08.08.2018

Dollar niyə rezerv valyuta olaraq qalır?

Məlumdur ki, Amerika Birləşmiş Ştatları pulları nəzarətsiz çap etməyə malik yeganə ölkədir. “İnsider” “Niyə digər ölkələr bununla barışırlar?” sualına cavab tapmağa çalışıb.

ABŞ dolları rezerv valyuta kimi 70 il bundan qabaq rezerv valyuta kimi seçilib. Məhz o vaxt müttəfiqlərin İkinci Dünya Müharibəsini udacaq xəbərləri yayılmışdı. Buna görə də müharibəsonrası maliyyə standartlarını möhkəmləndirən Bretton-Vuds sistemi tətbiq edilmişdi.
1944-cü ilin iyulunda Amerikanın Nyu-Hempşir ştatında Bretton-Vuds şəhərinə 44 ölkədən 730 nümayəndə gəlir. Görüşdə 1918-ci ildən 1939-cu ilədək olan mubaribəsonrası dövrdə dünya maliyyəsinin nizamsızlığı, valyutaların nisbi dəyərinin təyin edilməsi, ABŞ-dakı “Böyük Depressiya” və dünyada artan proteksionizm müzakirə olunur. Standartlar və qaydaları o zaman dünya qızılının ehtiyyatlarının üçdə ikisinə nəzarət edən ABŞ diktə edirdi.
Beləliklə, Bretton-Vud konfransının əsas nəticələri belə oldu:
-ABŞ dolları beynəlxalq rezerv valyuta kimi seçildi;
-ABŞ ölkələrə qızıl qarşılığında dollar təklif etdi. 35 unsiya qızılı 1 dollara dəyişə bilərdi;
-Dünya miqyasında maliyyə əməliyyatlarına nəzarət və tənzilmlənməsi üçün, hətta kritik vəziyyətdə olan ölkələrə  kəsirini örtmək üçün təcili kreditlər verə biləcək Beynəlxalq Valyuta Fondu (İMF) yaradıldı;
-İnkişaf etməkdə olan ölkələrin maliyyələşdirməsi üçün (infrastrukturadan tutmuş təhsil və tibbədək) Dünya Bankı yaradıldı.
Formalaşan sistem onilliklər ərzində fəaliyyət göstərib. Bəs onda niyə ölkələr ABŞ dolları ehtiyyat valyutası kimi qəbul etməyə razılaşdılar?
-Həmin dövrdə ABŞ-da dünya qızıl ehtiyatlarının 70%-i qərarlaşmışdı – təxminən 20 ton.
-ABŞ iştirakçı-ölkələrə dolları qızıla dəyişəcəyini söz vermişdi.
-ABŞ-ın sənaye və xidmətləri əsasında uğur qazandığı güclü iqtisadiyyat.
İlk növbədə ABŞ daxili kəsiri ödəmək, dövlət qulluqçuları qarşısında borcların ödənilməsi, dövlət xərclərinin maliyyələşdirməsi, xaricdən neftin alınması üçün kağız pul çap etməyə başladı. Beləliklə, kağız pulların ümumi kütləsinin nominalı Amerikadakı mal, xidmət və qızılın ümumi dəyərini keçdi. Təbii ki bu inflasiyaya gətirib çıxardı- pul kütləsinin çoxluğu Amerika iqtisadiyyatının məhv olunmasına səbəb ola bilərdi.
Buna görə də 1948-ci ildə ABŞ Marşal planı hazırladı. Layihə ondan ibarət idi ki, ABŞ müharibədən sonra Qərbi Avropaya qrant və kreditlərlə kömək etsin. Bəs görəsən bu alicənablıq hardan qaynaqlanırdı? Bu addımı ilə ABŞ öz inflasiyasını Avropa, Yaponiya və digər ölkələrə istiqamətləndirirdi.
Marşal planını həyata keçirərkən ABŞ avropalılara 12 milyard dollar verdi. Onun 9 milyard dollar kredit deyil, qarşılıqsız qrant idi və daha 2 milyard dollar Yaponiyaya köçürülmüşdü.
1965-ci ildə Fransa prezidenti Şarl de Qoll birdən-birə ABŞ-dan Bretton-Vud müqaviləsinə əsaslanaraq dollarların qızıla dəyişdirməyini tələb etdi. O vaxt Fransanın əlində 1,5 milyard dolları var idi. Əgər tələbləri yerinə yetirilməyəcəksə, De Qoll NATO-dan çıxmaqla və Fransa ərazisini hərbi bazalardan təmizməklə hədəflədi.
Daha sonra Almaniya, Yaponiya və Kanada Vaşınqtondan dolları qızıla konvertasiya etməyi tələb etdi- nəticədə ölkənin qızıl ehtiyytları kəskin azaldı və dollar devalvasiyaya uğradı.
1971-ci il üçün ABŞ-da 52 milyard dollar dəyərində dollar qaldı- xaricdə isə 132 milyard dollar var idi, yəni üç dəfə çox. Və avqustun 15-də prezident Nikson Bretton-Vud müqaviləsini donduraraq, yeni iqtisadi siyasət elan etdi.
Bu o demək idi ki, ABŞ artıq qızılı dollara dəyişməyəcək. Bununla bütün dünya əlində təminatsız dollar ilə qaldı. Bu təşəbbüs tarizə “Nikson şoku” kimi düşdü.
Niksonun bəyanatının bir neçə məqsədi var idi:
1. Bretton-Vuds qızıl standartı sistemininin aradan qaldırılması;
2. Dolların üzən məzənnəyə keçidi;
3. İnflasiya ilə mübarizə üçün müvəqqəti əmək haqqlarının dondurulması (qiymətlər və maaşlar heç də bazar yolu ilə dondurulmadı);
4. Ödəniş tarazlığının yaxşılaşdırılması üçün müvəqqəti 10 faizlik idxal rüsumunun tətbiqi.
Bəs niyə Federal Rezerv Sistemi və ABŞ höküməti qızıl standartdan  qurtarmaq istəyirdi? Əsasən ona görə ki, bu ürəyin istədiyi qədər pul çap etməyə imkan yaratdı və bu pulları real dəyərlərə dəyişmək mümkün oldu: insan əməyi, xarici xammal, digər mallar və xidmətlər. Qızıl standartı olmadan dollar yalnız tələb ilə həyata davam etdi- yəni insanların onun qiymətinə olan inamı ilə.
Bəs ABŞ qızıl standartdan yenicə imtina etdikdən sonra digər ölkələri dolların “real pul” olduğuna inandıra bildimi? ABŞ hökuməti bunun üçün yeni-  neft dollarları sistemini tətbiq etdilər.
FTMDaily.com-un İqtisadi Tədqiqatlar direktoru Cerri Robinsonun dediyinə görə, Amerika Birləşmiş Ştatları və onun vətandaşları digər ölkələrin hesabına şirin həyat dadandan sonra geriyə yol artıq qalmadı.
Dollara tələbi dəstəkləmək üçün Vaşınqtona qızılı digər məhsul ilə əvəz etmək üçün yeni plan lazım idi. Beləliklə, neft dollarları konsepsiyası yarandı. Neft dollarlarını neftin satışından sonra əldə edilən gəlirlər kimi müəyyən etmək olar.
Neft dollarlarının sistemi çox mürəkkəbdi və bir neçə səviyyələrdən ibarətdir. Hər şey 1974-cü ildə başladı: Birləşmiş Ştatlar Henri Kissincerin simasında Səudiyyə kral ailəsi ilə bir sıra görüş keçirdi və ABŞ Səudiyyə Ərəbistanı neftini alaraq əvəzində krallığı silah və texnika ilə təmin edəcəyi barədə razılıq əldə etdi. Bunun əvəzində ABŞ aşağıdakıları əldə etdi:
-Ərəblər nefti yalnız dollarla satmağa razılıq verdilər;
-Neft gəlirlərinin artıqlarını onlar o cümlədən Amerika istiqrazlarına sərmayə edəcəkdilər.
Bu razılaşma ərəblər üçün olduqca cəlbedici kimi görünürdü- yalnız digər valyutalardan imtina etmək və nefti dollara satmaq lazım idi.
ABŞ planlaşdırdığı kimi, digər neft hasil edən ölkələr də bu razılaşmaya qoşulmaq istədilər və 1975-ci il üçün ABŞ-ın dəstəyi müqabilində OPEC ölkələrinin hamısı öz neftini dollarla qiymətləndirməyə və pul qalıqlarını Amerika istiqrazlarında saxlamağa razılaşdılar.
Neft- iqtisadiyyatın qanıdır. O hər yerdə lazımdır. Onu almaq üçün indi dollar lazım idi. Dollarları foreksdə almaq olardı, amma bu ani qərardı və buna görə neft almaq imkanına malik olmaq üçün bir çox ölkələr mal və xidmətlərin müqabilində dollar almaq üçün Birləşmiş Ştatlara ixracatını artırmağa başladılar. Bu, nəyə görə Şərqi Asiya 1980-ci illərdən belə ixracyönümlü olduğunu, Yaponiya ilə Çinin nə cür bu qədər dollar yığdıqlarını izah edir.
Neft dollarları sistemi Amerika üçün üç üstünlük verdi:
1. Dollara qlobal tələbatı artırdı;
2. Amerika istiqrazlarına qlobal tələbatı artırdı;
3. O amerikalılara nefti özləri çap etdirdiyi pul ilə almaq imkanı verdi.
Zamanla bu sistem bütün dünyada yayıldı və dollara tələbat artdı. Artıq ABŞ nəzarətsiz kağız pullar çap edə bilərdi və bu pullar xərclərin örtülməsi və sosial subsidiyalara istifadə edə bilərdi. Bundan başqa, müqavilənin şərtlərinə uyğun olaraq, daha da çox ölkələr pullarını istiqraz şəklində Amerika borcuna yatırmağa başladılar.
Niyə dollar hələ də rezerv valyuta olaraq qalır? Bretton-Vuds müqaviləsində 4 əsas hallara diqqət yetirək: ABŞ dolları dünya valyutasıdır, o qızılla təmin edilir, BVF və Dünya Bankı yaradılır. İndi  “Nikson şoku”ndan sonra dollar artıq qızıl ilə dəstəklənmir, lakin rezarv valyuta olaraq qalır. Neft dolları sisteminin uğurla yaradılmasından sonra ABŞ dolları dünya valyutası kimi daha da gücləndi.
Məqalənin əvvəlində deyildiyi kimi, ilk növbədə ölkələr dolları Amerikanın ən böyük qızıl ehtiyyatlarına və güclü iqtisadiyyata malik olduğuna görə istifadə edirdilər. Bəs indi necə?
Birinci bənd bu gün artıq mənasını itirib, çünkü dollar qızıl ilə təmin olunmur. İkinci bəndə gəlincə, burada da dəyişikliklər baş verib. İkinci Dünya Müharibəsindən sonra ABŞ istehsalçı iqtisadiyyatından istehlakçı iqtisadiyyatına keçir. Xüsusilə də neft dollarları sisteminin yaradılmasından sonra. Bu o deməkdir ki, Amerika iqtisadiyyatı yaxşı göründüyünə baxmayaraq, əslində istehlak və spekulyasiyalar üzərində qurulduğuna görə hər an dağıla bilər. Onda niyə əslində dollar dünyanın ehtiyyat valyutası olaraq qalır?
Təxmin edə bildiyiniz kimi, neft ilə əlaqəsinə görə. Neft ticarəti- dollara tələbata hərəkətverici qüvvədir. Belə ki, digər rezerv valyutaya keçid öz milli valyutasını dollarla hər hansı bir formada bağlayan ölkələrdə zərbələrə səbəb ola bilər, bu isə heç kəsə lazım deyil.
Buna baxmayaraq, dünya iqtisadiyyatında dollarların həcmi həddən artıq çoxdur və nə vaxtsa həddi keçib partlayacaq. ABŞ isə dünya valyutasının sahibi kimi öz mövqeyini itirəcək.
Bu, çox mühüm məsələdir. Bəziləri Nikson şokundan dərhal sonra, dollara artıq qızıl zəmanət vermədiyini biləndən sonra hərəkətə keçmək lazım idi. Amma nə o vaxt, nə də sonra bütün dünyada ölkələr dollar almaqdan vaz keçmədilər. Hazırda Yaponiya və Çin dollardan asılı olmaq ehtiyacına şübhə ilə yanaşırlar. Xüsusilə Çin sistemi dəyişdirmək üçün addımlar atır- uzunmüddətli perspektivdə dolları yuan ilə əvəz edə biləcəyini gözləyir. Son on il ərzində Çin rekord məbləğdə qızıl alıb, IMF isə yuanı rezerv valyuta səbətinə daxil edib.
Bundan başqa, Çin tərəfdaşları ilə ikitərəfli müqavilə bağlayarkən bir-birinin valyutalarını istifadə etmək üzrə danışıqlıqlar aparır. Rusiya, Braziliya, Avstraliya və hətta keçmiş hərbi düşmənı olan Yaponiya ilə tərəfdaşlıq valyuta svoplarına və dolları qıraqda qoymaq mezanizmlərinə gətirib çıxartdı.
Bu yaxınlarda Çin ticarət şirkətinin rəhbəri dedi: "Yuan maliyyə bazarında beynəlxalq əhəmiyyət və tanınma qazanır".
Dolları zəiflədə biləcək daha bir dövlət Rusiyadır. BRİKS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) nəhəng bir struktura çevrilib və dəyişikliklər istəyirlər. Valyuta müharibəsi artıq gedir və nəticə məlum deyil. /fins.az/

Комментариев нет:

Отправить комментарий