07.01.2011

PROBLEM QOCA, SEKULYARİST TƏBƏQƏNİN TƏŞƏBBÜSÜDÜR

"İslamnews" İnformasiya Agentliyinin rəhbəri, Rusiaynın "Yığıncaq" İctimai Təşkilatlar Assosasiyasının sədri, Muhammed Salahaddinovun FaktXeber.com-a eksklüziv müsahibəsi 


- Cənab Salahaddinov, bildiyiniz kimi Azərbaycanda orta təhsil ocaqlarında hicaba qadağa qoyulmuşdur. Bu qadağa Təhsil Nazirliyi tərəfindən həyata keçirilmişdir və hal-hazırda da mövcuddur. Bu cür bir problemə sizin münasibətinizi bilmək istərdik.

- İlk növbədə qeyd etmək lazımdır ki, insanların hüquqların tapdalanması və həmçinin baş örtüyü geymək istəyən qadınların hüquqların tapdalanması laik olmayan bir əməldir. Və bu qadağanı qanun çərçivəsinə salmaq ilk növbədə həmin qanun verənləri biabır edir və qadağa qəbul olunan cəmiyyəti alçaldır. Bu tapdalanan hüquq, qadın tərəfindən isməti təcəssüm etdirən bir hüquqdur. Xüsusən o ərəfədə ki, “seksual inqilab” nəticəsində Qərb ölkələri müxtəlif fitnə-fəsadın təsiri altında isməti qorumayan cəmiyyətləri məhv edirlər. Bu birincisi. İkincisi, yaxşı bir nümunə var - Azərbaycanın yanında Türkiyə mövcuddur. Türkiyə yavaş-yavaş o ziyanı dərk edir, türk milləti və qanunvericilər islamofobiya nəticəsində düşdüyü bir vəziyyətdən çıxmaq istəyir. Və biz artıq görürük ki, bu günlərdə türk stüardessalara hicab geyməyi icazə verilmişdir. Azərbaycanda isə islam aləmində nüfuzunu alçaldan belə bir addımın atılması yaxşı bir nəticə vəd etmir.

- Cənab Səlahəddinov, ümumiyyətlə Rusiyada belə bir hicab problemi mövcuddurmu, yəni Rusiya şagirdləri hicab qadağası ilə rastlaşıblar?

- Yox, artıq neçə ildir həll olunub. Təxminən on il bundan qabaq belə bir problem yarandı, lakin cənab Vladimir Putinin məsləhəti ilə, Daxili İşlər Naziri tərəfindən bir qərar verildi ki, bu qərar qadınlara öz dini mənsubiyyətinə görə, sənədlərdə və pasportlarda baş örtüyü ilə şəkil çəkdirməyə icazə verirdi və bu günləri də qanun qüvvədədir. Bundan başqa qadınların məktəblərdə və ali təhsil ocaqlarında da hicabla bir problemi yoxdur. Düzdür, fərdi xarakter daşıyan bəzən hansısa müəssisədə belə bir qadağa olur, amma bu müvəqqəti xarakter daşıyır və bu həmən təhsil ocaqların, ya da ki müəssisələrin rəhbərlərin islamofob düşüncələrindən irəli gəlir. Və çox az bir əziyyət lazımdır ki, belə bir problem aradan götürülsün.

- Bu günləri Azərbaycanın inanclı insanları hansı addımları atmalıdırlar ki, bu problem aradan qalxsın?

- Düşünürəm ki, ilk növbədə bu qadağanın nə qədər ziyanlı olmasının anlayan Azərbaycan ziyalılarından ibarət bir diskusiya təşkil edilməlidir. Dövlətin rəhbərinə, qanunverici instansiyaların rəhbərlərinə bu məsələnin zərərli olmasını izah edən müraciətlər ünvanlanmalıdır. KİV-də bu məsələnin müzakirəsi ilə bağlı bir kompaniya həyata keçirmək və bu qərarın nə qədər qanunazidd və absurd olmasını göstərmək. Həmçinin Türkiyəni və Rusiyanı misal gətirmək olar ki, burada da problem hansısa qoca, sekulyarist təbəqənin təşəbbüsündən irəli gələn qadağalar idi.

                                                         Orxan Ələmdar, Aqil Mehdi

Комментариев нет:

Отправить комментарий