17.01.2020

Rusiyada yeni qərar: ilk uşağa görə 12 min, ikinci uşağa görə 17 min manat veriləcək

Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində analıq müavinəti proqramının 31 dekabr 2026-cı ilə qədər uzadılması barədə göstəriş verib.
baku.ws xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yazıb. Nəşrin yazdığına əsasən, dövlət başçısı analıq müavinətinin ilk doğuş zamanı veriləcəyini söyləyib.
Birinci uşaq üçün analar 466 417 rubl (12 min 879 AZN) pul alacaqlar. İkinci uşaq üçün isə müavinət 150 min rubl (4100 AZN) artırılacaq.
Vladimir Putinin aydınlaşdırdığı kimi, iki uşağı olan ailələr üçün vəsaitin ümumi həcmi 616 min rubldan (17 min AZN) çox olacaq və indeksləşdiriləcək.
Üç uşağı olan ailələr üçün dövlət əlavə olaraq 450 min rubl həcmində ipoteka krediti ödəyəcək.
Qeyd edək ki, ikinci və üçüncü uşağın doğuşunda və ya övladlığa götürülməsində ailələrə dövlət dəstəyi 2007-ci ilin yanvar ayından verilməyə başlanıb.

Комментариев нет:

Отправить комментарий