26.08.2018

Nostalgiya

Etibar Cavad

Həsrətlə baxıram ötən gəncliyə,
O günlər necə də füsunkar idi.
Dinsiz bir ölkədə təqvalı idik,
Allahın rəhməti bizə yar idi.

Rahat yatırdılar fidan mələklər,
Sevinib gülürdü sevən ürəklər,
Başımız üstündə əsən küləklər,
Təkcə xəzri idi, gilavar idi.

Doyurda bilirdik qarnın acların,
Daraya bilirdik yetim saçların,
İnsanı yaşadan ehtiyacların,
Biri yox idisə, coxu var idi.

İndiki əyyamın nə cox qəm, kini,
Nə cox şəhidləri, ağlar gəlini.
Heyf Lenin baba, sənin ölkəni,
Bilmədik dağıtmaq bizə ar idi...

Комментариев нет:

Отправить комментарий