25.02.2022

Bunlar üçün vacib olan Azərbaycan yox, Qərbin maraqlarıdı

Aftandil Babayev

Əli Kərimli Kəramət Böyukçölə müsahibəsində Azərbaycanın muharibədəki qələbəsini nəzərdə tutaraq kinayə ilə dedi: "O vaxt biz də rus qoşunlarını ölkədə saxlamaqla Qarabağda qələbə qazana bilərdik də".
Bu cümləyə heç kim əhmiyyət vermədi, amma əslində bu bir cümlə Azərbaycanın başına gələn bütun fəlakətlərin açar cümləsidi.
Əgər o vaxt rus qoşunları hesabına Qarabağda qalib gəlmək olardısa niyə imkan vermədiz qələbə qazanaq?!
Düşunun əgər o vaxt Azərbaycan qalib gəlsəydi nə olacaqdı. Bu 30 ildə on minlərlə vətəndaşımız şəhid olmayacaqdı, el-obalarından ayrı düşmuş milyonlarla insan olmayacaqdı, şəhərlərimiz yerlə-yeksan olmayacaqdı, ölkə iqtisadiyyatına, mənəviyyatına, mədənyyətinə bu qədər ziyan dəyməyəcəkdi. Yəqin indi tamam fərqli bir ölkədə yaşayardıq.
Məğlubiyyət isə bizi azı bir əsr geri atdı!
Demək bunlar üçun vacib olan Azərbaycan yox, Qərbin maraqlarıdı. Azərbaycana nə olursa olsun təki Rusiya burda olmasın.
Əslində heç bünu gizlətmirdilər də. Elçibəy açıq-aydın deyirdi ki "Qarabağı İran alıb bizə verəcəksə qoy elə ermənilərə qalsın".
İndi onlara əks fikir deyən hər kəsi vətən xaini, düşmən elan edən bü "demokratlar" əslində olduqları ölkələrə ən çox xəyanət etmiş, ziyan vurmuş insanlardı.  
Bunlara baxanda adamın İlham Əliyevə rəğbəti artır. Təkcə onun dövrundə ölkə işğal yox, qələbə qazanıb.
Çunki adam xarici siyasətdə reallığı dərk edir.
Elçibəylər, Paşiyanalar, Saakaşvililər, Zelenskilər və onların dəstəkçilərinin öz ölkələrini necə məhvə apardığını qısa tarix bizə göstərdi.
Tarixin bizə göstərdiyindən ibrət dərs çıxarmaq üçun isə kor olmamaq lazımdı sadəcə!

Комментариев нет:

Отправить комментарий