərlə qeyri-normal davranışı zəminində, fəaliyyəti ilə əlaqədar siyasi motivlər zəminində, o cümlədən əcnəbi xüsusi xidmət orqanları tərəfindən ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirilməsi məqsədi ilə, həmçinin ABŞ vətəndaşlarına qarşı terror əməliyyatları həyata keçirən terrorçu təşkilatların üzvləri tərəfindən öldürülməsini nəzərdə tutan əsas fərziyyələr irəli sürülərək hərtərəfli yoxlanılıb.

Cinayət işi üzrə geniş miqyaslı istintaq-əməliyyat tədbirləri həyata keçirilmiş, 1000 nəfərə yaxın şəxs şahid qismində dindirilmiş, təqribən 1500 nəfərin əl-barmaq izləri çıxarılaraq eyniləşdirmə tədqiqatına verilmiş, 700 nəfərin barəsində əməliyyat müşahidəsi aparılması təşkil edilmiş, məhkəmə tibbi, bioloji, trasoloji, kriminalistik, lifli materialların kriminalistik tədqiqatı, kompleks tibbi-kriminalistik və digər xarakterli 36 ekspertiza təyin edilərək müvafiq rəylər alınıb.
Cinayətin Con Elvisin xidməti fəaliyyəti ilə əlaqədar siyasi motivlərlə törədilməsi fərziyyəsi üzrə onun Azərbaycan Respublikasında mövcud siyasi partiyalar, birlik və təşkilatlarla, ABŞ-ın və digər xarici dövlətlərin Azərbaycanda olan nümayəndələri ilə işgüzar əlaqələrinin və münasibətlərinin araşdırılması sahəsində istintaq tədbirləri aparılmış, qeyd olunan qurumların nümayəndələri, ABŞ Respublikaçılar İnstitutunun Tbilisi şəhərində olan ofisinin əməkdaşları dindirilmiş, onların həmin beynəlxalq təşkilatlar, partiyalar və sair öyrənilib.

Con Elvisin qeyri-ənənəvi oriyentasiyası və həyat tərzi zəminində öldürülməsi fərziyyəsi üzrə onun restoran, bar və digər istirahət-əyləncə yerlərində tanış olduğu şəxslərin, intim münasibət saxladığı qadın və kişilərin, o cümlədən yaşadığı əraziyə yaxın dayanacaq və küçələrdə avtomaşınların yuyulması ilə məşğul olan azyaşlıların, habelə Bakı şəhərində yaşayan qeyri-ənənəvi oriyentasiyaya malik, sadizmə meylli şəxslərin dairəsi müəyyən edilmiş, onların Con Elvislə əlaqələri araşdırılmış və bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hadisə yerinə əlavə baxışda iştirak edən ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşları Con Elvisin şəxsi əşyaları arasında «Zaur» adlı şəxsin adından ingilis dilində yazılmış və onun kişilərlə intim əlaqələrini təsdiqləyən məktub aşkar edərək istintaqa təqdim etmişlər. Məktubda göstərilənlərlə əlaqədar belə adda 105 nəfər müəyyən edilərək əlaqələri araşdırılmış, onların əksəriyyəti şahid qismində dindirilmiş, əl-barmaq izləri, qan və əlyazma nümunələri götürülərək tədqiqat üçün FTB-yə göndərilmiş, eynilik müəyyən edilməyib.

Cinayət işinin istintaqı ilə əlaqədar hüquqi yardım göstərilməsi barədə ABŞ FTB qarşısında vəsatət qaldırılmış, verilmiş tapşırıqlar əsasında ifadələri iş üzrə əhəmiyyət kəsb edən xarici ölkə vətəndaşları FTB əməkdaşları tərəfindən dindirilmiş, onların əl-barmaq izləri çıxarılaraq ekspertizaya təqdim olunmuşdur. Hadisə yerindən götürülmüş maddi sübutlar ən müasir elmi-texniki vasitələrin tətbiqi ilə ekspertiza tədqiqatından keçirilməsi üçün ABŞ FTB-na göndərilmiş və cavabları alınaraq cinayət işinə əlavə edilib.

ABŞ FTB tərəfindən aparılmış tədqiqat nəticəsində hadisə yerində Con Elvisə məxsus olan qan izləri ilə bərabər başqa şəxsin də qan izləri aşkarlanmış və cinsi kodu müəyyən edilmişdir. Bununla əlaqədar istintaq marağı doğuran şəxslərin əl-barmaq izləri, tüpürcək və qan nümunələri götürülərək eyniləşdirlməsi üçün mütəmadi olaraq ABŞ FTB-yə təqdim olunub.

Hadisənin baş verdiyi zaman həmin əraziyə daxil olmuş avtomaşının videogörüntüsündən ABŞ FTB əməkdaşları tərəfindən fotosurət çıxarılmış, bununla əlaqədar Bakı şəhərində qeydiyyatda olan və iş üzrə maraq doğuran 1000 ədəddən çox oxşar markalı avtomaşın əməliyyat yolu ilə yoxlanılmış, 21 avtomaşının sahibi istintaqa cəlb edilərək dindirilib.

Cinayətdə iştirakı ehtimal olunan şəxslərin əl-barmaq izləri ekspertiza tədqiqatından keçirilmiş və qan nümunələri tədqiq olunması üçün ABŞ FTB-yə ggöndərilib.

Con Elvisin qəsdən öldürülməsi faktına görə şübhəli şəxs qismində tutulan olmamış, hər hansı şəxsə ittiham elan edilməmiş, cinayət işi Azərbaycan Respublikası Baş prokurorunun əmri ilə yaradılmış xüsusi komissiya tərəfindən öyrənilmiş və verilmiş göstərişlərin tam həcmdə icrası təmin olunub.
İstintaqın əldə etdiyi nəticələr barədə ABŞ Konqresinin Nümayəndələr Palatası, FTB-nin Qafqaz üzrə nümayəndəliyi və digər qurumlar mütəmadi məlumatlandırılmış, ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyi vasitəsi ilə maddi sübutların ekspertizası təşkil edilmiş, ABŞ FTB, ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyi əməkdaşları və başqaları ilə Azərbaycan Respublikası Baş Prokurorluğunda istintaq qrupunun üzvləri, Azərbaycan Respublikası Daxili İşlər və Milli Təhlukəsizlik nazirliklərinin əməliyyat işçilərinin görüşlərində edilib.
İstintaqın təkzibedilməz dəlilləri ilə Con Elvisin siyasi və əmək fəaliyyəti ilə əlaqədar qətlə yetirilməsi öz təsdiqini tapmadığı, hadisənin onun qeyri-ənənəvi oriyentasiyaya malik şəxslərlə intim əlaqələri zəminində baş verməsi ehtimalı daha yüksək olduğu halda, bunlardan sanki xəbərsiz olan Piter Van Praq öz məqaləsində həmin faktları qərəzli şəkildə təhrif edərək, oxucu kütləsinə onun guya demokratik qüvvələrlə sıx əməkdaşlığına görə öldürülməsi kimi çatdırmağa cəhd edib.

Azərbaycan Respublikasının hüquq mühafizə orqanları araşdırılan cinayət işinin istintaqı və digər məsələlər üzrə ABŞ FTB ilə hüquqi yardım sahəsində işgüzar münasibətlərə önəm verdiklərini dəfələrlə bəyan etmiş və qarşılıqlı faydalı əməkdaşlığa bundan sonra da hazırdır.

Jalə Məmmədli                                                                        qafqazinfo.az

İlhamiyyə Rzayeva: “İstərdim ki, bu nağılın ömrü çox olsun...”

   “Oğlum yuxuda da azadlıq istəyir”

               Tanınmış jurnalist İlhamiyyə Rzayevanın “qafqazinfo.az"a müsahibəsi 

- “Gündəlik Azərbaycan” qəzeti bağlanandan sonra deyəsən qələminizə yer tapa bilmirsiniz...
- Bəli… Bu doğurdan da belədir…Bir müddət təlimçi kimi çalışdım, indi də bildiyiniz kimi, humanitar təşkilatda Pr məsələlərinə baxıram. Əslində, gördüyüm hər bir işin mənim əvvəlki fəaliyyətimə birbaşa dəxli var. Lakin etiraf edim ki, bu istədiyim, bacardığım və sevdiyim işin əvəzini vermir. Zaman keçdikcə özümü jurnalistikadan daha da uzaqda hiss etməkdəyəm. Bu da məni məyus edir. Seçim olmayanda belədir…

- Mən şəxsən Sizin simanızda Azərbaycanda daha bir istedadlı jurnalistin 3-cü sektora keçidini hiss eləyirəm. Hara gedirsiniz?
- Məncə cavabı sizə bəlli olan ritorik sualdır bu daha çox… Təklif edəcəyiniz başqa bi-r seçim varsa, gəlin fikirləşək. Özümü başqa bir sferada görməkdən nə qədər məyus olsam da, əslində bu gün daimi, stabil bir iş yerim olduğundan razıyam. İndiki zamanda bu heç də az deyil. Birdəki gördüyüm işin əhəmiyyəti mənim üçün çox vacibdir. Nəticədə, valideyn himayəsindən məhrum uşaqlar dolayısı ilə faydalanırsa, bu məni xoşbəxt edir.

-Azərbaycanda güclü jurnalist olmaq mümkündür?
- Əlbəttə mümkündür. Məhz Azərbaycanda mümkündür. Rahat, hamar yolla necə deyərlər, “nənəm də gedər”. Mən bunu bacardım, bacarana qədər…

- Televiziyaların hansı birindəsə yeni layihə ilə görünmək fikriniz yoxdur ki?
-Bilirsiniz, tutaq ki, var. Nə olsun?? Sizcə bunu reallaşdırmaq məndən asılıdır? Əvvəla, məni maraqlandıra biləcək təklif yoxdur. İkincisi də, indiki vəziyyətdə məni maraqlandırmaq özü o qədər asan deyil. Arzuladığım keçmiş günlərim, verilişlərim, həmkarlarım, həmin ab-hava və s… Bunların heç biri yoxdur daha teleməkanda. Qalan bircə nə zamansa tamaşaçım olmuş insanlar və onların minnətdarlıq dolu münasibətidir ki, bu da dünyalara dəyər. Əgər dönüşümlə bunu da itirəcəyəmsə, istəmirəm. Mən irəliyə baxmağın tərəfdarıyam. İstənilən qərar, yerdəyişmələr və s məni irəli aparmayacaqsa, o zaman nə mənası var? Keçdiyim yolları bir daha keçmək istəməzdim, qoy onlar ancaq şirin xatirə olaraq qalsın. Məni yeni üfüqlər daha çox cəlb edir.

- Mümkünsə bu gün Azərbaycanda hansı televiziyaya baxdığınızı deyə bilərsinizmi?
- Baxmıram... Amma baxmaq istərdim. Özü də çox… Mən əminəm ki, bizim kanallar itirilmiş tamaşaçılarını çox asanlıqla qaytara bilərlər. İstəsələr, əlbəttə ki… Çünki, yad kanallar nə qədər maraqlı olsalar belə, bizim mühitimizi əhatə etmədiyindən onlara bağlana bilmirsən. Bu ona bənzəyir ki, molla Nəsrəddinə deyirlər ki, “molla, aş gəlir”, o da deyir ki, “mənə nə?”.. bir tamaşaçı kimi, öz kanallarımızda, öz dilimizdə və özümüz haqda, real, düşündürən bir verilişə məmnuniyyətlə baxardım. Nə yazıq ki, baxmağa bir şey tapa bilmirəm. Ya düşük şoulardır, ya da intellektuallığa iddialı olan aparıcıların ambisiyasına xidmət edən verilişlər. Hər ikisi çox cılız gəlir mənə doğrusu. Bəlkə də bu işin mətbəxinə bələd olduğumdandır ki, efirdən deyilən hər bir sözün əslində nəyə xidmət etdiyini görüb usanıram. Fikirləşirəm ki, axı bu efir, bunlardan daha çox məndə olub, illərlə canlı efirdə işləmişəm. Bəlli bir çərçivələr olsa da, əslində ciddi şəkildə gözün üstə qaşın var deyən olmayıb. Amma mən bu efirdən özümün reklamım, PR im üçün istifadə etməmişəm, heç ağlıma da gəlməyib. Nə üçün də etməliydim axı? Məyər mənim xidmət etdiyim, çalışdığım, zövq aldığım məqsəd bundan kiçikmi idi? Mən sözün əsil mənasında tamaşaçısını düşünən, və düşündürə bilən, ona işləyən bir veriliş görmək istərdim. O zaman bəlkə mən də bizim Televiziya kanallarından birinin tamaşaçısına çevrilə bilərəm.

- İnformasiyaları hansı mənbədən alırsınız?
-İnternetdən, facebookdan bir də Evronyus xəbərlərindən – vəssalam. Sadaladığım bu mənbələr mənə fikir sırımırlar. Facebooka gəlincə, əvvəl ora baxıram, əsas hansı məsələlərin gündəmdə olduğundan xəbərdar oluram. Tanıdığım şəxslərin paylaşdığı məqalələr, bloq yazıları, müzakirə etdikləri mövzular mənə gündəmdən agah olmaqda kömək edir. Bundan sonra, diqqətimi cəlb edən bir mövzunu daha dərindən öyrənib təhlil etmək üçün internetdəki başqa resurslara baş vururam. Beləcə informasiya aclığımı öldürürəm.

- Sizin evdə bir ərköyün yazıçı var... Onunla işlər necədir?
- Səhviniz var, ərköyünlərin sayı bir deyil. İbrahim Həmidin tökdüklərini yığıb. Onun kimi fikirləşir və ilk üsyanını evdə elə bizim özümüzə qarşı edir. 4 yaşlı bu üsyankar, o gün mənə deyir ki, “mənə təzyiq göstərməyin”, yaxud da “mənim üçün ən əziz olan azadlıqdır” və s bu kimi sözlər deyir adama. Mat qalıram, doğrusu belə şeyləri biz ona öyrətməmişik. Sadəcə, görünür bizim dalğamıza köklənə bilib. Həmidə gəlincə, o doğurdan da ərköyündür, amma bütün ərköyünlər kimi, gücü ancaq onun nazını çəkənlərə çatır. Yəni nə ərköyünlüyü varsa evdə edir. Mən onunla birgə çalışmışam, iş yoldaşı kimi. İş prosesində ərköyünlükdən əsər əlamət qalmır. Həmidin işgüzar keyfiyyətlərinə həsəd aparmaq olar. Bəyəndiyi, sevdiyi işlə yorulmadan, fasiləsiz, həm də təmənnasız məşğul ola bilər. O, təpədən dırnağa yaradıcı insandır. Sözün yaxşı və pis mənalarında. Bu xüsusi insan tipidir.

- Azərbaycanın ədəbi gəncliyindən kimin yaradıcılığını ən çox qiymətləndirirsiniz?
- Bizim çox dəyərli gənc ədiblərimiz var. Nərmin Kamalı, Aqşini, Nicat Əliyevi, Günel Mövludu çox bəyənirəm. Hesab edirəm ki, onların parlaq gələcəyi var. Əlimdə imkan olsaydı, onları bütün başqa işlərdən ayırıb, ancaq yaradıcılıqla məşğul olmalarına şərait yaradardım. Axı indi onların ən məhsuldar dövrüdür. Məsələn bu adamlar ədəbiyyatla bağlı veriliş aparsalar, məmnuniyyətlə baxardım...

- Həmidin yazılarını oxuyursunuz?
-Əlbəttə. İlk növbədə ona görə oxuyuram ki, hər dəfə nəsə öyrənim. Mən Həmidi canlı ensiklopediya hesab edirəm. Bunda əlavə, onun şerlərini də çox sevirəm.

- Uşaqlara görə həyəcan keçirirsinizmi? Yəni onların bu mühitdə necə yaşayacaqlarını düşünəndə...
- Bizim bir övladımız var. Hələ balacadır. Deyirlər uşaq böyüdükcə, qayğıları da böyüyür. Lakin mən, onun gətirdiyi sevinclərin böyüdüyünü daha çox görürəm. Uşaqla bağlı yeganə qayğımız onun yaxşı təhsil almasıdır. Təəssüf ki, indi elə bir zamanda yaşayırıq ki, bir çox məsələləri maddiyyət həll edir. Yaxşı məktəblər, yaxşı müəllimlər və s. Amma mən onu da bilirəm ki, şagird yaxşı olsa ona heç müəllim də lazım deyil. Özünə lazım olanı öyrənəcək, necə deyərlər, həyat universitetini əlaçı bitirəcək. Övladımı məhz belə birisi görmək istərdim. İbrahimin gələcəkdə hansı peşə seçəcəyini deyə bilmərəm. Bircə onu bilirəm ki, döyüş və hərbi işlərə çox meyllidir. Evdə ona bağışlanmış oyuncaq maşınlar çox olsa da onlarla oynamağı sevmir. Lakin mağazada qılınc, xəncər gördümü, gözləri parıldayır və onu bizə aldırmayınca, əl çəkmir. Qonaq getdiyimiz evlərdə bəzən əsil qılınc, yaxud digər silah görəndə hayıl-mayıl olur. Sonra evə qayıtdıqda həmin adamların adını belə unutsa da evlərində qılınc olduğunu uzun müddət xatırlayır. Azərbaycanı sevir, himn oxuyur, düşmənlərimizi tanıyır. Lakin hər şeydə pozitivlik axtarır. İstənilən düşməni zərərsizləşdirməyin yollarını bilir. Bunlardan ən populyar olanı budur, məsələn, div varsa, mütləq yaxşı div də var. Ola bilməz ki, divlər ancaq pis olsun. Zalım padşah varsa, mütləq adil padşah da var. Bir sözlə həyat ona hələlik bir nağıl kimi gəlir. İstərdim ki, bu nağılın ömrü çox olsun. Özü də ona görə yox ki, oğlum nağıllara inanmaqda davam etsin, ona görə ki, həyatımız, onun sevdiyi nağıllara azacıq da olsa bənzəməyə başlasın…

Deyəsən axı, mən də nağıllara aludə olub onlara inanmağa başladım? Nə isə… qayıdaq reallığa. İstər öz övladıma, istərsə də bütün balalara arzu etmək istərdim ki, bizim dadmadığımız, görmədiyimiz bütün nemətləri könül xoşluğu ilə dada bilsinlər. Azərbaycanda olmaqdan, azərbaycanlı olmaqdan zövq ala bilsinlər, bununla fəxr edə bilsinlər, Azərbaycan təhsili dünyada ən güclü təhsil olsun, səhiyyəmiz də həmçinin, iqtisadiyyatımız, ordumuz güclü olsun, insanımız azad nəfəs alsın…

Reallıqdan uzaqlaşmadım ki?..

Cühud sürücü dünyanın nifrətini necə qazandı?

Beynəlxalq AFP xəbər agentliyi Qüds yaxınlarında Ərəblərin sıx olaraq yaşadığı Silvandan dəhşətli foto yayıb. 

“Qafqazinfo”nun məlumatına görə, yayılan foto dünya mediasında ciddi müzakirəyə səbəb olub. İsrailli bir sürücü Silvan küçələrində irəliləyərkən, Fələstinli maskalı uşaqlar avtomobilin önünə atlayıb daş atmağa başlayır. Amma sürücü özünü itirmir və heç bir tərəddüd etmədən avtomobili uşaqların üzərinə sürür və onlardan lap ikisini filmlərdəki kimi vuraraq kənara atır.

İlham Əliyevi tənqid edən partiya sədri həbs edildi

 Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov həbs olunub 

FaktXeber.com-un verdiyi məlumata görə, dünən axşam saatlarında partiyanın qərargahından evə gedərkən həbs olunan Mövsüm Səmədovla ilə birgə, İslam Partiyasının müavini Vaqif Abdullayev və sürücüsü Mirhüseyn Kazımov saxlanılıb. Qeyd edək ki, partiya sədri həbs olunarkən onunla birgə olan Elçin Həsənov da polis tərəfindən saxlanılıb.

Mövzu ilə əlaqədar Azərbaycan İslam Partiyasının mətbuat katibi Akif Heydərli ilə əlaqə saxladıq və o da məlumatı təsdiqlədi. “Dünən axşam partiya qərargahından çıxarkən Mövsüm Səmədov və onunla birgə olan 3 nəfər həbs olunub. Həbs olunanlar əvvəlcə Nərimanov rayon 18 saylı polis bölməsinə aparılıb. Bundan sonra məhkəmə qarşısına çıxarılan 3 nəfərə 10 sutka həbs cəzası verilib. Partiya sədri Mövsüm Səmədovu isə hazırda Milli Təhlükəsizlik Nazirliyində saxlanılır”.

Məlumat üçün bildirək ki, 2 yanvar tarixində Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov, partiyanın baş məclisində ölkə başçısı İlham Əliyevi sərt tənqid edərək, Azərbaycanda İslam dini əleyhinə aparılan təzyiqlərin dayandırılmasını tələb etmişdi.

                                                                                                  qafqazinfo.az     

İsrail terrorist adı ilə yatan vətəndaşı öldürdü

        Yəhudilərin dünya xalqlarına qarşı genosidi davam edir!

İsrail əsgərləri terrorist əvəzinə yataqda yatan 66 yaşlı Ömər Salam Kavasmini qətlə yetirib. 

“qafqazinfo.az”ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Həmas üzvlərini həbs etmək üçün Qərbi Şəriyədəki Əl Xəlil şəhərinə basqın edən İsrail əsgərləri Vail Bitərin evi əvəzinə Ö.S.Kavasminin evinə girib. Mərhumun həyat yoldaşı əsgərlər evə girən zaman dua etdiyindən onların necə gəldiyindən xəbəri olmayıb. Subhiye Kavasmi əsgərlərin onun ağzını bağladığını və həyat yoldaşını gözləri önündə qətlə yetirdiklərini deyib. 

Ö.S.Kavasmınin oğlu Recai isə bildirib ki, “Atamı öldürdükdən sonra məndən onun Bitər olub-olmadığını soruşdular. Mən isə Bitərin bir mərtəbə aşağıda yaşadığını dedim və əsgərlər atamın cəsədini də götürüb getdilər”.

Mərhumun cəsədi daha sonra Fələstin Qızıl Aypara cəmiyyətinə təhvil verilib və İsrail ordusu radiosunda Kavasminin qətlinə görə ailəsindən üzr istənib.

                                                                                                         Fatimə Kərimova 

07.01.2011

"Bakı, islam düşmənlərinin qərarlarını təkrarlayır"

Heydər Camal: "Təəssüflər olsun ki, bu gün Qərb dövlətləri və İsrail ilə olan münasibətlərin sıxlığına yönəlmiş göstərişlər nəticəsində, Azərbaycan İslam aləmində dərin bir dini-siyasi izolyasiyaya məruz qalıb" 

Rusiya İslam Komitəsinin sədri Heydər Camal Azərbaycanda son günlər hökm sürən hicab qadağası ilə bağlı FaktXeber.com-a verdiyi eksklüziv müsahibəsində maraqlı məqamlara toxunub. O, Azərbaycan hakimiyyətinin tutduğu yolun İslam mədəniyyəti ilə ayaqlaşmadığı qənaətindədir. Həmçinin xalq diplomatiyasının yalnız hicab probleminin həllinə yox, Qarabağ məsələsinin həllinə yönəlməldilməsi fikrindədir.

- Cənab Camal, bildiyiniz kimi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycanın orta məktəblərində şagirdlərin hicab geyinməsinə rəsmən qadağa qoyulmuşdur. Bu məsələ ilə bağlı sizin mövqeyinizi bilmək istərdik, bu qadağanı necə qiymətləndirirsiniz?

- Çox mənfi! Mən düşünürəm ki, Bakı Avropa Birliyinin, Parisin və Berlinin yolu ilə gedir. Belə bir yol artıq qardaş Türkiyə tərəfindən tərk olunub. Türkiyədə hal-hazırda başqa proseslər gedir. Ki, bu cür addımlar 1920-ci 30-cu illərdə tapdalanan İslam dəyərlərinin dirçəlişinə yönələn proseslərdir. Rəcəb Tayyib Ərdoğanın gəlişindən qabaq Türkiyənin müsəlmanlarını əziyyətə salır, onların fəaliyyətini məhdudlaşdırırdılar. İndi isə əlhəmdullilah onlar, İslam mədəniyyəti ilə sivilizasiyanın qəbul olunan münasibətlərinin bərpa olunması yolu ilə gedirlər. Amma Bakı İslam düşmənlərinin qərarlarının “kopiya”sı yolu ilə gedir. Və təbii ki, belə qərarlar hakimiyyət ilə xalq arasında olan uçurumu daha da artırır. Ona görə ki, sovetlərin təsirinə baxmayaraq, Azərbaycan xalqı şüuraltı kollektivləşmədə yenə də müsəlman olaraq qalır. Və bunu da nəzərə almaq lazımdır ki, bu qadağa yalnız Parisin, Berlinin islamofob yasaqlarına bənzəmə deyil, həmçinin onlardan pis olan və daha da çox sovet dönəminə xas qadağalara bənzəyir. Deməli, Sovetlərdən çıxan insanlar, sosial sahədə olanları itirdilər, amma azadlıqları, xüsusən vicdan azadlığını əldə edə bilmədilər. Belə qadağalar 1991-ci ildən sonra postsovet xalqlarının tarixi yollarının saxta olmasının göstəricisidir.

- Cənab Heydər Camal, deyə bilərsinizmi, Rusiyanın orta məktəblərində hicaba, ümumiyyətlə dini atributlara qadağalar mövcuddurmu?

- Xeyir, belə bir qadağalar yoxdur. Hətta xaricə getmək üçün pasportda hicablı şəkilin çəkilməsi ilə bağlı qadağa da mövcud deyil.

- Bildiyiniz kimi, Azərbaycanda məhkəmələr, xüsusən belə problemlərdə formal xarakter daşıyır. İnanclı insanlar bu problemin aradan qaldırılması üçün, ümumiyyətlə belə problemlərin olmaması üçün hansı tədbirlər görməlidir?

- İnanclı insanların əsas vəzifəsi dəvətdir. İslamın sosial bazasını möhkəmləndirmək üçün ateist-aqnostiklər və tərəddüd edən insanların arasında, ilk növbədə Azərbaycanın siyasət və mənəvi varlığı olan cavanların arasında İslam elmini yaymaqdır. Və təbii olaraq, mövcud vəziyyətə dünya və xüsusən İslam cəmiyyətinin diqqətini cəlb etmək üçün, İslam alimlərinin və fəallarının iştirakı ilə beynəlxalq xarakter daşıyan tədbirlər keçirmək gərəkir. Təəssüflər olsun ki, bu gün Qərb dövlətləri və İsrail ilə olan münasibətlərin sıxlığına yönəlmiş göstərişlər nəticəsində, Azərbaycan İslam aləmində dərin bir dini-siyasi izolyasiyaya məruz qalıb. Ona görə də, əgər dövlət rəhbərliyi özünü belə münasibətlərə yönəldirsə, əks tərəf xalq diplomatiyasına və İslam aləmi ilə sıx münasibətlərin inkişafına yönəlməlidir. Və bizim bacılara bildirmək lazımdır ki, hicab onların əsarət altında saxlanılması deyil, əksinə, baş örtüyü onların mənliyi, namusu, bayrağı və siyasi deklarasiyasıdır. Xalq diplomatiyası yalnız hicab probleminin həllinə yox, həmçinin Qarabağ məsələsinin həllinə yönəlməlidir. Və Qarabağ problemi dünya müsəlmanlarının gözündə Fələstin problemi ilə bir səviyyə qalxmalıdır.

- Cənab Heydər Cəmal, ətraflı cavablarınıza görə sizə təşəkkür edirik.

                                                                                                 Orxan Ələmdar, Aqil Mehdi

Hakimiyyətdə məntiq çatışmazlığı sindromu

Eyvaz Abdullayev
Azadlıq jurnalı, № 7, 15.08.2005


Ruslan Bəşirli İlham Əliyev və Ramiz Mehdiyev kimi casusları olan ermənilərin nəyinə lazımdır
          
İlham Əliyevin nənəsi, Ramiz Mehdiyevin arvadı ermənidir; hakimiyyətdəki erməni kürəkənlərinin siyahısı isə xeyli uzundur

Hakimiyyətin AXCP əleyhinə düzəltdiyi şounun istinad nöqtəsi ondan ibarətdir ki, guya ermənilər Bakıda özlərinə casus yığmaq istəyirlərmiş və bu məqsədlə Ruslan Bəşirlini seçiblər. Amma bu arqument ona görə şikəstdir ki, ermənilərə Bakıda Ruslan Bəşirli kimi səlahiyyətsiz casusun gərək olduğu inandırıcı deyil. Əgər arvadı erməni olan Ramiz Mehdiyev bütün səlahiyyətləri ilə ermənilərin xidmətində can- başla dayınıbsa, onda Ruslan Bəşirli onların nəyinə lazımdır? hanı məntiq?..

Azərbaycanda ermənilərlə qohumluq əlaqələri olan məmurlar kifayət qədərdir. Bu faktlar dəfələrlə mətbuatda yer alıb. Amma ermənilərin yeznələri səlahiyyət sahibləri olduqlarına görə ictimaiyyətin bütün bunlara adekvat reaksiya verməsinə imkan verilməyib. Elə Heydər Əliyevin özü də erməni gəlinlərin çoxluğunu etiraf edərək "Azərbaycanda 30 min erməni gəlini var" demişdi.

Ermənilərin Azərbaycan hakimiyyətində yuva salmış yeznələri kimlərdir. Gəlin bir daha bu mövzuya qayıdaq.

1. Heydər Əliyev

Təbii ki, ilk növbədə Heydər Əliyevdən başlamaq lazımdır. Əhali arasında geniş yayılmış fikir ondan ibarətdir ki, mərhum prezident Heydər Əliyevin anası milliyyətcə erməni olub. Bir çoxları hesab edirlər ki, məhz bu səbəbdən Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə anası haqqında heç nəyi qabartmayıb. Onun atasının kürd olduğunu təsdiqləyən mənbələr də kifayət qədərdir. Görünür, buna görədir ki, hətta bir sıra Türkiyə qəzetləri də "Heydər Əliyevin damarında erməni-kürd qanının axdığını" yazıblar.

Heydər Əliyev öz fəaliyyətində də ermənipərəst mövqeyini gizlədə bilməyib. hakimiyyətə gələn kimi 6 rayonu "topdansatış" yolu ilə ermənilərə verəndən sonra Heydər Əliyev ermənilərlə atəşkəs haqqında saziş imzaladı və bununla da ermənilərin qələbəsini rəsmiləşdirdi. Bundan əvvəl də o, ermənilərlə sıx əməkdaşlıq etmişdi. Haxçıvanda hakimiyyətə gələndən sonra Heydər Əliyev öz erməni qohumları ilə danışıqlar apararaq özü üçün sakitliyi təmin etdi və 1993-cü ilin dövlət çevrilişini istədiyi kimi hazırlamağa girişdi. ABŞ qəzetlərindən biri Heydər Əliyevin bu hərəkətini "xəyanətkar addım" adlandırsa da bu fikirlə razılaşmaq çətindir. Çünki Heydər Əliyev ermənilərlə belə danışıqlara getməklə əslində öz erməni millətinə xidmət edib ki, bunu da xəyanət adlandırmaq çətindir. Əgər o Azərbaycana xidmət etmiş olsaydı, bunu xəyanət adlandırmaq olardı.

2. İlham Əliyev

Yuxarıda göstərilənlərə əsasən, İlham Əliyevin nənəsi ermənidir.

3. Ramiz Mehdiyev

Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin ermənilərlə qohumluğu barədə dəfələrlə məlumatlar verilib. hər dəfə göstərilib ki, Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Artyunova ermənidir. Doğrudur, müxtəlif vaxtlarda bunu təkzib etməyə səy göstərərək bildiriblər ki, Ramiz Mehdiyevin həyat yoldaşı dağ gürcüsü - meqreldir. Amma əslində, Qalina Artyunovanın erməni əsilli olduğunu gizlətmək mümkün deyil. Onun erməni arvadı hazırda Bakı Dövlət Universitetinin Riyaziyyat Kafedrasında çalışır. Onun erməni olduğuna şübhə edənlər universitetdəki mənbələri vasitəsilə özləri araşdırma aparıb buna əmin ola bilərlər. Yeri gəlmişkən, hazırda Ermənistanda Ramiz Mehdiyevin çoxlu sayda qohum-əqrəbası var və onlara maddi cəhətdən kömək edir.

4. Əli həsənov

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli həsənovun da həyat yoldaşı erməni millətindəndir. Xatırladaq ki, Əli həsənov 1988-ci ildə Sumqayıt hadisələri zamanı xüsusi fəallıq edən şəxslərdən biri olaraq təxribatın böyüməsində müstəsna rol oynayıb. Bu gün əksəriyyət bilir ki, Ə.həsənov Sumqayıt hadisələri zamanı əhaliyə müraciət edərək "mənim də həyat yoldaşım ermənidir" söyləyib. Bütün bunlar çəkilib və arxivlərdə saxlanılır. Bu gün Əli həsənovun qaçqın və məcburi köçkünlərə bəslədiyi nifrət də elə öz arvadının milliyyətindən qaynaqlanır. Qaçqınların pullarını mənimsəyərək onları acından ölmək həddinə çatdıran Əli həsənov da öz səlahiyyətləri çərçivəsində ermənilərə qulluq edir.

5. Zakir Qaralov

Baş prokuroru Zakir Qaralovun Borçalı türkü olduğu iddia edilsə də, əslində onun ana nəslinin ermənilərlə qohumluq əlaqələri olan meqrellərdən olduğu hamıya bəllidir. Bunu Borçalıda hamı bilir və P.Qaralovun Gürcüstan və Azərbaycan türklərinə bəslədiyi nifrət də məhz bundan qaynaqlanır. həm də bu şəxsin Sabunçu və Həsimi rayon prokuroru vəzifəsindən nə üçün qovulduğu a bəllidir. Z.Qaralov məhz içki düşkünü olduğuna görə işdən kənarlaşdırılıb.

Həmçinin bu günlərdə "Bakı-Xəbər" qəzeti də baş prokuror Zakir Qaralovun qardaşı hamlet Qaralovla bağlı maraqlı məlumat vermişdi. Məlumatda bildirilir ki, 7-8 ay əvvəl Azərbaycanın Gürcüstandakı səfirliyindən Xarici İşlər Hazirliyinə məktub göndərilib. Məktubda qeyd olunub ki, səfirliyin məsul işçisi hamlet Qaralovun erməni xəfiyyələri ilə əlaqəli olan şəxslərlə münasibətləri var. Buna görə də onun səfirlikdə fəaliyyət göstərməsi mümkünsüz hesab edilib. Bundan sonra hamlet Qaralov geri çağrılıb və bir müddət sərəncamda saxlanıldıqdan sonra XİH-də işlə təmin olunub. Bu məlumat da artıq Z.Qaralovların ermənilərlə əlaqəli olduqlarını ortaya qoyur.

Təxminən iki-üç ay əvvəl Azərbaycanın Gürcüstandakı səfirliyinin önündə ölkəmizin Şimal bölgəsində yaşayan ingiloyların aksiyası keçirilmişdi. Sonradan aydınlaşdı ki, bu şəxslər əslində Azərbaycandan köçən ermənilərdir. Bu aksiyanın təşkilatçısı da hamlet Qaralov olub. O, bununla səfirlikdən qisas almaq istəyib.

6. Abbas Abbasov

Baş nazirin birinci müavini Abas Abbasovun da arvadı mililyətcə ermənidir. Onun da Ermənistanla sıx ticarət əlaqələri var. A.Abasovun Rusiyada da ermənilərlə şərikli biznes obyektləri var.

A.Abbasovun milliyyətcə erməni arvadı Bella Abbasova Xarici Dillər Universitetində çalışır. Amma o, 1995-ci ildən sonra fəaliyyətinə praktik olaraq dayandırsa da, iş cədvəlinə uyğun olaraq maaş alır. On il ərzində isə o, qiyabi olaraq elmlər namizədi olub. Dosent adı alıb. həmçinin Abbas Abbasov ermənilərlə qohumluğunu pərdələmək üçün həyat yoldaşının adını dəyişərək Bilqeyisə çevirib. Onun yenə də öz erməni rəfiqələri ilə erməni dilində danışdığı bildirilir. Rəfiqələrinə gəlincə, bu sırada birinci yeri Ramiz Mehdiyevin erməni həyat yoldaşı Qalina Artyunova tutur. Bella ilə Qalina tez-tez Mehdiyevin bağında görüşürlər. Bu görüşlər zamanı onlar erməni dilində danışırlar.

7. Artur Rəsizadə

Baş naziri Artur Rəsizadənin anası milliyətcə ermənidir. Onun əmisi Şamil Rəsizadə 1980-ci illərin ortalarında Qazax rayonun ərazisindən 2 min hektar torpaq sahəsini ermənilərə pay verib. Məhz buna görə də onu Kəmərli kəndinin sakinləri döyərək eşşəyə mindirib rayondan qovmuşdu. A.Rəsizadə isə öz növbəsində ermənilərlə birləşib bu xəyanətlə barışmayanları cəzalandırmışdı. həmin dövrdə Kəmərlinin kolxoz direktorunu həbs etdirib öldürtdürən də Artur Rəsizadənin əmisi Şamil olub.

8. Ziya Məmmədov

Ötən sayımızda yazdığımız kimi, hazırda nəqliyyat naziri Ziya Məmmədov Ermənistan Dəmiryol Departamentinin direktoru Ararat Xmiryanın bacısı qızı Virciniya Asaturyanla Bakıda nikahdan kənar ailə münasibətlərindədir. Ziya Məmmədovun A.Xmiryanla sıx biznes əlaqələri var və bu əlaqələrin möhkəmlənməsində qohumluq əlaqələri də öz rolunu oynamaqdadır.

Həmçinin Ziya Məmmədovun qardaşı Elton Rusiyanın Stavrapol vilayətində ermənilərlə biznes qurub.

9. İsa Məmmədov

Heydər Əliyevin adamı, Lənkəranın sabiq birinci katibi İsa Məmmədovun həyat yoldaşı erməni Klaranı artıq hamı tanıyır. Bu Klara fevralda vəzifəli şəxslərin erməni arvadlarını bir yerə toplayaraq iclas keçirmişdi və və onlara tapşırmışdı ki, Qarabağ məsələsinin ermənilərin xeyrinə həll olunması üçün ərlərinə təsir göstərsinlər. Qeyd edək ki, İsa Məmmədovun oğlu Azərbaycanın HATO-dakı nümayəndəliyində çalışır və orada Azərbaycanın adından danışır.

10. Kəmaləddin Heydərov

Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov ermənilərlə sıx biznes əlaqələrinə malikdir. Ermənistana zəruri ərzaq məhsullarının çatdırılmasını həmişə o təşkil edib. Eyni zamanda, Ermənistan istehsalı olan məhsulları da Azərbaycana gətirən məhz Kəmaləddin Heydərovdur. Bundan əlavə, hələ "Ruslan Bəşirli şousu"ndan bir müddət əvvəl Rusiya mətbuatında yazılmışdı ki, Kəmaləddin Heydərov 1992-ci ildə milliyətcə erməni Yuri Minasyanla şərikli heroin alverinə görə həbs edilib və zaman onu həbsdən məhz həmin erməni xilas edib.

11. Və sair

Sahib Alıyevi himayə edən "Mərkəz" qəzetinin təsisçisi, deputat Gülər Əhmədovanın nənəsi ermənidir.

Ruslan Bəşirliyə qarşı alət kimi istafadə edilən Osman Əlmuradovun milliyətcə ləzgi olduğu bildirilsə də, son vatlar onu tanıyanların verdiyi məlumatlara görə, onun ermənilərlə qohumuq əlaqələri var və təmiz ləzgi deyil.

Hazırda Yeni Azərbaycan Partiyasından 15 erməni əsilli deputat var.

Məntiq axtarışında

Sonra da deyirlər ki, ermənilər Ruslan Bəşirlini ələ almaq istəyiblər. Axı Ruslan kimi səlahiyyətsiz, üstəlik özlərinin dedikləri kimi, heç rus dilini də bilməyən birisi ermənilərin nəyinə lazımdır? Ölkənin de-yure başçısı İlham Əliyev onların millətindəndirsə, öləkənin de-fakto başçısı Ramiz Mehdiyev öz arvadının əmrləri altında ermənilərin xidmətində dayanıbsa, Əli həsənov, Zakir Qaralov, Abbas Abbasov, Artur Rəsizadə, Ziya Məmmədov, İsa Məmmədov, Kəmaləddin Heydərov, onlarla deputat və başqa hökumət məmurları ermənilərin casusu olaraq fəaliyyət göstərirlərsə, Ruslan Bəşirli ermənilər üçün daha artıq dərəcədə dnecə xidmət edə bilərdi ki? hər bir iddiada bir məntiq olmalıdır axı!

                                                                                   isagambar.az 

PROBLEM QOCA, SEKULYARİST TƏBƏQƏNİN TƏŞƏBBÜSÜDÜR

"İslamnews" İnformasiya Agentliyinin rəhbəri, Rusiaynın "Yığıncaq" İctimai Təşkilatlar Assosasiyasının sədri, Muhammed Salahaddinovun FaktXeber.com-a eksklüziv müsahibəsi 


- Cənab Salahaddinov, bildiyiniz kimi Azərbaycanda orta təhsil ocaqlarında hicaba qadağa qoyulmuşdur. Bu qadağa Təhsil Nazirliyi tərəfindən həyata keçirilmişdir və hal-hazırda da mövcuddur. Bu cür bir problemə sizin münasibətinizi bilmək istərdik.

- İlk növbədə qeyd etmək lazımdır ki, insanların hüquqların tapdalanması və həmçinin baş örtüyü geymək istəyən qadınların hüquqların tapdalanması laik olmayan bir əməldir. Və bu qadağanı qanun çərçivəsinə salmaq ilk növbədə həmin qanun verənləri biabır edir və qadağa qəbul olunan cəmiyyəti alçaldır. Bu tapdalanan hüquq, qadın tərəfindən isməti təcəssüm etdirən bir hüquqdur. Xüsusən o ərəfədə ki, “seksual inqilab” nəticəsində Qərb ölkələri müxtəlif fitnə-fəsadın təsiri altında isməti qorumayan cəmiyyətləri məhv edirlər. Bu birincisi. İkincisi, yaxşı bir nümunə var - Azərbaycanın yanında Türkiyə mövcuddur. Türkiyə yavaş-yavaş o ziyanı dərk edir, türk milləti və qanunvericilər islamofobiya nəticəsində düşdüyü bir vəziyyətdən çıxmaq istəyir. Və biz artıq görürük ki, bu günlərdə türk stüardessalara hicab geyməyi icazə verilmişdir. Azərbaycanda isə islam aləmində nüfuzunu alçaldan belə bir addımın atılması yaxşı bir nəticə vəd etmir.

- Cənab Səlahəddinov, ümumiyyətlə Rusiyada belə bir hicab problemi mövcuddurmu, yəni Rusiya şagirdləri hicab qadağası ilə rastlaşıblar?

- Yox, artıq neçə ildir həll olunub. Təxminən on il bundan qabaq belə bir problem yarandı, lakin cənab Vladimir Putinin məsləhəti ilə, Daxili İşlər Naziri tərəfindən bir qərar verildi ki, bu qərar qadınlara öz dini mənsubiyyətinə görə, sənədlərdə və pasportlarda baş örtüyü ilə şəkil çəkdirməyə icazə verirdi və bu günləri də qanun qüvvədədir. Bundan başqa qadınların məktəblərdə və ali təhsil ocaqlarında da hicabla bir problemi yoxdur. Düzdür, fərdi xarakter daşıyan bəzən hansısa müəssisədə belə bir qadağa olur, amma bu müvəqqəti xarakter daşıyır və bu həmən təhsil ocaqların, ya da ki müəssisələrin rəhbərlərin islamofob düşüncələrindən irəli gəlir. Və çox az bir əziyyət lazımdır ki, belə bir problem aradan götürülsün.

- Bu günləri Azərbaycanın inanclı insanları hansı addımları atmalıdırlar ki, bu problem aradan qalxsın?

- Düşünürəm ki, ilk növbədə bu qadağanın nə qədər ziyanlı olmasının anlayan Azərbaycan ziyalılarından ibarət bir diskusiya təşkil edilməlidir. Dövlətin rəhbərinə, qanunverici instansiyaların rəhbərlərinə bu məsələnin zərərli olmasını izah edən müraciətlər ünvanlanmalıdır. KİV-də bu məsələnin müzakirəsi ilə bağlı bir kompaniya həyata keçirmək və bu qərarın nə qədər qanunazidd və absurd olmasını göstərmək. Həmçinin Türkiyəni və Rusiyanı misal gətirmək olar ki, burada da problem hansısa qoca, sekulyarist təbəqənin təşəbbüsündən irəli gələn qadağalar idi.

                                                         Orxan Ələmdar, Aqil Mehdi

«Xural» qəzeti “Ramiz Mehdiyevə yardım!” kampaniyasına başlayacaq…

Bir müddət əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin «şərəf və ləyaqətini alçaldan, nüfuzuna ciddi xələl gətirən məlumat yayması» iddiası ilə «Xural» qəzeti redaksiyasına qarşı qaldırdığı iddia ərizəsi Nərimanov rayon məhkəməsində hakim Rasim Kazımov tərəfindən heç bir məhkəmə araşdırması aparmadan 02 iyul 2010-cu il tarixli qətnaməsi ilə tam şəkildə təmin olunmuşdu.

Bundan sonra Apelyasiya məhkəməsinə müraciət edən «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı yenidən bu cür situasiya ilə üzləşmiş, Apelyasiya məhkəməsinin hakimi İman Nağıyev heç bir sorğu-sual aparmadan, 10 dəqiqə müddətində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iddiasını tam olaraq təmin etmiş və qəzetə qarşı qaldırılan 10 min manat təzminatın ödənilməsilə bağlı qərar çıxarmışdı. Ali Məhkəməyə yenidən şikayət ərizəsilə müraciət edən «Xural» qəzeti redaksiyasının əməkdaşları məhkəmənin keçirilmə tarixilə bağlı xəbər gözlədiyi halda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru Zaur Həmzəyev tərəfindən yazılmış bildiriş alıblar. Bildirişdə deyilir ki, Nərimanov rayon məhkəməsinin 2 (005)-2541/2010 saylı icra vərəqəsində göstərilən tələb 10 gün müddətində könüllü icra olunmazsa, icra məcburi qaydada təmin ediləcək, həmçinin «İcra haqqında» AR Qanununun 82 və 84-cü maddəsinə müvafiq olaraq Əvəz Zeynallının barəsində qanuna müvafiq tədbirlər görüləcək. Z.Həmzəyevin «İcra haqqında» AR Qanununun 7-ci maddəsinin tələblərinə uyğun tərtib etdiyi icraata başlamaq haqda Qərarında bildirilir:
1. Nərimanov rayon məhkəməsinin icra vərəqəsinə əsasən, icra üzrə icraat başlanılsın.
Qeyd: Nərimanov rayon məhkəməsinin qərarına əsasən, «Xural» qəzeti iddiaçı Ramiz Mehdiyevin şərəf və ləyaqətini alçaldan, nüfuzuna ciddi xələl gətirən məlumatları yayması nəticəsində vurduğu mənəvi zərərə görə iddiaçının xeyrinə 10 min manat pul ödəməli və həmin məbləğ «Ümid Yeri» Uşaq Evinə köçürülməlidir.

2. Borclu «Xural» qəzetinə və Zeynalov Əvəz Tapdıq oğluna icra vərəqəsinin 10 gün müddətində könüllü icrası üçün bildiriş verilsin.

3. İcra könüllü təmin edilmədikdə, icra hərəkətlərinin həyata keçirilməsilə bağlı xərclər və icra ödənişi borcludan tutulsun.


Məsələ ilə bağlı «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı münasibət bildirərək, qeyd etdi ki, müstəqil mətbu orqan olaraq «Xural» qəzeti bütün mümkün müqavimət üsullarından istifadə edəcək. Məhkəmənin Ramiz Mehdiyevin xeyrinə qərar çıxardığı 10 min manat cəriməni toplamaq üçün «Ramiz Mehdiyevə yardım!» kampaniyasına başlayacaq. Bütün bunlarla yanaşı, Prezident Administrasiyasının rəhbərinin səlahiyyətlərindən istifadə edərək, müstəqil mətbuatı susdurmaq istiqamətində atdığı addıma etiraz əlaməti olaraq aksiyalar keçirmək üçün beynəlxalq təşkilatlarla məsləhətləşmələrə başlayacaq.

                                                                                                      XuralTAC

Kənan Hacının "Yag kimi" kitabı çapdan çıxdı

               “Ən yeni ədəbiyyat” seriyasından Kənan Hacının kitabı işıq üzü gördü

Realist üslubda yazılmış bu roman cəmiyyətdə yeri səhv düşmüş bir insanın faciəsindən bəhs edir. Onun necə yaşaya bilməməsi melodramatik situasiyalar yaradır. Özünün uydurduğu yalanın qur­banına çevrilmiş “şair” nə həyatla ayaqlaşa bilir, nə də həyat onunla hesablaşır.

O, məşhurlaşmağın müxtəlif yollarından istifadə etsə də hər dəfə fiaskoya uğrayır, cəmiyyət onu məsxərəyə qoyur, stula çıxardıb şeir oxudur. Əsərdə onun həyatının bütün qatları əhatə edilir və onun simasında yeri səhv düşmüş adamların faciəsi təsvir olunur. Əsər boyu qəhrəmanın genetik kodları da araşdırılır və onun xarakterinin naqis cəhətlərinin hardan qaynaqlandığını anlatmaq üçün keçmişə qısa ekskurs edilir.

“Yağ kimi” romanında öz taleyini yaxşıya doğru dəyişmək və ya yenidən yazmaq istəyi son nəticədə illüziyaya çevrilir. Bu tip öz sosial aləminə elə alışıb ki, bu mühitdən qopmaq iqtidarında deyil. Onun istəyinin cığırı heç yerə gedib çıxmayacaq, əksinə zaman burulğanında itib gedəcək.


                                                                                               qanun.az

"Körpələri öldürmək savabdır!"

Xaxamlardan irqçilik fətvası: "Onların həyat tərzi biz yəhudilərdən fərqlidir. Onlar arasında bizə qarşı nifrət bəsləyənlər var və onlar çox təhlükəlidirlər" 

Fələstinlilərə qarşı şiddət və etnik təmizlik siyasəti tətbiq edən İsraildə, ölkənin nüfuzlu xaxamları verdikləri fətvada yəhudilərin ərəblərə ev satmaq və kirayəyə verməsini qadağan edib. Fətvanı Tövrata istinad etdiklərini söyləyən xaxamlar, ərəblərə ev kirayə verən və ya satan yəhudilərin aşkar edilməsini istəyərək, onlarla ticarət edilməməsi və Tövrat dərsləri almalarına icazə verilməməsini tələb edib.

Fələstin torpaqlarını 60 ildən çoxdur işğal altında saxlayan və etnik təmizləmə siyasəti aparan İsraildə irqçilik, cəmiyyətinin imtina edilməz müqəddəsləri arasında yer alır. Qəzzaya hücum zamanı "Körpələrin də öldürülməsi" əmrini verən və Qərb zolağında Fələstin mallarının ələ keçirilməsini "halal" sayan israilli xaxamlar bir daha maraqlı fətva ilə yadda qalıb.

Safed şəhərinin baş xaxamı Şumel Eliyahunun, yəhudilərin evlərini ərəblərə kirayəyə verməməsi üçün verdiyi fətvaya ölkə daxilində bir çox yüksək vəzifəli xaxam imzalayıb. Baş xaxam Eliyahunun, oktyabr ayında verdiyi fətvasına dəstək verən 18 yüksək vəzifəli xaxam, bildikrdikləri məlumatda, yəhudi cəmiyyətinin ərəblərə qarşı diqqətli olmasının lazım olduğunu ifadə edərək, "Onların həyat tərzi biz yəhudilərdən fərqlidir. Onlar arasında bizə qarşı nifrət bəsləyənlər var və onlar çox təhlükəlidirlər" ifadələrini işlədib.

Tövrata "istinadən" verilən fətvanı dəstəkləyənlər arasında İsrail Xaxamlar Məhkəməsinin rəhbəri Xaxam Dov Domb da var. Ərəblərə ev kirayəyə verən, ya da satanların digər yəhudi cəmiyyətinin üzvləri tərəfindən xəbərdar edilməsini istəyən xaxamlar, evlərini kirayəyə verənlərin deşifrə edilməsini də xahiş ediblər. Xaxamlar məlumatda belə deyib: "Ərəblərə ev kirayəyə verən ya da satan yəhudilərdən bu davranışlarından əl çəkənə qədər uzaq durmalı, onlarla ticarət edilməməli və Tövrat oxumalarına icazə verilməməlidir."

Faktxeber.com Türk mediasına istinadən xəbər verir ki, Xaxamların cəmiyyət üzərində böyük nüfuzu olduğu İsraildə, fələstinlilərə qarşı irqçi tətbiqlər dində vacib bir əməl kimi qiymətləndirilir. Keçən il Qəzza qırğını əsnasında əsgərlərə ordu xaxamı General Avi Ronzki, "Vətəndaşları öldürmək savabdır" əmri verərək, israilli əsgərlərin fələstinliləri öldürməkdən çəkinməmələrinin lazım olduğunu söyləmişdi. Bir başqa xaxam İzak Şapiro isə "Körpələri qətlə yetirmək vacibdir" fətvasını vermişdi. Qərb zolağında yaşayan Xaxam Murdaxai Elyaho da, Yəhudilərin fələstinlilərin zeytunlarını oğurlamalarının lazım olduğunu ifadə edərək, "Fələstinlilərin zeytunlarını oğurlamaq mübahdır. Çünki bu zeytun bağçaları bizim torpaqlarımız üzərində yetişdirilib" ifadələrini söyləmişdir.
Beynəlxalq Əfv Komissiyası İsrailin sionist xaxamları (mollalarını) irqçi fətvalarına görə, məhkum edib. Əfv komissiyası, fələstinlilərə qarşı çıxarılan bu kimi "fətvaların" insan hüquqlarına zidd addım olduğunu bildirib.



                                                                                                                      Cavad Turan 

YENİ ZELLANDİYA İSRAİLİ QOYUNA DƏYİŞDİ

                                               İki dövlət arasındakı gərginlik səngimək bilmir 

Faktxeber.com "mignews"-a istinadən xəbər verir ki, amerikalı siyasətçilər Yeni Zellandiyanı boş ərazidəki qalmaqalın şişirdilməsində və İsraillə əlaqələri təhdid altına atdığına görə ittiham edib. Bu ittiham, iqtisadi gəlir üzündən İsraili unudaraq , ərəb ölkələrinə qoyun ixracatı ilə bağlıdır.
"TheGuardian"-ın yayımladığı "WikiLeaks" sənədlərində Yeni Zellandiyanın "ittiham" olunmasının səbəbləri açıqlanıb. 2004-cü ildə iki İsrail vətəndaşının saxlanaraq, onların "Mossad"-ın əməkdaşı olması və iflic xəstənin şəxsiyyəti altında gizlənərək qanunsuz Yeni Zellandiya pasportu almaqda cəhdləri Vaşinqtonun fikrinə görə, Ərəb ölkələrinə yönəlik eksportun gücləndirilməsi naminə istiqamətlənən düzəltmə bir şey olub.
Müttəhimlər qanunsuz pasport almaqda özlərini günahkar sayıb, lakin gizli kəşfiyyat dəstələrinə qulluq etməyi təkzib etmişdilər. Onlar yarım il müddətinə azadlıqdan məhrum olaraq, 50000 yeni zellandiya dolları cərimə olmuşdular.
Bunu qeyd etmək yerinə düşər ki, bu insident qalmaqala səbəb olmuşdu və Vellinqtonla Tel-Əviv arasında dərin gərginliyin yaranmasına gətirib çıxarmışdı.
"Yeni Zellandiya dövləti, İsrailin xüsusi təşkilatlarının nəinki qəbuledilməz həta Yeni Zellandiyanın müstəqilliyinə və insan haqlarına zidd olaraq hazırladığı aktı araşdırır"-deyə Yeni Zellandiyanın keçmiş baş nazir Xelen Klark bildirib.
Lakin 2004-cü ildə ABŞ səfirinin yazdığı gizli hesabatda hakimiyyətin bu addımı atmaqla Tel-Əvivlə arasındakı konflikti göz ardı etdiyini, qanunsuz pasport söhbətini qabartmaqla öz avtoritetini Ərəb ölkələrində bərkitmək istəyində olduğunu qeyd edib. Və bu avtoritet sayəsində bazara qoyun və digər yeyinti məhsullarının çatdrılması ilə bağlı nüfuz qazanıb. Bu versiya Yeni Zellandiya ilə Ərəb ölkələri arasında güclənən ticari əlaqələr səbəbindən atılıb.

TANRI BİZƏ "FƏLƏSTİNLİLƏRİ QOVUN" DEYİB

               Tanrı mənə dedi ki: "Torpaqları oğulumun qayıtması üçün hazırla!"
 
İsrailin Neqev bölgəsində, fələstinlilərin yaşadığı kəndlərin dağıdılması üçün maliyyə, Xristian Sionistlər tərəfindən təmin edilir. Kəndləri dağıdaraq, fələstinlilərin yaşadığı sahələrdə yəhudi yaşayış məskənlərinin inşası , ağaclandırma və yaşıllaşdırma işlərini görülməsini xristian sionistlər, özlərinə Tanrı tərəfindən verilən iş kimi dəyərləndirir.

Faktxeber.com-un verdiyi məlumata görə, Xristian sionistlərin televiziya kanalı olan "God-TV"-nin qurucularından sayılan Rori Alek, kanalın rəsmi internet saytına yüklədiyi videoda, "Tanrıdan əmr aldıqdan sonra yaşıllaşdırma işinə başlandığı" ifadə edilir. "Tanrı mənə dedi ki: "Torpaqları oğulumun qayıtması üçün hazırla!"-ifadələri də qeyd olunan videoda istifadə olunur.

Yəhudilərin seçilmiş müqəddəs birlik olduğu və Məsihin geri dönməsi üçün Fələstin torpaqlarının fələstinlilərdən təmizlənməsinin lazım olduğunu düşünən Evangeliya Xristianları, dağıdılan Fələstin kəndlərində yaşıllaşdırma və Yəhudi yaşayış məskənləri inşa etməyə məşğuldurlar.

Özlərini "Xristian Sionist" olaraq adlandıran Evangeliya Xristianları "God-TV" televiziya kanalı, Neqevdə "God-TV Meşəsi"' adı verilən bölgədə indiyə qədər 500 min ağac əkib. Buldozerlə dağıdılan və ağac əkmə işinin aparıldığı sahələr fələstinlilərə aid ərazilərdir. Keçən il İsraildə Yəhudi yaşayış məskənlərinə yardım edən Milli Yəhudi Vəqfinə 500 min dollar pul köçürən "God-TV"-nin fələstinlilərin bölgədən çıxarılması üçün adı çəkilən vəqflə əməkdaşlıq etdiyi qeyd olunur.

Milli Yəhudi Vəqfi və "God-TV"-nin fələstinliləri yerlərindən qovaraq, yəhudi məskənləri qurmasına reaksiya göstərən İnsan Haqqları Təşkilatları proyekti qınayıb. Bu fəaliyyəti tənqid edən İnsan Haqqları Nəzarət Təşkilatı, keçən il iki ay ərzində 8 dəfə dağıdılan Əl Əraqib kəndində fələstinlilərə qarşı tətbiq edilən bu hərəkətin yolverilməz olduğunu bildirib. Bir tərəfdən fələstin kəndlərinin dağıdılaraq təmizlənən sahələrdə yəhudi məskənlərinin açılması üçün maliyyə yardımı göstərən "God-TV"-nin fəaliyyətləri nəzərdən qaçmır. 15 il bundan əvvəl İngiltərədə yaradılan və 2007-vi ildə mərkəzini Qüdsə keçirən televiziya kanalının, dünyada 500 milyon tamaşaçısı olduğunu iddia edilir.

"God-TV"-nin 2006-cı ildə qurulan "İsrail Üçün Xristianlar" qrupuyla yaxın əlaqələri var. Texaslı rahib Con Hagee tərəfindən yaradılan qrup, Amerika Konqresində İsrail üçün lobbilik edir. "God-TV"-də çıxış edən rahib Hagee, 1990-cı illərin sonunda televiziyada, Hitleri tərifləmişdi. Hagee, Hitleri "ovçu" olaraq xarakterizə etmiş və onun Tanrının yəhudilərin İsrailə dönmə planını reallaşdırmaq üçün Avropada getmək üçün bir yer buraxmadığını söyləmişdi

BRİTANİYA VƏ KANADA SƏFİRLƏRİ ÖLKƏDƏN QOVULDU

Faktxeber.com-un "Rbk"-ya istinadən verdiyi məlumata görə, Fil Dişi Sahili hakimiyyəti ölkədən Böyük Britaniya və Kanada səfirlərini geri qaytarır. Hazırıki ölkə başçısı Loran Qbaqbonun nümayəndələri xəbər verib ki, Ottava və Londonun bənzər hərəkətlərinə cavab olaraq, bu ölkələrin xarici siyasət üzrə idarələri nümayəndələrinin fəaliyyətləri dayandırılır.

Qeyd edək ki, 2010-cu il 28 noyabrda keçirilən prezident seçkilərindən sonra, hakimiyyət siyasi dalana düşüb. Hər iki namizəd Qbaqbo və keçmiş baş nazir Uattara öz qələbələri haqqında elan etmişdi. Axırıncı namizəd, ABŞ, Böyük Britaniya, BMT və Afrika İttifaqı tərəfindən ölkə rəhbəri kimi qəbul edildi. Qbaqbo dəfələrlə BMT ordusunun Uattarı dəstəklədiyi üçün ölkəsini tərk etməyini tələb etmişdi. Hal-hazırda keçmiş baş nazir Abidcan şəhərində otellərin birində qalır ki, bura onun tərəfdarlarının qərargahına çevrilib. Bu binanı BMT-nin kontingent üzrə sülhməramlı qoşunları mühafizə edir.

Biabırçılığa son qoyuldu!

Professional Oxucu Liqası Azərbaycan xalqını təbrik edir: 

Biabırçılığa son qoyuldu- 

“Onun yarısı” verilişi dayandırıldı!                  
 

ATV telekanalında yayımlanan, "Tük axtaran Zaur" kimi ad çıxarmış Zaur Baxşəliyevin aparıcısı olduğu, pozğunluğu yayan “Onun yarısı” verilişinin efir fəaliyyəti dayanıb. Bəzi saytlarda yayılan xəbərlərə görə, fəaliyyəti dayandırılan veriliş təkcə “Onun yarısı” olmayacaq. Əyləncəli digər verilişləri də bağlanmaq təhlükəsi gözləyir. Hətta kanalda bəzi islahatlara da başlanılıb. ATV bundan sonra ciddi verilişlərin məkanı olacaq. İslahatlar verilişlərlə yanaşı aparıcılara da şamil olunacaq.

Milli.az saytının məlumatına görə, bağlanılması gözlənilən verilişlər sırasında Dilarə Əliyevanın aparıcısı olduğu “Burada və indi” adlı proqramın da yer aldığı deyilir. Həmçinin bəzi məlumatlara görə, “Sən tək deyilsən” verilişinin bir müddət yayımı dayandırılacaq və adı dəyişdirilərək “Səni axtarıram” olacaq. Hazırda isə həmin verilişin çəkilişləri dayandırılıb. Bağlanması gözlənilən verilişlərdən biri kimi “ATV maqazin” verilişinin də adı çəkilir.

Rəcəz

Nabatəli Qulamoğlu

           İndi dünya siyasəti əruzun bu bəhrində səslənir 

Dünya yaman qarışıb. Sovet İttifaqı zamanında fərqli sistemlər vardı və bunlar arasındakı rəqabət qaçılmaz idi. İndi iki əks sistem, demək olar ki, yoxdur, amma ideyalar döyüşür, insan itkiləri səngimək bilmir. Ağlımız ibtidai insanın təfəkküründən ciddi fərqlənsə də, hərəkətlərimiz oxşar olaraq qalır-dünyanın varını bölüşə bilmirik. Bu həm də həyat fəlsəfəsidir: dünya dolursa, deməli, onu boşaltmaq zərurəti də meydana çıxır. İndi demokratik dəyərlərlə avtoritar rejimlər ölüm-dirim savaşına girişib.

Bir-birini tamamlayan dörd hadisə yuxarıda söylədiklərimin sübutudur:

1) Lukaşenko saxta seçkiyə etiraz edən müxalifət liderlərini qanına qəltan etdi və həbsə atdı;

2) V. Putin M. Xodorkovskiyə uzunmüddətli həbs kəsdirdi;

3) Demokratik dünyanın gözləntilərinə baxmayaraq, Azərbaycan hakimiyyəti yeni ildə verdiyi əfv fərmanı ilə heç bir siyasi məhbusu azad etmədi (əfv olunanların isə azadlığa layiq olduğu bizim üçün qaranlıqdır, çünki həmişə televiziyalardan eşidirik: cinayət törətmiş şəxs təzəcə əfv fərmanı ilə azadlığa buraxılmışdı);

4) Ukrayna Prezidenti yeni Baş prokuror təyin edən kimi rəqibi Y. Timoşenkoya cinayət işi açdırdı (düzdür, hələ Yanukoviçin avtoritarizmə doğru addımları qorxaq şəkildə özünü büruzə verir). Göz baxa-baxa Şər Xeyrə meydan oxuyur. Dünyada demokratiyanın tənəzzülə uğraması hələ bir neçə il bundan qabaq senator Con Makkeyni narahat etmişdi və o çox ciddi bir təkliflə çıxış etmişdi. C. Makkeynə görə, Belorusda lukaşizm , Rusiyada putinnizm, Çində maoizm möhkəmlənir, dünyanın demokratik qüvvələri əllərini yana salıb durmamalıdır, bu çox təhlükəlidir. Təklifin mahiyyətində demokratiyanın iqtisadi, siyasi və hərbi gücünü konsolidasiya etmək ideyası dururdu. “Demokratik Liqa” adlandırılacaq bu təşkilat öz qarşısına ümumi hərbi büdcə hazırlamaq, viza rejimini ləğv etmək, işçi qüvvəsi və kapitalın azad hərəkətini təmin etmək kimi vəzifələr qoymuşdu. Avtoritar ölkələrin canına üşütmə salan məhz bu ideyadan sonra “demokratiyanı ixrac etmək olmaz “ kimi demaqoqik bir fikir ortaya atıldı. İndi də biz Obamanın əsas prinsip kimi seçdiyi “ağlın gücü”nü gözləyirik, o da ki, bizdə hamının tanıdığı “lazım” kimi bir şeydir-gəlib çıxmır ki, çıxmır.

Hər bir ölkə böyük ailədir. Yaxud biz də öz ailəmizin “dövlət başçısı”yıq. Biz də prezidentlər kimi uşağı günahı üstündə cəzalandırır və bir az sonra isə əfv edirik. Amma heç vaxt imkan vermirik ki, kimsə bizim ailənin haqqını oğurlasın. Hətta öz valideynlik borcumuzu yerinə yetirməyəndə bizi bu hüquqdan məhrum edirlər. Maraqlıdır, Azərbaycan iqtidarının zülmü altında inləyən “uşaqlar”a - Azərbaycan vətəndaşlarına beynəlxalq aləmin belə biganə münasibəti nə üçündür?

Ölkəmizdə demokratik fikirli insanların nikbinliyini bölüşə bilmirəm. Amma onu bilirəm ki, beynəlxalq dəstək olmadan bu labirintdən çıxmaq çətindir. Yəqin ki, biz də günahsız deyilik. Gərək vaxtında dövlət başçısını qara qüvvələrin təsirindən ayırıb öz tərəfimizə çəkməyi bacarırdıq. İndi bunu etmək daha çətindir. O vaxtları deyirəm ki, Bakı Şəhər İcra Hakimiyyətinin etirazına rəğmən, İlham Əliyev müxalifətin Qələbə meydanında toplaşması üçün H. Abutalıbova göstəriş verdi. Onda hamının ürəyində bir demokratiya işartısı yarandı. İndi daha çətindir, çünki bilmirik, həmin o qara qüvvələr Prezidenti hansı iqtisadi rıçaqlarla özlərinə bağlayıblar. Hələ bir neçə il öncə M. Saakaşvili müsahibələrinin birində İ. Əliyev haqqında demişdi: “O təkdir”. Güman edirəm ki, yeni yaradılmış İctimai Palata da, ziyalıları səfərbər edən Xartiya da bu yolu bir daha sınaqdan çıxarmalıdır. Söhbət dövlət başçısını tərif eləməkdən, yaxud ona yaltaqlıq etməkdən getmir. Onu inandırmaq lazımdır ki, arxasında xalqın köməyini hiss etsin. Heç şübhəsizdir ki, siyasi iddialardan tamamilə uzaq olan bu təşkilatlar öz sıralarını genişləndirib müəyyən güc toplasa, buraxılmış səhvləri düzəltmək olacaq. Daha doğrusu, ona nail olmaq lazımdır ki, dövlət başçısı inansın: biz həmin o qara qüvvələrdən güclüyük.

Vaxtilə ərəb döyüşçüləri başdan ayağa silahlanıb çayın o tay-bu tayına toplaşardılar. Döyüşdən öncə qladiatorlar bir-birinə rəcəz oxumaqla öz qələbəsinə inamı xüsusi bir coşqu ilə ifadə edərdilər. İndi dünyada Xeyirlə Şərin durumu ərəb cəngavərlərinin döyüşünə çox oxşardır. Amma Şərin üstünlüyü göz qabağındadır. Belə yerdə söz siyasətindir - mən müxalif kəsimin taktikasını nəzərdə tuturam...


                                                                                      qafqazinfo.az

Azərbaycan xatirələri - I Yazı

Əfşar Süleymani 

Saytdan: İranın Azərbaycandakı sabiq səfiri, tanınmış diplomat Əfşar Süleymani xatirələrini yazıb. O, xatirələrində uzun illər diplomat kimi çalışdığı MDB ölkələrində qarşılaşdığı maraqlı hadisələr, başına gələnlər, keçirdiyi görüşlər, diplomatik münasibətləri və digər olduqca mühüm məqamlardan bəhs edib. Onun xatirələri seriyasından ilk yazını təqdim edirik.

Mən 1990-cı ildə İranda Tehran Universitetində hüquq və siyasət elmləri fakultəsində siyasət elmi ixtisasında magistr dərəcəsini bitirən zaman SSRİ dağılmaq üzrəydi. Dərslərin biri “İran İslam İnqilabı və onun beynəlxalq əlaqələrə təsiri” adlanırdı və bu dərs seminar şəkilində tələbələr tərəfindən təqdim olunurdu.

Mən o ərəfədə Azərbaycanla bağlı mövzunu seçib onun Çarlar və SSRİ zamani vəziyyətini araşdıraraq, gələcəyi ilə bağlı təxminən 100 səhifəlik bir yazı yazdım. Həmin yazımı seminar şəkilində fakültədə mühazirə etdim.

O zamanlar Azərbaycanın gələcəyi haqqında müxtəlif fikirlər var idi necə ki, indi də var...

Bəziləri heç SSRİ-nin dağılmağına inanmırdılar və hesab edirdilər ki yaranan hay-küy müvəqqətidir, gec-tez sabitlik olmalıdır. Hətta bəziləri SSRİ dağılandan sonra da hesab edirdi ki, yenə də bu birlik bərpa olunacaq.

İranda və Azərbaycanda Azərbaycanla bağlı baxışlar, düşüncələr fərqlidir. Bəziləri din və mədəniyyət prizmasından Azərbaycan hadisələrini analiz edirdilər, digərləri milli baxışla olayları şərh edir, başqaları da ancaq strateji baxımdan regional və beynəlxalq məsələləri nəzərə alaraq Azərbaycanda gedən proseslərə münasibət bildirirdilər.

Mən isə fakültədə yazımda və çıxışımda Azərbaycanın keçmişini region və beynəlxalq müstəvidə gedən prosesləri həmçinin İran-Azərbaycan müştərək tarixini və mədəniyyətini, iki ölkənin və xalqın əlaqələrini nəzərə alıb öz fikrimi açıqladım. Çıxışımda dedim ki, İran və Azərbaycan əlaqələri 2 tərəfin daxili işlərinə qarışmadan, müştərək ənənələr üzərində, iqtisadi münasibətləri inkişaf etdirməklə aparılmalıdır və beləliklə bu mədəni münasibətlərin güclənməsinə səbəb ola bilər.

Mən onda hələ Xarici İşlər Nazirliyində çalışmırdım. Müdafiə Nazirliyində Tədqiqat baş idarəsinin rəisi idim. Ondan öncə də 6 il Tehran şəhərində orta məktəbdə dərs demişdim.

1991 ildə SSRİ rəsmən dağılan zaman mən artıq İranın Xarici İşlər Nazirliyində Şərqi Avropa idarəsində işləyərdin. SSRİ dağıldı və yeni müstəqil olan ölkələrlə bağlı İran XİN-də bir təşkilat yarandı. 6 ay dan sonra da o təşkilatın yerinə MDB ölkələri baş idarə yaradıldı. Bu idarənin tərkibində 2 qurum fəaliyyət göstərirdi. Mən ekspert vəzifəsində 2-ci idarədəki Orta Asiya ölkələrinin və Azərbaycanın İranla əlaqələri sahəsində çalışırdım. Beləliklə, İran azərbaycanlısı olaraq Azərbaycan dilində, öz ana dilimdə iki ölkənin münasibətləri ilə məşğul olurdum.

Birinci idarə isə Rusiya, Ukrayna, Belarus, Ermənistan, Gürcüstan və Moldova məsələləri ilə məşğul olurdu.


     qafqazinfo.az                                                                                                        (Ardı var)

06.01.2011

ŞƏKİLLƏR...

Hüsamə bin Sarxan                    

  

 BAŞDAŞINDAKI ŞƏKLİMİZ. Kəndimizin məscidi ilə qəbirstanlığı qonşudu.Aşura günü ata annesi ilə məscidə gedən 4 yaşlı uşaq şaxsey-vaxsey vaxtı baş verən qarışıqlıqdan istifdə edib qəbirstanlığa keçir. Ata annenin başı başına qapaz döyməkdən aynıyandan sonra görür nəvəsi yoxdu. O yana nəvə,bu yana nəvə,əl qatır özünə.Söhbətin nədən getdiyini anlamayan aşura iştirakçıları ata anneyə baxıb,yenidən cuşa gəlirlər.Nəvə isə öz keyfində,qəbirstalığı o baş-bu baş gəzib,qayıdır ata annesinin yanına.Ata anne başlayır uşağı duz kimi yalamağa.Uşaqsa heç nə olmamış kimi ata annenin əlindən yapışıb çəkir qəbirstanlıq tərəfə.Uşağın narahatçılığını hiss edən ata anne müqavimət göstərmir.Elə ki boy-boya dayanmış başdaşıların bərabərinə çatırlar,nəvə soruşur:

-Hamının şəkli burdadı,bə sənin şəklin hanı?

Ata anne nə qədər fikirləşirsə nəvəsinin sualına cavab tapa bilmir.

 Doğurdan da çox fəlsəfi-əndirəbadi sualdır və hər adam bu sualın cavabını tapa bilməz. Amma mən ağıl və kamalımın qüdrətindən istifadə edib, bu sualı cavablandırmağa çalışacam.

 HƏYATDAKI ŞƏKLİMİZ. Əslində hamımız şəkilik və başdaşındakı şəkildən qətiyyən fərqimiz yoxdu.Sadəcə başdaşındakı şəklimiz həyatdakı şəklimizdi, həyatdakı şəklimizsə-iblisin ,canavarın, qoyunun, camışın, keçinin...   

 Bax,belə-belə işlər,mənim balam! Şəkil olan şəkildi,şəkil olmayanın da şəkli var. Birilərini axtarışda olanların siyahısından,başqa birilərini şərəf lövhələrindən,digərlərini deputatxana və quşxanalardan...asıblar. ”Ana Sakit”, ”Müsavat”, AXCP-də asılanlar da öz yerində. Hələ ürəyimizdən asdığımız şəkilləri demirəm.” Ay bir qızın ürəyində

itən şəklim batan şəklim”.

Bax bu məqamda,beynimin hansısa küncündə dəfn etdiyim xatirələr xortdayır və xortdan olub yapışır yaxamdan. Mən o xortdanı qınamıram. Əgər mən nə vaxtsa Aygün Kazımovanı sevmişəmsə və onun bu günkü əndamının zülmündən maqazin verlişlərinə baxmıramsa(nədi-nədi yenidən məhəbbətim cuşa gələr), xortdanın günahı nə?

 O günləri yolum Lənkərandakı hamamlardan birinə düşmüşdü.Ləzzət elədi.Bundan sonra altı ay çimməsəm bəsimdi.Çiməndən,daha doğrusu çimizdiriləndən sonra güzgüyə baxdım və özüm-özümü tanımadım,mənim balam.Məsələ ondadır ki,tamam başqa şəkildə varlığa çevrilmişdim.Əgər çimənə qədər Qəddafinin şəkliydimsə,çiməndən sonra “Azərenerji”-nin prezidenti Etibar Pirverdiyev-fason bir şey olmuşdum.Uşaqlar baxıb”nə yakışıklı oğlandır”-dedilər.Mən isə öz-özümdən iyrənirdim.Çünki bu dünyada itin-pişiyin,bədə-bəddə Fəzail Ağamalının,Zəlimxan Yaqubun şəkli olmağa hazırdım,amma özün qoru,özün saxla ilahi,Etibar olmaq mənlik deyildi.

 ŞƏKİLƏ TAPIN, MİLLƏT! “Qolos”qəzetinin redaktoru serial azarkeşi olmasa da, günlərin bir günü necə olursa şeytan onu yoldan azdırır. Redaktor müəllim serialda görür ki,bir adam on mərtəbəli evin damından dombalaq aşıb düşdü yerə,amma ona heç nə olmadı.Dərd dırmaşır müəllimin kəlləsinə. Əcaba, necə olur ki,insan 40 metirlik hündürlükdən təpəsi üstə dəyir yerə, ancaq  ona heç nə olmur? Əlqərəz,redaktor 17 həftə evə vaxtlı-vaxtında gəlir ki,bu sualın cavabını tapsın.17-ci həftənin sonuncu günü gözlərini açan serial qəhrəmanı deyir:

-Məni Uqo Çavesin şəkli xilas etdi.

 Bəzən belə də olur,mənim balam!Sən bizim məmləkətə baxma.Bizdə hər şey başqa cürədir.Tanrının adını çəksən acından öləcəksən,şəkilə tapınsan,jımıxdan-zaddan tapacaqsan.

 Hələ bu harasıdır,mənim balam! Sən elə bir nazir,yaxud başçı göstərə bilərsənki,onun oğlunun şəkli nəinki şəhid olsun,”xotya-bı”əsgərliyə getsin?!

 SEV(MƏƏƏ)DİYİM ŞƏKİLLƏR. Mən FH naziri Kəmaləddin Heydərovun şəklini çox sevirəm.Axı o,milli-sadiq Fəttah kişinin şəklidir.Onların balası Talehdənsə zəndeyi-zəhləm gedir. Çünki məndə elə bir təəssürat varki bu uşaq nə vaxtsa demokratiyanın şəkli olacaq.Yaxud,Nəqliyyat naziri Ziya Məmmədovun şəklini görməyə gözüm yoxdur. Əvvələn,onun kimin şəkli olduğunu bilmirəm,ikincisi çox “simpatiçni”di. Oğlu Anarın şəklisə,tamam başqa məsələ.Təmiz ayının şəklidir. Eşitdiyimə görə Kəmaləddinin ayısı ondan “ayı”gözləyir. Bax burda deyiblər: kəsmək başqa, basmaq başqa,mənim balam!

 YAZIMIN “DABAN”I: Hamı öləcək.Hamı həşəratlara yem olacaq.Hamı sonda torpağa qarışıb Yer kürəsinin kütləsini daha bir ovuc ağırlaşdıracaq.Yer üzünün əşrəfi sayılan Azəri insanı ona verilmiş ömür payını necə gəldi xərclədikdən sonra,”kredit”ə ehtiyac duyacaq.Ki,ömrünü bir az da uzada bilsin.Amma bütün bunlar heç nəyi dəyişməyəcək. Dəyişməkdən ötrü hökmən şəkillər dəyişməlidir, mənim balam!               

Kimlərə inanırsınız?

       Füzulinin Kürdlər kəndindəndir, ancaq and-aman edir ki, türkəm...

"DA VİNÇİ ŞİFRƏSİ" Samir Bulutun tərcüməsində

qanun.az

"Qanun" nəşriyyatında istedadlı tərcüməçi Samur Bulutun tərcüməsində Den Braunun "DA VİNÇİ ŞİFRƏSİ" əsəri işıq üzü görmüşdür. Əsər "Ən yeni tərcümə" seriyasından çapdan çıxmışdır. Den Braunun əsərləri son illər dünya üzrə ən çox oxunan əsərlərdəndir. Bu vaxta qədər onun heç bir əsəri dilimizə tərcümə olunmayıb.

Leonardo da Vinçinin işlərində gizli şifrələr var…

Yalnız bu, ağlasığmaz hakimiyyət və qüdrət bəxş edən xristian ziyarətgahlarını tapmağa kömək edər…

Bəşəriyyətin əsrlərlə öyrənməyə can atdığı böyük sirrin açarı bəlkə də tapıldı… Müəllif “Da Vinçi şifrəsi” romanı üzərində işləyərkən, apardığı tədqiqatların bütün nəticələrini baş qəhrəmanı, din tarixi və ikonoqrafıya üzrə Harvard universitetinin professoru Robert Lenqdonun vasitəsilə oxucularına çatdırır. Roman Luvr muzeyində qoca mühafızəçinin qətlini Robert Lenqdona xəbər verən gecə zəngi ilə başlayır. Cəsədin yanında açarı Leonardo da Vinçinin işlərində gizlənən şifrəli yazı tapılır…

Və yenə də Blayza həsr olunur...

Həmişəkindən daha çox.


Baki, Qanun Nəşriyyatı, 2010, 464 s., Tiraj 500

Qiyməti: 8.50 AZN

Kitabı aşağıdakı dükanlardan əldə edə bilərsiz: 

“Əli və Nino” – 1
Zeynalabdin Tağıyev küçəsi 19
Tel. 493-04-12

“Əli və Nino” – 2
Nizami küçəsi 91
Tel. 493-93-68

“Əli və Nino” – 3
Park Bulvar, 1 mərtəbə
Tel. 598-71-56

Qrafika Dükanları və
Akademiya
Əziz Əliyev küç,13
Fatma xanım
012 497 87 73

1
Akadem kitab
İstiqlaliyyət küç,8
Ramiz m.
050 458 31 39

2
Aygun mağazası
Ağa Neymətulla 57/ 2e
Vahid m.
012 567 41 04

3
Afaq Hebibova
Dom sovetin arxasi
Afaq xanum
050 337 26 32

5
B.D.U
Akademik Zahid Xəlilov 23
Sabina x.
050 793 05 35

6
Rebus
Hüseyin Cavid küç 556/ 57
Elmeddin
012 510 11 29

7
Kitab ev
Nigar Rəfibəyli 29
Mehdi m.
012 596 74 33

8
Kitab klubu
Mustafa Sübhi 13
Niyazi m.
012 492 12 38

9
Kitab dunyasi
Semed vurqun bagi
Ceyhun
050 519 04 54

10
Kamal m.
Dilarə Əliyeva küç 230
Kamal
050 314 70 98

11
Dostum
Alı Mustafayev 11 a
Terlan x.
012 530 03 36

12
Etyud
axundov bagi
Jale x.
012 492 12 31

13
Samir m.
28 may
Samir m.
055 611 01 12

14
Seyidzade kitabxana
Bülbül prospekti 14
012 493 45 12

15
Pero
Şixali Qurbanov küç 15
Server
012 596 06 77

16
Metroservis
Mətbuat prospekti,529-cu məhəllə
Namiq
012 434 01 33

17
Qasid ASC
Cavadxan küç.21
Ceyran
012 493 14 06

18
Qaya ASC
Akademik Həsən Əliyev küç,82 q
Leyla
012 465 67 13

19
Az.mətbuat yayım
Mətbuat prospekti.529-cu məhəllə 

20
Kaspi metbuat yayim
Metbuat prospekti,529-cu məhəllə
050 255 94 92

21
XPress Elita
Süleyman Tağızadə 56
Ehmet
012 437 28 10

04.01.2011

Vüqar Səfərov mükafatı kimlərə verir?

Zahir Əmənov 

Prezident yanında fəaliyyət göstərən fondun pulu ilə prezidenti və digər səlahiyyətliləri gen-bol tənqid etmək olar, amma pulu paylayan Vüqar Səfərov cənablarını yox! 

Region mətbuatı məlum olduğu kimi, çoxlarının gözündən-nəzərindən uzaq bir sahəyə çevrilib. Elə rayon var ki, orada aylarla qəzet çıxmır, yaxud da ayda - iki ayda bir dəfə simvolik, 500-800 tirajla çap olunur. Mən də ötən ilin noyabr ayında KİV-ə Dəstək Fondunun Lənkəranda keçirdiyi toplantısında çıxış edib, çoxlarının xoşuna gəlməsə də, bu problemləri tam çılpaqlığı ilə dedim. Bildirdim ki, nə Mətbuat Şurası, nə KİV-ə Dəstək Fondu region mətbuatının problemləri ilə maraqlanmır. Mətbuat Şurasının “Region Mətbuatı ilə İş” komissiyası bu sahədə heç bir monitorinq aparmır, araşdırılmır ki, 150-200 min əhalisi olan rayonlarda niyə ayda-ildə bir dəfə qəzet çap olunur, eləcə də bu istiqamətdəki layihələr olduqca formal xarakter daşıyır. Belə ki, layihə qalibləri rayona gəlib 1-2 stəkan çay içməklə, 5-6 şəkil çəkməklə layihəni “reallaşdırıb” gedirlər - real kömək isə yoxdur.
 
Bu tənqiddən bir ay sonra KİV-ə Dəstək Fondunun keçirdiyi müsabiqənin qalibləri elan olundu. 84 jurnalist içində ən çox – 50 və daha çox bal yığanlardan biri mən oldum. Lakin 30-35 bal yığanlardan 20-30 nəfəri qalib olsa da, mən 50 balla qaliblər sırasında yox idim. İzah etdilər ki, mənim yazı təqdim etdiyim istiqamətdə daha yüksək bal yığanlar çox olub, ona görə mükafatçılar sırasına düşməmişəm. Halbuki, həmin müsabiqədə 5 mükafat yeri boş qaldı və aşkarlanmadı ki, qalan 5 min manat hara xərcləndi.
Bundan bir il sonra, Azərbaycan mətbuatının 135 illiyi ilə bağlı Lənkəranda keçirilən növbəti tədbirə isə məni heç dəvət etmədilər. Ora dəvətsiz getdim. Dəvətlilər sırasında adım olmasa da, xeyli tərəddüddən sonra “arzuolunmaz şəxs” kimi tədbirə qatılmağıma razılıq verdilər.
Onu da xatırladım ki, qəzetimizdə tez-tez Masallıda keçirilən əndrabadi abunə kompaniyasını tənqid edirəm. Belə ki, hər 6 aydan bir təkcə müəllimlərdən abunə adı ilə, zorla 60-70 min manat (aylıq əmək haqlarının 8-10 faizi həcmində) qəzet pulu yığılır, lakin onun 20-25 min manatı sənədləşdirilir. Həmin qəzetlərin də demək olar ki, əksəriyyəti, xüsusən yay aylarında, heç bir nüsxəsi vətəndaşlara çatmır, abunəçilərə demək olar, qəbz verilmir. 20-30 manat qəzet pulu verən şəxs hətta bilmir ki, hansı qəzetə abunə yazılıb. Müəllimlər müstəqil qəzetlər bir yana, heç hökumət qəzetlərində yazılanlardan xəbərsiz olurlar. Yaxın vaxtlara qədər “Azərmətbuatyayım” İdarəsinə rəhbərlik edən Vüqar müəllimin bu tənqidlər xoşuna gəlmirdi. İnandırıcı da deyildi ki, bir rayonda abunə sahəsində bu böyüklükdə saxtakarlıq ola, amma o təşkilata rəhbərlik edən şəxs bunu bilməyə.
Bütün bunların nəticəsi son müsabiqədə də göründü. Yenə də mənim adım qaliblər sırasında olmadı.
Məlumat üçün bildirim ki, 26 noyabr 2010-cu ildə “Bizim yol” qəzetində çap etdirdiyim “Əyalətin əyaləti” yazısını növbəti müsabiqəyə təqdim etmişdim (Arzu edənlər həmin qəzetin internet ünvanında - “bizimyol.az”sayında bu yazı ilə tanış ola bilərlər). Yazıda regionların inkişaf proqramının uğurları ilə yanaşı qüsurları da öz əksini tapmışdı. Yəni yazmışdım ki, gözəl məktəblər tikilib, amma istiliyi yoxdur, məktəblərə kompüter verilib, əksəriyyəti soyuq otaqlarda çürüyür, layiqli mütəxəssis yoxdur ki, onu işlətsin, internetə qoşula bilsin. Rayonlarda təmtəraqlı idman kompleksləri inşa edilib, lakin əksər məktəblərdə adi futbol topu, voleybol toru tapılmır. Proqramda nəzərdə tutulan onlarla obyekt müəyyən edilən vaxtdan 4 il keçsə də, hələ inşa edilmir və sair. Yazıda balansı da nəzərə alaraq iqtidar nümayəndəsindən tutmuş fərqli düşüncəyə malik bir neçə nəfərin də mövqeyinə yer ayırmışdım.
Xatırladım ki, ötən müsabiqədə də regionların inkişafı ilə bağlı qalib yazıya fondun internet ünvanında nəzər salmışdım. Ötən ilin qalib yazısında bu inkişaf proqramı ancaq təriflənmişdi, bircə dənə olsun qüsur qeyd edilməmişdi. Ümumiyyətlə, fondun qalib elan etdiyi yazıların əksəriyyəti ancaq iqtidarın və onun nümayəndələrinin tərifindən ibarətdir. Əksəriyyətində nə ekspert rəyi var, nə də fərqli fikrə meydan.
Necə olur ki, ancaq zorla abunə yazdırılan, satışda bir nüsxəsi də satılmayan, Vüqar Səfərov cənablarının himayə etdiyi “Mövqe” qəzeti hər müsabiqədə ən azı 2 mükafat alır, nə bilim gah 25 min, gah 3,5 min manat mükafata layiq görülür, digərləri kənardan baxır. Vüqar müəllim, sadəcə bir eksperiment keçirin - Masallıdakı mərkəzi qəzet kioskuna 100 ədəd sizin “Mövqe”yinizdən qoyaq, nüsxəsi 10 qəpiyə, 100 ədəd də “Cənub xəbərləri” qəzeti, biri 40 qəpiyə, görək bir-iki gün ərzində o “Mövqe”dən neçəsi satılacaq, bizim qəzetdən neçəsi? O nəticədən sonra bilinər ki, siz fonda necə ədalətlə rəhbərlik edirsiniz.
Bu gün əksər media ekspertləri etiraf edir ki, regionlarda 2 normal qəzet var - “Cənub xəbərləri”, bir də “Mingəçevir işıqları”. Bu müsabiqəyə isə region üçün ayrılmış 18 yerə 9 yazı verilib və onlardan cəmi 2-si mükafatsız qalıb, onlar da yuxarıda adları çəkilən qəzetlərdir. Qaliblər isə ancaq icra hakimiyyətinin təsisçisi olduğu, himayə etdiyi, ayda, ildə bir dəfə çıxan qəzetlərin təmsilçiləridir. Doğrudanmı, Vüqar Səfərov və ətrafındakılar belə ədalətsizliklərdən vüqar duyurlar. Xalqı çapıb-talayan 5-10 məmur bizdən Mətbuat Şurasına məktub yazanda, onlara qarşı sərt ifadə işlətdiyimizə görə az qalırdılar gözümüzü deşələr, lakin həmin məmurlar aylarla informasiya əldə etməklə bağlı yazılı sorğumuza cavab verməyəndə, abunə adı ilə min hoqqa çıxaranda ağızlarına su alırlar.
Açıq hiss olunur ki, fondun elan etdiyi müsabiqəyə ciddi araşdırma yazılar təqdim etmək mənasızdır - ya “saz” götürüb hakimiyyəti tərifləməlisən, ya da bitərəf mövzuları qələmə almalısan. Hətta KİV-ə Dəstək Fondunun müsabiqə şərtlərində də qeyd olunmuşdu: “Regionların sosial-iqtisadi inkişafının təşviqi.” Yəni bu mövzunu ancaq təşviq edə bilərsən, tənqid yox. Gözə kül üfürmək üçün bir-iki müxalifət qəzetinin də bitərəf mövzularda yazdığı yazıları qalib edirlər ki, onlar KİV-ə Dəstək Fondu ilə bağlı tənqidi yazılara yer ayırmasınlar. Çünki gələcəkdə fondun mükafatlarından məhrum ola bilərlər. Adam az qalır arada dolaşan “Burada bəzi qaliblərin taleyi “50-50-yə razılıq”dan sonradır”, “Yaxud burada yazıların qalibi müsabiqənin sonunda yox, yazılmamışdan əvvəl müəyyən edilir” kimi şayiələrə inansın.
Fondun müsabiqə şərtlərində isə bürokratiya baş alıb gedir. Jurnalist əmək kitabçasının sürətini, yazının çap olunduğu qəzetlə yanaşı onun diskdə və 3 nüsxədə çap olunmuş variantını da Fonda təqdim etməlidir (Guya bunlar həmin sürətləri diskdən çap edə bilməzlər). Yəni stajı az olan, yaxud müstəqil jurnalistin yaxşı yazı yazması qəbahətdir? Ən başlıcası isə müsabiqəyə təqdim olunan yazını müəllif özü Bakıya gəlib təqdim etməlidir. Bu, Bakıda yaşayanlar üçün adi bir işdirsə, əyalətdən gəlib yazını burada təqdim etmək 30-40 manat və bir gün itirmək deməkdir. Halbuki digər müsabiqə keçirən təşkilatların heç birində bu cür bürokratiya yoxdur.
KİV-ə Dəstək Fondu yazı ilə yanaşı müəllifdən bank hesabı və VÖEN haqqında da sənəd istəyir ki, guya bunlar hər işi saf, ədalətli və qanuni edirlər.
Sonda onların “qanuni işinə” aid bir misal çəkim. İki ay öncə rayondakı Bankdan mənə məlumat verdilər ki, hesabına min manat pul gəlib. Məlum oldu ki, bu pulu KİV-ə Dəstək Fondu göndərib. Sevindik ki, nə yaxşı, əməkdaşlarımıza qonorar verərik, nəşriyyata olan borcumuzu ödəyərik və sair. Heç 2 saat keçməmişdi, fonddan zəng etdilər ki, həmin pulu təcili götürüb gəlin Bakıya, sizə avadanlıq - kompüter, diktofon-filan verəcəyik. Bildirdik ki, bizim həmin avadanlıqlardan bir neçəsi var, imkan verin, yardımı digər ehtiyaclarımız üçün xərcləyək. Qəti razılaşmadılar. Pulu hesabımızdan çıxarmaq üçün 10 manat bank xərcinə, 50 manat yola xərcləyib Bakıya gəldik və həmin avadanlıqları Fonddan götürdük. Hansı ki, həmin göstəricilərə malik kompüteri Masallıda parakəndə satışda 450 manatadır, bunlar sənədləşdirib 560 manata (onların verdikləri kompüterin göstəriciləri də bizdəkindən xeyli aşağıdır, heç internetə də çıxışı yoxdur), 80 manatlıq printer 150 manata, 70 manatlıq diktofon 130 manata və sair. Yəni rayonda ən bahası 750 manata alacağımızı Bakıda Fond bizim üçün 1000 manata sənədləşdirdi, həmin pulun ən azı 250 manatını “uçurtdu”. Halbuki, fond təxminən 100 region qəzetinə paylamaq üçün bu qədər avadanlığı topdansatış qaydasında, daha ucuz almışdı. İndi hər qəzetdən 250 manatı 100-ə vuranda bu ən azı 25 min manat edir. İndi, görəsən, bu yardımdan region qəzetləri çox faydalandı, ya KİV-ə Dəstək Fondu? O da maraqlıdır ki, region qəzetlərinə bu yardım barədə nə fondun saytında, nə də mətbuatda heç bir xəbər yayımlanmadı. Yardım alan region qəzetlərinin siyahısı açıqlanmadı ki, bəzilərinə aydın olsun ki, belə qəzet var, ya yox? Hələ də bizə aydın deyil ki, avadanlıq verirdinizsə, niyə əvvəl pulu hesabımıza köçürdürdünüz, elə avadanlıqları bir maşına yükləyib paylayaydınız rayonlara, ya pul yardımı etmişdinizsə, niyə zorla avadanlıq verirdiniz? Heç yardım edəndə fərq də qoymadılar – hansı qəzet ayda 3 dəfə çıxır, hansı 3 ayda 1 dəfə.
İndi mən məcburam ki, KİV-ə Dəstək Fondunu məhkəməyə verib müsabiqənin etibarsızlığı barədə iddia qaldıram. Qoy müstəqil ekspertlər qalib yazıların da bəzilərinə qiymət versinlər, məğlub yazılara da. Həm də aydınlaşar ki, Fondun təyin etdiyi hansı ekspertlərdir ki, ağı qaraya bu cür yamayırlar. Eləcə də ölkə başçısına məktubla müraciət edəcəyəm ki, Prezidentin adından təqdim olunanlar, heç də o adın səviyyəsində deyil.
Yekunda Vüqar Səfərov cənablarına və KİV-ə Dəstək Fondunun digər üzvlərinə arzum odur ki, kaş fondun büdcəsi kimi onların qəlbi də genişliyi ilə seçilə idi, orada kin, küdurət, qərəz görünməz olaydı.
Son əvəzi: Bu yazını öncə “Azadlıq”, “Yeni müsavat” və digər qəzetlərə yolladım. Lakin oradakı dostlarımız ehmalca bizə başa saldılar ki, prezidentdən tutmuş digər istənilən məmura qədər, necə kəskin yazı təqdim etsən, çap edərik, bircə KİV-ə Dəstək Fondunun rəhbəri Vüqar Səfərov cənablarından özgə. Sən demə, il ərzində gah layihə, gah mükafat şəkilində bu kişi bu qəzetlərə 30-50 min manat pul verir(Bəzi redaksiyalara hələ ki, ancaq pul verirlər, belə edirlər, Allah bilir jurnalistlərə ev verəndə nələr olacaq?). Belə anlaşılır ki, Prezident yanında fəaliyyət göstərən fondun pulu ilə prezidenti və digər səlahiyyətliləri gen-bol tənqid etmək olar, amma pulu paylayan Vüqar Səfərov cənablarını yox.
Belə yerdə deyirlər:

“Sən nə yamansan, ay pul,
“Azadlıq”ı, “Musavat”ı da
hərdən yıxansan, ay pul!


Şəkillərdə:

I şəkil- "Cənub xəbərləri" cənub müxalifətçilərinin də sevimli qəzetidir
II şəkil- "Cənub xəbərləri" qəzetindəki yazılar kənd ailələrinin sevimli diskussiya mövzusudur 

02.01.2011

Mərdan Dadaşlı

Yardımlıda yaşayan və yaradan şairlərdəndə biri Mərdan Dadaşlıdır. Öz üslubu və deyim tərzi olan bu şairin şeirlərində bir ümüdsizlik olsa da həyata baxışı nikbindir. Hal-hazırda anadan olduğu Yardımlı rayonunun Anzov kəndində müəllim işləyir.

                                   OLSUN

Haqdan yanan bir çırağam,
Halal ruzim, pak ocağım,
Söz mülkində bağça, bağım
Ətir saçan gülüm olsun.

Haqqam, mənə yaddı yalan
İnsan gedər, addı qalan
Yüz demirəm, yadda qalan-
Beş gün gözəl günüm olsun.

Ayrı düşsə haqdan canım,
Belə keçsə bircə anım.
Səadətdən göz dərmanım,
Qəmdən böyük gölüm olsun.

Olum, nəşən, ölüm nəsən?
Qoy yaşayım görüm nəsən.
Sən ölümdən seçilməsən
Olum, sənə ölüm olsun!

                              ***
Ruhumu dinc elə
Çətin rahat anım ola,
Yanan ola, yanam ona.
Mənim özgə canım ola
Qoyam canımı dincələ.

Ağrım, acım olar aram
Mən nəfsimi edəndə ram.
Dərinlərə kök atıram.
Canım incələ-incələ.

İnam, iman qəlbində tam,
Nicat yolu var, tapmışam.
Mən qurana inammişam,
Həm də Zəbura, İncilə.

Çəkir məni gözəl aləm,
Yolu olsada dərd, ələm
Tanrım sənə yol gəlirəm,
Mənim ruhumu dinc elə.


                                   MƏMLƏKƏTDƏ

Yaxşılar azalır bu məmləkətdə.
Haqq desən ağzına vuran tapılar
Nahaqdan üzünə duran tapılar
Bütün ümüdini qran tapılar,
Yaxşılar azalıır bu məmləkətdə.

Söz ilə qəlbini deşən çoxalır,
Ayağın altını eşən çoxalır.
Haramla piylənib şişən çoxalır
Yaxşılar azalır bu məmləkətdə.

Çoxalır günahı bol olan kəslər,
İmanı məxhəbi pul olan kəslər,
Çoxalır nəfsinə qul olan kəslər,
Yaxşılar azalır bu məmləkətdə.

Dolum ürəklərə fırıldaq, kələk,
Kəsilr, düz olmur kəsilən çörək
Həyəcan siqnalı çalınsın gərək,
Yxşılar azalır bu məmləkətdə.

Ağ olur Allaha bəşər axırda,
Bürüyər hər yanı bu şər axırda
Qırmızı kitaba düşər axırda
Yaxşılar azalır bu məmləkətdə.


                                      ŞÜKÜR ELƏ

Çox şey istər axı ürək
Yağ, bal, kabab nəyə gərək
Tapa bilsən soğan, çörək
  Şükür elə!

Bir paltarı on il sürü,
Xəcalətdən üzül çürü.
Əzab çəksən dürlü-dürlü
  Şükür elə!

Getmək üçün sən cənnətə
Dözməlisən hər zillətə
Şükür düşüb bu millətə
  Şükür elə!

Artsa da quldur, yolkəsən,
Heç danışma bir kəlmə sən.
Nə olsun qara gündəsən
  Şükür elə!

Uçsa da başıma qaya
Çağırma heç kəsi haya
Çabalaya-çabalaya
  Şükür elə!

Mərdan yazdı bu sözləri
Artırmasın dərdi-səri
Qaldır göyə əllərini
  Şükür elə!