14.08.2018

MÜQƏDDƏS LƏNKƏRANİ

İbrahimxəlil Hacı Mahmud oğlu Xansuvarov (1890-1989) Lənkəran şəhərində anadan olub. Atası Hacı Mahmud Lənkəran qəzasının tanınmış varlı və tacirlərindən idi. Anası Xanımbacı Lənkəran qəzasının Şiyəkəran kəndindən idi, Nəcəfdə təhsil almış Axund Ağahuseynin qızı olub.
İbrahimxəlil Mirzə Əhməd Qaib və Mirzə Ağalı məktəbində təhsil almışdır. Ərəb, fars, rus, talış, gilək və fransız dillərini bilmişdir. Yaxşı xətnəfis olub. Şikəstə xət növu ilə əla yazarmış.
Bildirilir ki, bir cox alimlərlə oturub dini mubahisələr edər, bəzi az savadlılar ondan çəkinər, danışmazdılar. Mütaliə dairəsi geniş olmuşdur. Lənkəranın tanınmış ruhanisi İmam Axund ilə fars dilində məktublaşmışdır.
Lənkəranda "Fövcül-Fusəha" şairlər məclisinin uzuvlərindən biri olmuşdur. Təxəllusu Müqəddəsdir. Rumi, Sədi, Xaqani və Xəyyamdan tərcumələri vardır. Talış və Gilək dillərində şeirlər və qəzəllər yazmışdır.
İmam Huseyn (ə) haqqında yazdığı sinəzən bu beyt ilə başlayır:

Ey vicudi baisi icadi aləm, ya Huseyn,
Məzhəri xəllaq əkpər, sənlə Məzhər ya Huseyn.

50 dən cox əlyazması vardır. Onlardan bəzilərinin adları: "İran tarixi", " Dünya tarixi", "Xatirələr", "Lənkəran", "Talış mahalı", "Qəzəllər" və s.

Razzaq Xansuvar

Комментариев нет:

Отправить комментарий