08.01.2011

İlham Əliyevi tənqid edən partiya sədri həbs edildi

 Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov həbs olunub 

FaktXeber.com-un verdiyi məlumata görə, dünən axşam saatlarında partiyanın qərargahından evə gedərkən həbs olunan Mövsüm Səmədovla ilə birgə, İslam Partiyasının müavini Vaqif Abdullayev və sürücüsü Mirhüseyn Kazımov saxlanılıb. Qeyd edək ki, partiya sədri həbs olunarkən onunla birgə olan Elçin Həsənov da polis tərəfindən saxlanılıb.

Mövzu ilə əlaqədar Azərbaycan İslam Partiyasının mətbuat katibi Akif Heydərli ilə əlaqə saxladıq və o da məlumatı təsdiqlədi. “Dünən axşam partiya qərargahından çıxarkən Mövsüm Səmədov və onunla birgə olan 3 nəfər həbs olunub. Həbs olunanlar əvvəlcə Nərimanov rayon 18 saylı polis bölməsinə aparılıb. Bundan sonra məhkəmə qarşısına çıxarılan 3 nəfərə 10 sutka həbs cəzası verilib. Partiya sədri Mövsüm Səmədovu isə hazırda Milli Təhlükəsizlik Nazirliyində saxlanılır”.

Məlumat üçün bildirək ki, 2 yanvar tarixində Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov, partiyanın baş məclisində ölkə başçısı İlham Əliyevi sərt tənqid edərək, Azərbaycanda İslam dini əleyhinə aparılan təzyiqlərin dayandırılmasını tələb etmişdi.

                                                                                                  qafqazinfo.az     

Комментариев нет:

Отправить комментарий