09.08.2018

Gündəm məsələləri

İlham Əlisoy

Məşhur polyak satiriki Yeji Lents deyir: “Tutalım, başınla vurub divarı deşdin, bəs qonşu kamerada nə edəcəksən?”
Tam bizə uyğun cümlədir. Tutalım, biz canımızı mövcud iqtidardan qurtardıq, qapıda pusquda durmuş siyasi qüvvələr onlardan yaxşı olacaqmı? Ola bilsin korrupsiya ve rüşvətxorluq indiki səviyyədə olmasın, ola bilsin məhkəmə, polis sistemi əvvəlkinə nisbətən daha yaxşı vəziyyətdə olsun, amma və lakin bizi başqa “sürprizlər gözləyəcək.
İyrənc etnik millətçilik ölkədə tüğyan edə bilər, islamafobiya dərinləşə bilər və s. (Siyahını uzatmaq da olar).
Turan tv bir video paylaşıb. Videoda Gulay adlı azərbaycanlı qızcığazın gözəl at sürdüyünü görürük. Videoya da belə bir başlıq yazıblar: “Atın üstündəki türk deyilsə, yükdür”. Nə deyəsən?
Partiya sədrinin müavini pozğun bir gədənin statusuna yazır ki, “azanı məhdudlaşdırmaq olar, elə hər cümə günü günorta azanı bir dəfə verilsin, bəsdir”.
Belə çox nümunələr yazmaq olar. Sadəcə çox uzadıb zəhlənizi tökmək istəmirəm.
Sovet dağılandan sonra azərbaycanlıların bəxti gətirmədi. Nə iqtidarından yarıdı, nə də müxalifətindən.
Qeyd: O ayrı mövuzudur ki, ümumiyyətlə, bu iqtidar özü- Qlobal Hakimiyyətin yerli şöbəsi və muzduru olmaqla böyük bir bəladır.

Комментариев нет:

Отправить комментарий