03.01.2020

Bəs onlar niyə münasibət bildirmədilər?

Rasim Hüseynov

Dini xaçpərəst, xristian, dili rus, milliyyəti rus olan Maksim Şevçenko bəzi "şiə"lərdən daha qeyrətli çıxdı.
O taninmiş bir jurnalistdir, tutduğu bir vəzifəsi, postu var Rusiya mətbuatında. Yalnız həqiqəti görüb susmayıb sosial şəbəkələrdə bir çağırış etdi, baş sağlığı bildirdi İran xalqına.
O, yenə deyirəm, bir vəzifə, məqam sahibi, xristian bir jurnalist, publisistdir.
Dolanib gələk Vətənimizə.
İranla əlaqələrimizə nəzər salsaq görərik ki, bəzi sionist qüvvələr tərəfindən dırnaq arası bir düşmən obrazı kimi təqdim olunur. Gülənçilərin əlində olan mətbuatımız Azərbaycan vətəndaşlarına İran İslam Respublikasını şər yuvası kimi sırıyır.
İqtidar da bu tanıtımdan təsirlənib, bu ölkə ilə çox ehtiyatla, "balansla" davranır.
Çünki əks halda qınaq obyektinə çevriləcəkdir xarici ölkələr tərəfindən, və bu da ölkədə sabitliyi pozmağa zəmin yaradacaq - o baximdan ki, bütün dünyadakı leqitim hakimiyyətləri məhz həmin imperialist (sionist) dövlətlər devirmək qüdrətinə malikdirlər.
Buna misal olaraq Venesula, Boliviya kimi ölkələri göstərmək mümükündür. Düzdür, Venesuelada bu mümkün olmadı, lakin cəhd edildi. Elə Suriya da bariz nümunə olaraq hələ də xarabalıq içindədir.
Bu dövlətin, iqtidarin bir siyasəti ola bilər. Bununla işimiz yox.
Yaxşı, bəs sadə namazqılanlar var ki, heç bir aidiyyatı yoxdur hökumət dairələrinə, yəni heç bir vəzifə, kürsü sahibi deyillər - bunlar niyə susdular? Bunlar niyə münasibət bildirmədilər?
Məhərrəm ayında sinəsinə vurub Peyğəmbər balasına ağlayır, lakin bu yolda şəhid olan mömin qardaşının faciəvi ölümü onu narahat etmir.
Xeyir, umacaqları var. Ruzinin, salamatçılığın Allahdan deyil, onların əhatələrində olmağa çalışdıqları, əlləşdikləri, gözlərinə girmək istədikləri məqam sahibləri tərəfindən nazil olduğu inancindadirlar. Bunun başqa adı yoxdur.
İstər doğma qardaşım olsun, - deyəcəyim bu olacaq. Allah sizi Məhşərə sevdiklərinizin, pərəstiş etdiklərinizin, qorxduqlarınızın arxasınca gətirsin inşəAllah.

Комментариев нет:

Отправить комментарий