İraqdakı Ayn-al-Asad amerikan bazasına İran raketlərinin zərbəsindən sonra bazada xidmət edən ABŞ və Danimarka əsgərləri yerli mətbuata açıqlamalar veribər. Onlar bildiriblər ki, raketlərin səsi onlarda qorxu və psixoloji pozğunluq yaradıb. Onlar bu hadisəni “həddən artıq qəddar hücum” adlandırıblar.
İran raket zərbəsi endirəcəyini qabaqcadan bildirib və amerikanlar da bu barədə məlumatlı olublar. İraqın baş naziri Adil Abdulmehdi deyib ki, İran hücumdan əvvəl onları məlumatlandırıb: “Hücumdan əvvəl bizə məlumat verildi, ancaq haranı vuracaqlarını bildirmədilər”. Raket atılacağını bilən hərbçilər bazadakı bunkerlərə sığınaraq orda gizləniblər. Bu bunkerlər hələ Səddam Hüseyn dövründən tikilmişdir.
Con adlı hərbçinin dediklərinə görə, onlar zərbədən iki saat yarım qabaq bunkerlərə doluşublar və orda oturaraq gözləyiblər: “Çəkisi bir ton olan raketlərlə zərbələr endirirdilər. Zərbənin təsirindən bunker titrəyir, içəri toz dolur və torpaq tökülürdü. Əsgərlərin çoxu ağlayırdı. Bunu sözlə izah etmək çətindir. Mən heç vaxt belə hiss yaşamamışam və ümudvaram ki, bundan sonra da yaşamayacağam. Bu çox amansız bir hücum idi”.
Danimarkalı serjant bildirmişdir ki, ilk raket səsini eşidən kimi amerikan əsgərləri ağlaşmağa başlamışlar. Amerikan hərbçilərindən biri bildirmişdir ki, özünü öldürmək istəmişdir: “Tapançanı başıma dirəmişdim və hazır vəziyyətdə dayanmışdım. Hər şeyin tez bir zamanda başa çatmasını istəyirdim”.
Bombardmandan sonra bazadakı hərbçilər İraqdan çıxarılaraq İordaniya və Küveytə yola salınmışlar. Danimarka hökuməti öz əsgərlərinin müalicəsi üçün psixoloqlar göndərmişdir.
Koalisiya hərbçilərinin etirafları sosial şəbəkələrdə gülüş doğurmuşdur. “Bu sizinçün ayaqyalın insanları pilotsuz təyyarələrdən bombalamaq deyil. Bax əsl demokratiya və azadlıq budur, hansını ki siz serblərə, iraqlılara və suriyalılara yaşatmısınız”- Tvitterdə @spacelordrock yazmışdır. “Qoy Səddama bu bunkerə görə sağ ol desinlər”- @QiluNwbfM7OywgN adlı nik şərhdə yazmışdır. “Əgər İran onları qabaqcadan xəbərdarlıq edəndə bu qədər qorxu çəkmişlərsə, gör indi xəbərdarlıqsız zərbə endirsə nələr olar”- publisist Boris Rojin Telegram-da yazmışdır.
Rusiya mətbuatının məlumatına görə bombardman zamanı 80 hərbçi ölmüş, 200 hərbçi isə yaralanmışdır. Yaralıları 9 amerikan vertolyotu ilə İsrail, İordaniya və Bağdad hospitallarına daşımışlar.
Ayn-al-Asad bazası ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazalarından biri idi. 280 milyon dollara başa gələn bazada ilk əvvəl 5000 hərbçi xidmət göstərirdi. CNN telekanalının hazırladığı reportajdan aydın olur ki, hal-hazırda baza xarabalığa çevrilmişdir. Ballastik raketlərin təsirindən beton divarlar aşmış, hərbçilərin yaşadığı və əmlakını saxladığı konteynerlər dağılmışdır.
Комментариев нет:
Отправить комментарий