Yəmən Ənsarullahı Səna şəhərinin şimal şərqində yerləşən Nəhum şəhərini mühasirəyə alaraq yeni zəfərlər əldə etmişdir.
Nəhum şəhərinin mühasirəsi olduqca mühüm bir əməliyyat idi. Səud koalisiyası bu mühasirəni yarmaq üçün hava əməliyyatları keçirirdi. Lakin Səud koalisiyasının canfəşanlığın baxmayaraq, Yəmən Ənsurallahının Nəhum şəhərindəki mühasirəsi böyük qələbə ilə nəticələndi.
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, əgər Səudiyyə koalisiyası bu mühasirəni yara bilməsə, böyük itkilər verəcək və yəmənlilər çoxlu qənimət ələ keçirəcəklər. Nəticədə yəmənlilər strateji və müharibənin müqəddəratını dəyişə bilən bir qələbə qazandılar.
Bu qələbə zamanı ələ keçirilən qənimətlər heç də "Nəsru minəllah" əməliyyatındakı qənimətlərdən az deyil. Qeyd edək ki, "Nəsru minəllah" əməliyyatı nəticəsində Ənsarullah 700-ə yaxın Səud hərbçisini və muzdlu əsgərləri əsir götürmüşdü. Çoxlu sayda silah-sursat da qənimətlər arasında idi.
Nəhum əməliyyatı zamanı da çoxlu sayda silah, tank və maşınlar qənimət götürülüb. Ənsarullahın bu böyük uğuru Yəmən xalqının sevincinə səbəb olub və ruh yüksəkliyi yaradıb.
Tanınmış politoloq Dr. Raefpur öz tvitter hesabında qeyd edib ki, Səudiyyənin şiələrdən ibarət olan Qətif şəhər əhalisinin "Ölüm olsun Amerikaya, ölüm olsun Ali-Səuda!" şüarları səsləndirməsi olduqca mühümdür. Səudiyyə neft ehtiyatının 80%-i, eləcə də ən böyük neft şirkəti Səudi-Aramco bu şəhərdə yerləşir. O qeyd edib ki, tezliklə dünyanın enerji nəbzi müqavimətin əlinə keçəcək.
Ənsarullah bir neçə məntəqəni Səudiyyənin işğalından azad edib. Azad edilən bölgələr arasında Bəran, Əl-Mədaric, Əl-Hul, Vadi-Milh, Əl-Səlta və Həram dağlarını da qeyd etmək olar.
Nicat Kazımov avrasiya.info
Комментариев нет:
Отправить комментарий