İsveçrənin Cenevrə şəhərində düzənlənmiş "Dünya irqçiliklə mübarizə" Konfransında çıxışı zamanı sadəcə tarixi həqiqətləri söyləyən İran İslam Respublikasının sabiq prezidenti Mahmud Əhmədinejadın reallığı ifadə etməsi dünyaya tolerantlıq dərsi keçənləri qəzəbləndirdi və onlar konfrans zalını tərk etdilər. Əhmədinejad dünyada daha çox kəskin çıxışları ilə tanınıb. Amma o, hər zaman həqiqəti söyləyib. Cenevrədə çıxışı zamanı "İkinci Dünya müharibəsindən sonra Avropa ölkələrində və ABŞ-da yaşayan yəhudiləri toplayıb Fələstin torpaqlarını işğal edərək orada İsrail dövləti qurdular" deməsi ilə İsrail nümayəndələri qışqıraraq zalı trk etdilər. Bu da azmış kimi əllərinə keçəni Əhmədinejada tərəf tulladılar.
Bütün dünya İsrail dövlətinin 1946-cı ildə Fələstin torpaqlarının üzərində qurulduğunu bildiyi halda, Əhmədinejadın da, sadəcə olaraq bu tarixi faktı xatırlaması niyə bu qədər qəzəbə, qıcığa səbəb olur?
Tolerantlıq dözümlülük prinsipi aşılayır və XVI- XVII əsrlərdə Avropada peyda olmuşdur. 1648-ci ildə imzalanmış Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sənəddir. Ancaq Vestfal sülhünün ardınca gələn 30 illik müharibə və bu müharibə zamanı göstərilən dini dözümsüzlük və insanlığa qarşı edilən vəhşət tolerantlığın gerçəkdən gücsüzlər üçün uydurulmuş və onların öz zəifliyini ört-basdır etməsinə imkan yaradan bir sığınacaq olduğunu sübut etdi.
Dəhşətlisi odur ki, tarixi həqiqəti ifadə edən dövlət başçısıını beynəlxalq tədbirdə fitə basan, boykot edən adamlar dünyaya tolerant olmağı məsləhət görürlər.
Ağalarımız bizə tolerant olmaq əmrini verir. Tolerantlıq qorxaqlar üçün uydurulmuş "sığınacaqdır". Dünyada tolerantlıq deyə bir şey görmədik. Azərbaycanda isə tolerantlıq yalnız və yalnız hökumətin xalqa qarşı qaldırdığı qalxandı.
Tolerantlıq dini dözümlülük, digər inanc və əqidələrə dözümlü yanaşmadır. Tolerantlıq insan hüquqları və vicdanı ilə bağlıdır. Tolerantlıq insan azadlıqları və hüqüqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Onun üçün həm də irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizmin qəbul edilməməsi xarakterikdir.
Ortaya sual çıxır. Əgər tolerant dözümlülük prinsipini aşılayırsa, o zaman yerli telekanallarda niyə görə islam dini təhqir edilir, dini dəyərləriçiz aşağılanır? Tolerantlıq əgər Azərbaycanda iqtidarda olan YAP-ın prinsipidirsə, o zaman niyə görə islam dininə qarşı bu qədər dözümsüzlük sərgilənir? Niyə görə hicablı xanımlara şəxsiyyət vəsiqəsi üçün hicabla şəkil çəkdirməyə icazə verilmir? Hicablı şagirdlər, tələbələr, müəllimələr daim ölkəmizdə tüğyan edən islamafobiyadan əziyyət çəkirlər?
Xatırlayırsınızsa ötən il bir inanclı xanım azyaşlı qzının başına yaylıq bağlayıb Fatimeyi Zəhra məscidində keçirilən Aşura mərasiminə aparmışdı. Ölkəmizdəki bütün tolerantlar və "ziyalılar" ayağa qalxıb buna etiraz etmiş, bunun Avropa dəyələrinə zidd olduğunu bildirərək, bu halı Azərbaycanın başının üstünü alan fəlakət və faciə adlandırmışdılar.
Bizə Avropanı nümunə göstərənlərə, biz də Avropadan bir nümunə göstərək. Avropa şəhərlərinin küçələrində geyparad keçirilməsi adi hal alıb. Hətta bu paradlarda azyaşlılar da iştirak edir. Amma Avropa bunu fəlakət, faciə kimi qələmə vermir. Fakt ondan ibarətdir ki, bu gün Azərbaycanda bütün dünyadan daha güclü islamafobiya yaşanmaqdadır.
Əgər tolerantlıq dini dözümlülükdürsə, o zaman nəyə görə Şeyx Sərdar Hacıhəsənli zindana salınıb? Axı onu xaricdə dini təhsil aldığına görə həbs ediblər. Daha doğrusu, xaricdə dini təhsil alıb, öz doğulduğu rayonda cümə namazı zamanı digərlərindən 3 addım qabaqda dayandığı üçün həbs ediblər. Budurmu tolerantlıq?
Aşura günü Gəncədə İmamzada məscidini bağlayan keçmiş icra başçısı, hazırda İsraildə müalicə alan Elmar Vəliyev xalqın inancını aşağılayanda hökumətin tolerantlıq ideologiyası hardaydı? Bəlkə tolerantlıq da bu ölkənin qanunları kimidi, ancaq üzüaşağı axır...
Bu gün azərbaycanlılar üçün əmri verilən tolerantlıq bizi "İnsan olma", "şəxsiyyətsiz ol", "gen yaddaşını, qan yaddaşını itir", "düşmənlərini dost gözündə gör", "arvadını-qızını zorlayanla, torpağını əlindən alanla dost ol", "sabahını düşünmə", "dinini unut və düşmənlərin əmrinə müntəzir dayan" kimi mütiləşdirən, daha doğrusu, manqurtlaşdıran təlqindir əslində. Odur ki el dilində məşhurlaşmış bir kəlmə ilə bitirirəm fikrimi: "Tolerant olma, kişi ol".
Комментариев нет:
Отправить комментарий