Sionizm ilk yarandığı gündən antisemitizmlə nəfəs almış və onunla yanaşı addımlamışdır. Sionist xadimləri daim antisemitizmi arzuolunan və işəyarayan hal hesab etmişlər. Onlar niyyətlərini həyata keçirmək və uğur qazanmaq üçün antisemitizmdən keçən yolu tez-tez açıq şəkildə vurğulamışlar. Antisemit təlatümləri “ümumi” işin xeyrinə hesab edənlərdən biri elə siyasi sionizmin banisi Teodor Hertsel olmuşdur. O öz gündəliyində yazırdı: “Parisdə mən antisemitizmə daha geniş mənada baxmağa başladım. Antisemitizmi indi mən tarixi cəhətdən başa düşürəm... Antisemitizm qüdrətli və şüuraltı qüvvə olmaqla yəhudilərə heç bir ziyan gətirməz. Mən bu hərəkatı yəhudi individuallığının formalaşması üçün xeyirli hesab edirəm”. O hələ 1897-ci ildə Bazeldə sionistlərin birinci konqresində çıxışı zamanı bəyan etmişdi: “Əgər bizə öz böyük məqsədlərimizə çatmaq üçün milyon yəhudini qurban vermək lazım gələcəksə, biz düşünmədən buna gedəcəyik”. Hertselin tənqidçilərindən biri Rocer Qaraudi 1895-ci ildə ona demişdi: “Siz yəhudilərə ölçüyəgəlməz ziyan vurmusunuz”. Cavabında Hertsel utanmadan bildirmişdi: “Mən yəhudilərin ən böyük düşməni sayılmağa layiqəm. Yəhudilərin düşmənləri bizim ən böyük dostlarımız olacaqlar. Yəhudilərə düşmən ölkələr bizim yaxın mütəffiqlərimiz sırasında yer alacaqlar”. Hertsel başa düşürdü ki, yəhudiləri öz ölkələrindən İsrailə köçməyə vadar etmək üçün “yəhudilərə nifrət” konsepsiyası işə salınmalıdır. Tədqiqatçı Tatyana Qraçevanın “Xazariya proyekti” əsərində göstərdiyi kimi: “Müharibə, sadə yəhudilərin məşəqqəti və ölümü, antisemitizm sionistlərə onunçün lazım idi ki, yəhudilər təqiblərdən yaxa qurtarmaq üçün İsrailə axışsınlar. Əks təqdirdə insanları bərəkətli ölkələrdən ayırıb sərt təbiətli İsrailə gətirmək mümkün olmazdı”.
Sionizmin tanınmış xadimlərindən biri Zeev Jabotinski hələ 1905-ci ildə deyirdi ki, “prinsipə qaldırılmış antisemitizm bizim sionist aqitasiyamız üçün xeyirli və əlverişlidir”. O antisemitizmi “yatanı ayıldan birəyə” bənzədirdi. Macar ravvini V.Şveyts 1939-cu ildə yazırdı: “Hal-hazırda yəhudilərə qarşı tətbiq olunan rasist qanunları... ümumilikdə yəhudiliyi təmizləyəcək, ayıldacaq və gəncləşdirəcək”. Beynəlxalq Sionist Təşkilatının həmtəsisçisi Maks Nordau antisemitizmi assimilyasının qarışısını alan yeganə divar adlandıraraq xeyirli və vacib bir hal kimi xarakterizə edirdi. İsrailin baş naziri David Ben-Qurion vaxtilə Nyu-Yorkun “Kempfer” yəhudi qəzetində açıa-aydın yazmışdı: “Əgər mənim imkanım və iqtidarım olsaydı, güclü cavan adamlardan ibarət qruplar yaradardım, qeyri-yəhudi adı altında maskalanmış bu adamların əlinə antisemit şüarlar verərdim və yəhudilərin üstünə göndərərdim. Bu adamlar kobud antisemit metodlarla yəhudiləri təqib edərdilər. Zəmanət verirəm ki, həmin ölkələrdə İsrailə köçmək istəyənlərin sayı birə on artardı. Minlərlə emissarın nəticəsiz moizələrindənsə, bu cür üsul daha məhsuldardır”.
“İudaika Ensiklopediyası”nın redaktorlarından biri Yakov Klatskin 1925-ci ildə sionizmin antisemitizmlə hansı məsafədə olmasını belə açmışdı: “Əgər biz antisemitizmin düzgün olduğunu qəbul etməsək, onda gərək öz millətçiliyimizin düzgünlüyünü də qəbul etməyək. Əgər bizim xalqımız öz milli həyatı ilə yaşamağa layiqdirsə və bunu istəyirsə, onda xalqımız yaşadığı millətin içində yad cismə çevrilir. Xalqımız öz seçilmişliyini israr etməklə içində yaşadığı millətin həyati məkanını daraldır. Odur ki özlərinin milli tamlıqları uğrunda bizimlə mübarizə aparanlar haqlıdırlar”.
Sionistlər üçün antisemitizm həmişə arzuolunan və alqışlanan təzahür olmuşdur. Onlar öz rasist ideyalarını reallaşdırmaq üçün antisemitizmi vasitə kimi istifadə etmişlər. Amerikan publisisti Alfred Liliental göstərir ki, “antisemitizm sionistlər tərəfindən inam səviyyəsinə qaldırılmışdır və sionizmi öz arxasınca irəli aparan qayışa çevrilmişdir”. Təsadüfi deyil ki, tarixən antisemit hərəkatların rəhbərləri və yəhudilərə qarşı təzyiqlərin provokatorları məhz yəhudi kökənli şəxslər olmuşlar. 12-ci əsrdə yaşamış ispan alimi və həkimi Pedro Alfonso məşhur antisemit traktatın müəllifi kimi tanınmışdır, halbuki o əsl adı Moisey Sefardi olan yəhudi idi. 13-cü ərsdə Fransiskan Ordeninə daxil olaraq səlibçiləri yəhudilərin üstünə yönəltmiş, bununla böyük qırğınlara səbəb olmuş Nikolya Donin Parisdə yəhudi ailəsində doğulmuşdu və ravvin təhsili almışdı. 14-cü əsrdə yəhudilərə qarşı kəskin mübarizə aparan Nurqos yepiskopu Pablo de Santa Mariya əsl adı Solomon Levi olan yəhudi idi. İspaniya inkviziyasının yaradıcısı, yəhudilərin genişmiqyaslı təqibinin təşəbbüskarı Tomas de Torkvemada da yəhudi kökənli idi. Antisemit nəzəriyyəsi ilə tanınmış Avstriya filosofu və psixoloqu Otto Veyninqer varlı yəhudi ailəsində doğulmuşdu. Çar Rusiyasının monarxist ictimai-siyasi xadimi, Qarayüzlər Hərəkatının yaradıcısı Vladimir Qrinqmut yəhudilərə qarşı sərt aksiyaların təşəbbüskarı kimi tanınsa da, özü də yəhudi kökənli idi. 20-ci əsrin tanınmış antisemit avantüristi İqnats Trebiç-Linkoln macar yəhudilərindən idi. Ukrayna faşizminin atası, yəhudilərə qarşı kütləvi qırğınların səbəbkarı Stepan Banderanın anası Miroslava Qlodzinskaya Polşa yəhudisi idi. Atasının atası Moyşenin və anası Rozaliyanın da yəhudi olduqları adlarından bilinir.
Çox maraqlıdır ki, faşizmin vacib fiqurlarının əksəriyyəti yəhudi qanının daşıyıcılarıdır. Tanınmış psixoanalitik Valter Lanqer “Hitlerin qəlbi” kitabında göstərir ki, Hitler nəinki Rotşildlərdən maliyyə dəstəyi alırdı, həm də onlarla eyni soydan idi. Hitlerin nənəsi Mariya Şiklqruber bir müddət baron Rotşildin evində xadimə işləmişdi və ondan həmilə qalaraq kəndinə qayıtmışdı. Həmin nigahdankənar əlaqədən Adolfun atası Aloiz doğulmuşdu. Adolf Hitler Rotşildin nəvəsi idi. Mariya Şiklqruberin babasının adı Yakob Şiklqruberdir ki, bu ad tipik yəhudi adıdır. Maraqlıdır ki, Şiklqruber familiyasının mənası alman dilində şekel mədəni -şekel yəhudilər pula deyirlər-, yəni pul mədəni, idiş dilində isə şekel toplayan, yəni vergiyığan deməkdir. Aloiz doğularkən sənədində atasının adı göstərilməmiş və “qanundankənar doğulmuş” yazılmışdı. 39 yaşına kimi anasının Şiklqruber familiyasını daşımış, sonra atalığının Hitler familiyasını götürmüşdü. 5 yaşında olanda anası Çexiya yəhudilərindən olan dəyirmançı İohann Hitlerə ərə getmişdi. Aloiz həyatı boyu 3 dəfə evlənmişdi, Adolf onun üçüncü arvaddan- yəhudi qadın Klara Pölzldan olan oğlu idi. Lanqer bildirir ki, İngiltərə kral ailəsinin nümayəndəsi lord Maunbatten özü də Rotşild soyundan olduğuna görə Hitlerə dəstək verirdi.
Hələ 1928-ci ildə Avstriya polisi müfəssəl tədqiqiat apararaq müəyyənləşdirmişdi ki, Hitlerin babası yəhudidir. 14 oktyabr 1933-cü ildə İngiltərənin “Deyli Meyl” qəzeti Buxarestin yəhudi qəbiristanlığında basdırılmış Adolf Hitler adlı adamın qəbrinin şəklini dərc etmişdi və yazırdı ki, bu Almaniya reyxskanslerinin babasıdır. 1936-cı ildə Almaniyadan İsveçrəyə qaçmış yəhudi jurnalist Konrad Qeyden burada Hitlerin həyat yolundan bəhs edən kitab buraxmışdı. Qeyden göstərirdi ki, Hitlerin anasının babası İohann Solomon adlı yəhudidir, Hitler familiyası arilərdən də çox yəhudilərin familiyasıdır və Hitlerin qohumları yəhudi qəbiristanlığında dəfn olunmuşlar. Açıqlama Hitlerə elə təsir etmişdi ki, Qeyden 1937-ci ildə alman vətəndaşlığından çıxarıldı və Almaniyadakı əmlakı müsadirə olundu. 1938-ci ildə Avstriya Almaniyanın tərkibinə birləşdirilərkən Hitlerin əmri ilə onun doğma kəndləri Dellersxaym və Ştrones söküldü, buradakı qəbiristanlıqlar dağıdılaraq yerində poliqon quruldu. Bu Hitlerə onunçün lazım idi ki, heç kəs onun yəhudi kökünü aydınlaşdıra bilməsin. O deyirdi: “İnsanlar mənim kim, hardan və hansı ailədən olduğumu bilməməlidirlər”.
Almaniya kəşfiyyatının rəhbəri Qeydrix Reynxard Hitlerin Rotşildin övladı olması ilə bağlı bir sıra materiallar toplamışdı və bu materialları Avstriya kansleri Enqelbert Dolfusa ötürmüşdü. Dolfus həmin materialları Hitlerin doğulması ilə bağlı yerli sənədlərlə birgə Qans-Yurqen Kelerə vermişdi. Keler Gestaponun keçmiş zabiti idi və hələ müharibədən qabaq İsveçrəyə qaçmışdı. Toplanmış materiallar əsasında Keler 1940-cı ildə Hitlerin yəhudi kökləri və əməlləri barədə “Gestaponun pərdəarxası” adlı kitab yazmışdı. Hitlerin Avstriyanın paytaxtını tutmağa hər vəchlə can atması da onun sirrini açmağa dəlalət edən sənədləri məhv etmək istəyi ilə bağlı idi. Keler göstərir ki, Adolfun doğulduğu Avstriyada kəndlilər arasında Hitler familiyası yoxdur- bu familiya daha çox Qalisiya yəhudiləri arasında geniş yayılmışdır. Hitlerə 1941-ci ildə Vyanada verilmiş əsl pasport qalmışdır. İkinci Dünya Müharibəsi dövründən İngiltərə kəşfiyyatının arxivində saxlanılan bu pasportun üzərindən 2002-ci ildə gizlilik qrifi götürülmüş və mətbuatda dərc olunmuşdur. Pasporta Hitlerin yəhudi olmasını təsdiqləyən möhür vurulmuşdur. Pasportda Hitlerin Fələstində məskunlaşmasına icazə verən viza ştampı da vardır.
1943-cü ildə Harvardda aparılan gizli tədqiqatın nəticələri də Hitlerin yəhudi soylu olduğunu göstərmişdir. Tanınmış ingilis tədqiqatçısı Devid İrvinq Hitlerin yəhudi kökləri barədə çoxlu material toplamışdı. Hitlerin vəkili, müharibə dövründə Polşanın general-qubernaotoru işləmiş Qans Frank Nürnberq məhkəməsində mühakimə olunarkən ifadə verərək müfəssəl şəkildə göstərmişdi ki, Hitlerin damarlarından yəhudi qanı axır. 2010-cu ildə Hitlerin 39 qohumunun tüpürcəyi yoxlanıldı; DNK analizləri Hitlerin yəhudi kökənli olduğunu göstərdi. Jurnalist Jan Pol Müldür və tarixçi Mark Vermiremin apardığı bu tədqiqatın nəticələri Belçikanın “Knack” jurnalında dərc olundu.
Tədqiqatçı Andrey Şarqorodski yazır: “Hitler böyüyəndə kimin nəvəsi olduğunu öyrəndi. Anası öləndən sonra paytaxta gəlib öz varlı qohumları ilə əlaqələr yaratdı və soy dinastiyasının maraqları çərçivəsində özünün irəli getməsi üçün zəmin hazırladı. Məhz həmin vaxtı onun Rotşildlər klanına mənsub olması üzə çıxdı. Qohumluq əlaqələrinə önəm verən Rotşild kimi masonlar həmişə çoxlu nigahdankənar uşaqlara malik olublar. Bu uşaqlar qəbul edildikləri ailələrdə böyüsələr də, qan qohumları onları unutmurdular və nəzərdən buraxmırdılar. Mason Rotşildlər hakimiyyətə can atan Hitlerə şərait yaratdılar. Hamıya məlumdur ki, Rotşildlərin dünyanın bir çox mühüm sahələrinə təsir imkanları vardır. Uzun müddətdir ki, onlar maliyyə, siyasət, mətbuat, hərb sahələrində, hətta kral ailələrində aparıcı və idarəçi mövqelər tutublar. Bu dinasiyanın içindən demək olar ki Amerikanın bütün prezidentləri çıxıblar. Məgər deməyə ehtiyac var ki, onların rəhbərlik etdiyi ölkələrin cəlb olunduğu dünya müharibəri Rotşildlərin başında durduğu mason qardaşlığı tərəfindən maliyyələşdirilir? Təəccüblü deyil ki, Hitleri hakimiyyətə gətirən təşkilat sükan arxasında yalnız öz dinastiyasından olan lideri görmək istəyirdi. “Dünyanın başqa xalqları kimi yəhudlər də işlək heyvanatdırlar. Onlar hakim ağaların nümayəndələrinin qlobal nəzarəti maneəsiz həyata keçirmələri, bütün dünyanı ələ almaları, hər yerdə mason qardaşlığına mənsub silahdaşlarını yerləşdirmələri üçün işləməyə borcludurlar”- Rotşildlər Hitleri belə öyrədirdilər. Rotşildlər nasist liderin arxasında duran maliyyə gücü oldular. Bu iudey dinastiyasının nümayəndələri əvvəl yəhudi xalqına himayədarlıqdan dəm vursalar da, öz şəxsi məqsədlərini güdərək onun inamını ayaqlamaqla, açıq şəkildə nifrət yağdırmaqla və qırmaqla yəhudi xalqından həyasızcasına istifadə etdilər”.
Hitlerin aşbazı freyleyn Kunde, həkimi Teodor Qilbert Morell, katibi Emil Morris, vəkili Qans Frank, fotoqrafı Henrix Hofman, məşuqəsi Yeva Braun yəhudi olmuşlar. Kəşfiyyat işçiləri Hitlerin yanına gəlib Rumıniya marşalı Yon Antoneskunun ona göndərdiyi aşbazın yəhudi olduğunu deyəndə Hitler belə cavab vermişdi: “Hə nə olsun? Niyə məni boş-boş şeylərə görə narahat edirsiniz? Məgər bilmirsiniz nə etmək lazımdır? Arian adı verin getsin”. Şəxsi həkimi yəhudi Morellin Hitleri müalicə metodları, çoxlu iynələr vurması digər həkimlərdə şübhə yaratmışdı ki, o Hitleri qərəzli şəkildə düzgün müalicə etmir. Həyatının son illərində Hitler özünü pis hiss etdiyinə görə German Gerinq də Morellə həqarətlə yanaşırdı. Müharibədən sonra onu həbs edən amerikanlara Morell etiraf etmişdi ki, müttəfiqlərə kömək məqsədilə o Hitleri tədricən zərəhləməklə məşğul olmuşdur. Hitlerin anasının həkimi olan Eduard Blox da yəhudi idi; Hitler ona 1940-cı ildə ABŞ-a köçmək üçün icazə vermişdi. Hitlerin qızı Gizela Xozer müharibədən sonra ravvin oğlu Filipp Marvinə ərə getdi, İsrailə köçdü, iudaizmi qəbul etdi və ömrünün axırına kimi orada yaşadı.
Bu rakursda nasistlərin Vyanada bankir Rotşildlə bağlı sərgüzəştləri ibrətamizdir. Hitler ordusu Avstriyanı tutan zaman Rotşild heç nə olmamış kimi rahat şəkildə paytaxtdakı dəbdəbəli sarayında yaşayırdı. Nasistlər onun sarayına doluşdular, buradakı qızıl-zinət əşyalarını, o cümlədən bahalı İran xalçalarını müsadirə edib apardılar. Əsəbləşmiş bankir Hitlerə şikayət ərizəsi yazdı. Elə bilirsiz Hitler yəhudi bankirini qaz kamerasına göndərdi? Yox! Hitler ağsaqqaldan rəsmi şəkildə üzr istədi və dəymiş ziyanı dövlət büdcəsindən ödədi. Deyilənlərə görə, xalçalar Yeva Braunun xoşuna gəldiyindən geri qaytarılmamışdı. Amma dövlət büdcəsindən ayrılmış pula müsadirə olunmuş xalçaların yerinə İrandan onların ekvivalenti olan antikvar xalçalar alınıb gətirildi və Rotşildə verildi. Hitlerin müavini, Almaniyanın daxili işlər naziri Henrix Himmler yeni xalça kolleksiyasını Rotşildə təntənəli şəkildə təqdim etdi və üzr istədi. Himmler şəxsən özü Rotşildin İsveçrəyə evakuasiyası ilə məşğul oldu, bununçün SS-çilərin mühafizə etdiyi və lüks vaqonlara malik xüsusi qatar ayırdı. Rotşild Vyanadan yola salınarkən ona bir sıra bahalı hədiyyələr verildi. Əlbəttə ki bu hədiyyələrdən imtina etməyə Rotşildin yəhudi qüruru imkan vermədi.
Professor Ditrix Bronder 288 mənbə əsasında nasist Almaniyası rəhbərliyinin gizli yəhudilərdən ibarət olmasina dair “Hitlerin gəlişinə qədər” adlı kitab yazdı. Lakin kitabın akademikliyinə baxmayaraq, çapdan çıxan kimi sionist idarəçilər Almaniyada təcili surətdə yəhudilərin xırda tənqidini belə qanunla qadağan etdilər və kitabı satışdan yığışdırdılar. Tarixçi Xenneke Kardelin yazdığı “Adolf Hitler - İsrailin qurucusu” adlı kitab da satışa buraxılmadı; Almaniya məhkəməsinin qərarı ilə kitabın 10 min nüsxəsi dənizdə batırıldı. Kardel İsveçrəyə getdi və burda öz nəşriyyatını açandan sonra həmin kitabı yenidən buraxdı. Kitabdakı faktlar Avropa ictimaiyyətini şoka saldı. Kardel göstərirdi ki, nasistlərin hakimiyyətə gəlməsi təsadüfi olmamışdır- onlara sionistlər kömək etmişlər. Müəllfin fikrincə, nasist Almaniyasının kriptoyəhudi rəhbərliyinin yalnız bir məqsədi olmuşdur: Avropadan yəhudiləri Fələstinə köçürüb burada layiqli dövlət qurmaq. İoxim Fest, Bernt Enqelman, Konrad Xayden, Avqust Kubiçek, Helmut Xayder, Qans Tsiqler, Villi Frişauer kimi tədqiqatçılar da məsələyə eyni prizmadan yanaşmışlar.
Əgər faşist Almaniyası rəhbərlərinin- Hitlerin, Gebbelsin, Qeydrixin, Gessin, Müllerin, Menqelin, Himmlerin şəkillərinə baxsaq, görərik ki onlarda ağız dolusu bəhs etdikləri sarıçaç, göygöz ari balasından əsər-əlamət də yoxdur. Əksinə onlar daha çox qarayanız və qaragözdürlər. Bu onların ari olmaqdan da çox yəhudi milliyyətinə mənsubluqları ilə əlaqədardır. Yəhudilərin Fələstinə qovulması planının müəllifi, SS oberşturmbanfüreri Adolf Eyxman təmizqanlı... yəhudi idi. Uşaqlıqda qara göz və saçlarına görə həmyaşıdları ona “balaca cühud” deyirdilər. İvrit və idiş dillərini bilən bu adam bütün sionist ədəbiyyatını oxumuşdu, sionistlərin məram və məqsədlərini yaxşı bilirdi. SS-çi həmkarları əsəbləşirdilər ki, Eyxman içimizə necə düşüb, axı yəhudi olması onun sifətindən bilinir: “Onun burnundan sinaqoqun açarı asılıb!”. Lakin rəhbərlik deyirdi: “Sakit olun, fürerin əmridir”. Yəhudi tədqiqatçısı Xanna Arendt onu “əqidəli sionist” adlandıraraq yazır ki, Eyxmanın məqsədi bu idi ki, “yəhudilərin ayağının altında möhkəm torpaq olsun”, yəni yəhudilərin öz dövləti yaransın. Eyxman məhkəmədə demişdi ki, mənim işim yəhudi funksionerlərinə, yəni sionistlərə Fələstinə emiqrasiyasını təşkil etməkdə köməkdən başqa bir şey olmayıb. Həyat yoldaşı Vera Eyxman bildirmişdi: “Mənim ərim yəhudi xalqı uğrunda mübarizə aparıb və kömək lazım olan hər an kömək edib... O sadəcə emiqrasiyaya cavabdehlik daşıyırdı”. Eyxman asılarkən axırıncı sözləri: “Asın, asın... Cühudun biri də azalsın”- oldu.
Rasizmin ideoloqu, faşistlərin əsas mətbu orqanlarından olan “Der Stürmer” qəzetinin baş redaktoru Yulius Ştreyxer yəhudi idi- Nürnberq tribunalının qərarı ilə ölümə məhkum edildikdən sonra, cəhənnəmdə onu qarışıq salmasınlar deyə qoyulduğu yeşiyin üstünə əsl adını yazdılar: Abraham Qoldberq. “Der Stürmer”in aparıcı yazıçılarından olan İonas Volk Polşa yəhudisi idi. O qəzetdə “Qeynts Brand” imzası ilə yazırdı. Volk yəhudilərin orta əsrlərdə qoyların başına açdığı oyunların təsvirçisi kimi məşhur idi; onun yəhudilərin quyuları zəhərləmələri, ritual qətllər təşkil etmələri, xristan məbədlərini murdarlamaları haqqında məqalələri qəzəbləri coşdururdu. Qəzetin bütöv bir nömrəsini Volk yəhudilərin xristian körpələrini oğurlayaraq ritual şəkildə öldürüb qanlarını içmələrinə həsr etmişdi. Millətçi və antisemit “Ostara” jurnalının naşiri Lans fon Libenfels də yəhudi idi. O Hitlerə “dəyərli ideyalar vermiş” birisi kimi tanınır. Libenfelsin əsas lozunqu belə idi: “Biz əksinqilabçılar yəhudilərə Fələstində öz dövlətlərini yaratmaq hüququ veririk”. Faşist Partiyasının baş ideoloqu Alfred Rozenberq Pribaltika yəhudisi idi. O Hitlerin formalaşmasında böyük rol oynamışdır. 1919-cu ildə yazdığı kitabında Rozenberq yəhudilərin öz dövlətlərini yaratmaq ideyasına qarşı çıxsa da, sionizmi alqışlayırdı. Faşistlərin “irqi nəzəriyyəsinin” müəllifi olan Rozenberq Polşa və SSRİ ərazisində total soyğunçuluq və qətliam əməliyyatlarına rəhbərlik etmişdir. Faşist Partiyasındakı proseslərə Hitlerin köməkçisi, katibi, mühafizəçisi və sürücüsü işləyən, milliyyətcə yəhudi olan Emil Moris nəzarət edirdi. Hitlerin hakimiyyət uğrunda kəskin mübarizə apardığı dövrlərdə onun hüquqlarını Bamberqdən olan yəhudi vəkilin oğlu Qans Frank qorumuşdu. 1933-cü ildə keçirilən partiya qurultayında Frank demişdi: “Yəhudi məsələsini yalnız yəhudi dövlətinin yaradılması məsələsini qaldırmaqla hüquqi müstəvidə həll etmək mümkündür”. Müharibə dövründə Frank Polşanın general-qubernatoru təyin olunmuşdu və bu ölkənin yəhudilərdən təmizlənməsi işlərinə rəhbərlik etmişdi. Faşist Partiyasının xarici mətbuat katibi Ernst Xanfştenql Nyu-York yəhudisi Secvik-Heynenin oğlu idi. Xanfştenql Harvard Universitetini qurtarmışdı və ABŞ prezidenti Franklin Ruzveltin tələbə yoldaşı olmuşdu. Hitlerlə hələ gənclik illərindən dostluq etmiş, onu yönəltmiş bu adamı konspiroloqlar “fürerlərin yetişdirilməsi üzrə mütəxəssis” adlandırırlar. Xanfştenql müharibə dövründə həm də Ruzveltin məsləhətçisi işləyirdi.
Hitlerdən sonra Reyxin ikinci adamı, Gestapo şefi Henrix Himmlerin nənəsi İtaliya yəhudisi idi. Hitlerin partiya üzrə müavini, SS oberqruppenfüreri Rudolf Gessin anası yəhudi idi, yəni bizim qanunlara görə yarıyəhudi, iudey qanunlarına görə təmizqanlı yəhudi idi. O ana tərəfdən İngiltərənin baş naziri Çerçillin qohumu sayılırdı. Almaniya kəşfiyyatının atası sayılan admiral Vilhelm Kanaris Yunanıstan yəhudilərindən idi və İngiltərə kəşfiyyatına işləyirdi. Amerikan hərbi tarixçisi Ladislas Faraqo yazır ki, admiral Kanarisin rəhbərlik etdiyi kəşfiyyat idarəsi- Abver “yəhudilərlə, özü də təmizqanlı yəhudilərlə qaynaşırdı”. “Ali irqin təmizliyini” barbar bağıran Almaniyanın təbliğat naziri Yozef Gebbels özü ispan-holland yəhudilərindən idi. Sinif yoldaşları onu qıcıqlandırmaq üçün “ravvin” deyə çağırırdılar. Məhz o Hitleri hakimiyyəti tutmağa, sonra isə müharibəyə başlamağa ruhlandırmışdı. Onun arvadı Maqda Berend-Fridlender də yəhudi idi. Gebbels müharibənin axırına kimi yəhudi qaynanası Fridlenderin evində yaşadı. Alman kəşfiyyatının “düşünən beyni” sayılan general Reynxard Qeydrix yəhudi musiqiçisinin oğlu idi və qızlıq familiyası Zyuss idi. O müharibə dövründə Çexoslovakiyanın protektoru işləyərkən idarəçiliyi elə ustalıqla aparmışdı ki, bir çoxları onu Hitlerin varisi hesab edirdilər. Qeydrixin əlinin altında yəhudi milliyyətindən olan bir neçə SS zabiti işləyirdi. Aviasiya naziri reyxsmarşal German Gerinq düzdür, təmizqanlı alman hesab olunurdu, amma atalığı Epenşteyn yəhudi idi və o atalığını çox sevirdi. 9 noyabr 1923-cü ildə “Pivə qiyamı” zamanı iki güllə yarası alarkən Gerinqi ölümdən Robert Ballin adlı yəhudi xilas etmişdi ki, bunun müqabilində o Ballinə bir sıra xidmətlər göstərmişdi. 1991-ci ildə “Tarixin sualları” jurnalı yazırdı ki, Gerinqin əcdadları 17-ci əsrdə xristianlığı qəbul etmiş yəhudilər olmuşdur. Yəqin qan çəkdiyinə görə idi ki, Gerinq yəhudi qadına evlənmişdi. Gerinqin müavini, aviasiya general-feldmarşalı Erxard Milxin atası yəhudi idi. Gerinq müavinini situasiyadan çıxarmaq üçün partiya üzvlərinə deyirdi ki, Milxin anası yəhudi əri ilə yatmırdı, Milx onun alman oynaşından doğulmuşdur. Gerinq dostları arasında bu barədə danışarkən gülərək deyirdi: “Bəli, biz Milxi peysər etdik, amma aristokratik peysər etdik”. Milx qırıcı-bombardmançı “Messerşmitt Me.262” təyyarəsinin və “Fau” raketinin yaradılması işinə rəhbərlik etmişdir. İngilislər tərəfindən tutulduqdan sonra ömürlük həbs cəzasına məhkum olunsa da, 1955-ci ildə azadlığa buraxıldı, “Fiat” və “Tissen” konsernlərində məsləhətçi kimi işə götürüldü. Arxitektura generalbauratı Günter Burştın da yəhudi idi. Burştın ilk tank proyektlərindən birini hazırlamış, tanka qarşı dirək maneəsinin yeni formasını yaratmışdır. Üçüncü Reyxə sədaqətli xidmətinə görə Burştın 1-ci və 2-ci dərəcəli Hərbi Xidmətlər Xaçına layiq görülmüşdü. O 15 aprel 1945-ci ildə Sovet əsgərləri tərəfindən öldürülmüşdür. Faşist Partiyasının təşkilati şöbəsinin rəhbəri, əmək naziri oberqruppenfürer Robert Leyin də yəhudi olması barədə məlumatlar vardır. Ley deyirdi ki, biz insanları üç yaşından faşist ideologiyasına oturtmalıyıq. Hərbi-hava qüvvələri generalı Helmut Vilberqin anası yəhudi idi; 1935-ci ildə Hitler ona ari adı vermişdi. General Qottard Xeinriki yəhudi qadına evlənmişdi. Almaniya hərbi-dəniz flotunun komandanı qross-admiral Karl Döneçin əlinin altında özünün dediyi kimi dörd yüksək rütbəli yəhudi zabit işləyirdi. Vitse-admiral Bernxard Roqqe yəhudi idi. Roqqenin gəmisi müttəfiq və neytral ölkələrin 22 gəmisini tutmuş, ya da batırmışdı. Göstərdiyi şücaətlərə görə Roqqe Cəngavər Xaçı və xüsusi olaraq onunçün düzəldilmiş, üstü brilyantla bəzədilmiş nişanla təltif olunmuşdu. O müharibədən sonra NATO ordusunda xidmət edirdi. Qross-admiral Erix Rederin atası gənc yaşlarında lüterianlılğı qəbul etmiş yəhudi idi. Reyxin tanınmış gəmi mühəndisi Frans Mendelson, Atlantika uğrunda ingilislərə qarşı döyüşlərdə fərqlənmiş Paul Aşer, admiral Günter Lütens, dəniz döyüşlərində ad çıxarmış hərbi gəmi kapitanları Gelmut Şmokel və Gelmut Rozenbaum də yəhudi idilər. Yəhudi kontr-admiral Karl Külental İspaniyadakı hərbi-dəniz attaşesində xidmət göstərirdi və alman kəşfiyyatının tapşırıqlarını yerinə yetirirdi. 56-cı tank korpusuna, ardınca “Cənub” ordu qruplaşmasına komandanlıq etmiş general-feldmarşal Erix fon Manşteyn əsl familiyası Levinski olan yəhudi idi. Yəhudi tarixçilər Manşteynin sərkərdə kimi tərifini göylərə qaldırsalar da, o öz uğursuzluqları ilə yadda qalmışdır. Solçı şəhəri uğrunda döyüşlərdə onun qoşunu arabaları və ştabı sənədləri qarışıq ataraq 50 kilometr geriyə qaçmışdı.
“Barbarossa” planının müəlliflərindən biri feldmarşal Fridrix Paulsun tərcüməçisi Koqan yəhudi idi. Partizan hərəkatına qarşı kəskin mübarizəsi ilə ad çıxarmış SS generalı Erix fon dem Bax-Zelevski və yəhudilərin qanuna susamış Vyananın qaulayteri general-leytenant Odilo Qloboçnik özləri də yəhudi qanının daşıyıcıları idilər. Abverin podpolkovniki Ernst Bloxun atası yəhudi idi, amma Hitlerin ona verdiyi sənəddə deyilirdi: “Mən, Adolf Hitler, alman millətinin füreri həqiqətən təsdiqləyirəm ki, Ernst Blox xüsusi alman qanının daşıyıcısıdır”. Blox ABŞ dövlətinin xahişi ilə məşhur yəhudi ravvini Şneersonun işğal altında olan Polşadan çıxarılıb Amerikaya yola salınması əməliyyatına rəhbərlik etmişdi.
Faşizm dövründə uzun illər başında parıldayan dəmir kaska olan göygöz əsgərin şəkli mətbuatın bəzəyinə çevrildi. Faşist mətbuatı şəklin altında “ideal alman əsgəri” yazıb, onu “təmiz ali irqin etalonu” kimi təqdim edirdi. Amma bu şəkildəki əsgər yəhudi Verner Qoldberq idi. Qoldberq mavi olduğuna görə ordudan qovulmuşdu, 1959-cu ildə isə Qərbi Berlin Palatasına deputat seçilmişdi.
1940-cı ilin avqustinda təkcə Münhendəki 7-ci hərbi dairədə 2269 yəhudi zabit xidmət edirdi. Ordunun yüksək rütbəli məmurları arasında çoxlu yəhudilər vardı. 1944-cü ilin yanvarında Vermaxtın Kadrlar Şöbəsi 77 nəfər yüksək rütbəli zabit və generalın siyahısını çıxardı ki, onların “yəhudi irqi ilə qarışığı vardı və yaxud yəhudi qadınlara evlənmişdilər”. Hitler onların hamısına “təmiz alman qanlı” olmaları haqda sənəd vermişdi və orduda xidmətlərini məqbul saymışdı. Onların içərisində 23 polkovnik, 5 general-mayor, 8 general-leytenant və 2 general vardı. Amerikan Hərbi Universitetinin professoru Brayan Ruqq “Hitlerin yəhudi əsgərləri” kitabında göstərir ki, həmin siyahı tam deyil; bu siyahıya vermaxtın, aviasiyanın və flotun daha 60 yüksək rütbəli zabit və generalının, o cümlədən 2 feldmarşalının da adı əlavə olunmalıdır. Riqq şəxsən 1200 yəhudi qanlı insanın Hitler ordusunda xidmət etməsini qeydə alıb sənədləşdirmişdir. Ümumilikdə Hitler ordusunda 150 min yəhudi xidmət edirdi. SSRİ-yə əsir düşən 4 milyon 126 min 964 Vermaxt əsgərinin içində 10 min 137 yəhudi də vardı. Liberal müəlliflər Hitlerin nəhəng yəhudi ordusu barədə danışmağı sevmirlər. Bu yəhudilər də alman faşistləri ilə birgə Sovet kənd və şəhərlərini dağıdır, əsgərlərini öldürür, qadınlarını isə zorlayırdılar. Amma maraqlıdır ki, hətta Sovet əsirliyində ölmüş yəhudiləri belə İsraildə xolokost qurbanları siyahısına daxil edirlər.
Babası yəhudi olan Almaniya Federativ Respublikasının keçmiş kansleri Helmut Şmidt müharibə dövründə hərbi hava qüvvələrinin zabiti olmuşdur. O öz xatirələrində yazır ki, təkcə bizim aviasiya hərbi hissəmizdə mənim kimi yəhudi qanlı 15-20 adam xidmət edirdi. Vermaxtın tərkibindəki Finlandiya ordusunda xidmət edən yəhudilərin hətta səyyari sinaqoqları vardı ki, həmin sinaqoqun daimi ziyarətçiləri olan mayor Leo Skurnik və kapitan Solomon Klass göstərdikləri şücaətlərə görə alman ordu komandanlığı tərəfindən 1-ci dərəcəli Dəmir Xaç ordeninə layiq görülmüşdülər. Müharibə zamanı bir sıra təltiflərə, o cümlədən nadir hallarda verilən Qızıl Alman Xaçına layiq görülmüş polkovnik Valter Xollander də yəhudi idi. Xollanderin rəhbərlik etdiyi tanka qarşı briqada 1943-cü ilin iyulunda Kursk döyüşündə 21 Sovet tankını məhv etmişdi, buna görə o Çəngavər Xaçı ordeni ilə təltif olunmuşdu. Döyüşlərdə göstərdiyi şücaətlərə görə Cəngavər Xaçı ilə təltif olunmuş Vermaxt mayoru Robert Borxardt ingilislərə əsir düşərkən məlum oldu ki, o yəhudi oğludur və atası Londonda yaşayır. İngilislər Borxardtı atasının yanına buraxdılar, 1946-cı ildə isə o Almaniyaya qayıtdı. 1983-cü ildə, ölümünə az qalmış Borxardt alman məktəblilərinə belə deyirdi: “İkinci Dünya Müharibəsində Almaniya uğrunda vuruşmuş yəhudilərin çoxu bunu öz müqəddəs borcları hesab edirdilər”.
İtaliya faşizminin yuxarı təbəqəsində də yəhudilər oturmuşdu. Benito Mussolininin anasının adı Roza, arvadının adı Raxel idi ki, hər ikisi tipik yəhudi adlarıdır. İtaliya faşistlərinin “Faşi di kombattimento” partiyasını yaradan 8 nəfərdən 5-i yəhudi idi. Faşistlərin “korporativ dövlətçilik” konsepsiyasının müəllifləri də yəhudilər olmuşlar. İtaliya Faşist Partiyasının teoretiki Cino Arias, pariyanın Roma təşkilatının yaradıcısı Massimo Rokka, Mussolinin müavini Aldo Finzi, hökumətin xarici işlər naziri Fulvio Suviç, maliyyə naziri Qvido Yunq yəhudi idilər. Dövlət Bankının rəhbəri Cuzeppe Teplits ravvin oğlu idi və ölkənin ağası məhz o sayılırdı. Mussolininin məşuqəsi, “İtalyan faşizminin mənəvi anası” adını almış jurnalist Marqarita Sarfatti Venesiyada varlı yəhudi ailəsində doğulmuşdu. Bu qadın Mussolininin sosialistdən faşist hərəkatının rəhbərinə çevrilməsində böyük rol oynamışdır. Sarfatti həm Mussolininin imicmeykeri, psixoanalitiki, odlu-alovlu nitqlərinin müəllifi, həm də faşist hərəkatının ruporu olan rəsmi jurnalın redaktoru idi.
Almaniyanın digər müttəfiqi İspaniyanın faşist rəhbəri Fransisko Franko marran yəhudilərindən idi. Onunla mübarizə aparan Kommunist Hərəkatının rəhbəri Dolores İbarruri də yəhudi idi. Bu konspiroloqlara onu deməyə əsas verir ki, İspaniyadakı vətəndaş müharibəsi yəhudilər tərəfindən idarə olunurdu...
Qərb mediasi, rəsmi tarixçiləri və siyasətçilərinin səyləri nəticəsində İkinci Dünya Müharibəsi tarixinin bir çox vacib səhifələri cırılıb atılmışdır. Yəhudilər Üçüncü Reyxin yaradılmasında aktiv iştirak etmiş, şəxsən Hitlerin özünü maliyyələşdirmiş, faşist hakimiyyətində mühüm postlar tutmuş, “yəhudi məsələsinin” həllinə təsir göstərmiş, hətta Vermaxt ordusunun tərkibində Sovet ordusuna qarşı vuruşmuşlar. Lakin Reyxin məhvindən sonra bütün günahı almanların boynuna qoymağa müvəffəq olaraq onlardan kontribusiya qoparmışlar. Hələ də Almaniya və alman xalqı İkinci Dünya Müharibəsinin əsas günahkarı sayılır, bu müsibətin əsl təşkilatçısı olan sionistlər isə diqqətdən kənarda saxlanılır.
“Avrasiya tarixi” kitabından
Комментариев нет:
Отправить комментарий