20.02.2022

Dünya ekspertləri informasiya müharibəsi ilə mübarizə aparmağın yollarını müzakirə etdilər


15 fevral 2022-ci ildə Moskvada İctimai Palatada müasir dünyada informasiya müharibəsinin yaratdığı fəsadlara həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Rusiya, ABŞ və Avtopa İttifaqından olan ekspert və jurnalistlər iştirak etmişlər.
Tədbirdə çıxış edən rusiyalı politoloq, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovin bildirmişdir ki, Qərb müharibə olmasını istəyir və buna hazırlaşır. Bu müharibənin əsas məqsədi – Rusiyanı Avropadan kənarlaşdırmaq, Avrasiya məkanında geopolitik oxların yaranmasına mane olmaqdır. İkinci məqsəd Rusiyaya qarşı qlobal koalisiya formalaşdırmaqdır. Üçüncü məqsəd NATO-nu ümumi düşmənə qarşı konsolidasiya etməkdir, belə ki NATO çat verib dağılmaqdadır. Dördüncü məqsəd Rusiya elitalarını prezidentə qarşı qaldırmaq, bu yolla prezidentin devrilməsinə nail olmaqdır. Korovinin sözlərinə görə, əgər Rusiya buna reaksiya verməsə Ukrayna NATO-nun irəliləməsi üçün plasdarma çevriləcək. Onun fikrincə, Rusiya problemin həllini yubandırsa daha çox qan töküləcək – geopolitik qanunlar Rusiyanı daha sərt reaksiya verməyə məcbur edir.
Amerikan siyasi icmalçısı və jurnalisti Tim Kerbi çıxışında bildirmişdir ki, bu gün Soyuq müharibə dövrünə bənzər vəziyyət yaranmışdır - Qərb ilə Şərqin, təkqütblü dünya ilə çoxqütblü dünyanın qarşıdurması yenidən meydana çıxmışdır. Lakin Kerbi optimist əhval ruhiyyəyə kökləndiyini söyləmişdir, belə ki vəziyyət o həddi kritik deyil ki müharibə baş versin - onun fikrincə ABŞ-ın müharibəyə başlaması üçün Perl-Xarbor və ya 11 sentyabr teraktı kimi katalizatorlar lazımdır.
İtalyan publisisti Elizeo Bertolazi çıxışında bildirmişdir ki, ABŞ ürəyi istədiyi vaxt müharibə törədir, necə ki bunu Yuqoslaviyada, Əfqanıstanda, İraqda, Liviyada və Suriyada etdi. Lakin ABŞ Rusiya ilə birbaşa müharibə etməkdən qorxur, ona görə də bunu ukrain əsgərinin əli ilə etməyə çalışır. Publisistin fikrincə Ukraynadakı müharibə amerikan hərbi-sənaye kompleksi üçün sərfəli biznesdir, belə ki ABŞ Ukraynaya silah-sursat satır. Müharibə nəticəsində Ukraynanın nə qədər dinc əhalisinin qırılacağı isə qərblilərin heç veclərinə də deyil. Bertolazinin fikrincə Ukrayna NATO-ya Rusiya sərhədlərinə yaxınlaşmaq problemini həll etmək üçün lazımdır; Qərbdə Ukrayna məsələsinə özlərinin milli təhlükəsizlikləri çərçivəsindən yanaşırlar.
Amerikan siyasi icmalçısı və blogeri, keçmiş hərbçi Con Mark Duqan bildirmişdir ki, Bayden Pentaqonun iştahalarını təmin etmək üçün yeni Soyuq müharibəyə start vermək istəyir. Müharibə böyük gəlir gətirir. Nümunə üçün Duqan demişdir ki, ABŞ Ukraynaya yüz tonlarla silah-sursat, Polşaya 250 “Abrams” tankı və Finlandiyaya 64 ədəd F-35 qırıcı təyyarəsi göndərib. Amerikanlar Rusiyanın ətrafını silah-sursatla doldururlar. Duqanın sözlərinə görə Baydenin ailəsi xirtdəyəcən korrupsiyaya batmışdır. Onlar Ukraynada demokratiyadan danışırlar, amma demokratiya nə Ukraynada, nə də ABŞ-da vardır. ABŞ hakimiyyəti ölkədə ənənəvi dəyərlərin axırına çıxıb. ABŞ-da tolerantlıq və LGBT hətta orduda belə təbliğ olunur. Duqanın fikrincə Rusiya öz ənənəvi dəyərləri qorumağa can atmalıdır, planetin xərçəng şişinə çevrilmiş Qərbi dayandırmalıdır və sərhədlərinə yaxınlaşmasına imkan verməməlidir.
Fin politoloqu və jurnalisti Yoxan Bekman nəzərə çatdırmışdır ki, homoseksualizm ABŞ-da iki əsas trenddən birinə çevrilmişdir. İkinci trend isə rusofobiyadır. Qərbdə hal-hazırda iki əsas ideologiya var – homoseksualizm və rusofoboya. Bunu kütləvi informasiya vasitələrindən açıq-aşkar görmək olur. Xüsusən Pribaltika ölkələrini rusofobiya başını götürüb. Burda hətta rusların özünə rusca danışmaq qadağan olunub, onlara hətta pasport da verilmir. Ukraynada da indi eyni proseslər cərəyan edir. Olimpiadada Rusiya bayrağının və himninin istifadəsini qadağan etməyə çalışırlar. Qərbin fikrincə, ümumiyyətlə Rusiyanın yaşamağa haqqı yoxdur. Halbuki dünya üçün əsas təhlükə - NATO-nun özüdür. NATO dünyanın terrorçu təşkilatıdır və hal-hazırda Avropanı parçalamağı qarşısına məqsəd qoyub. NATO-nun əsas fəaliyyət istiqamətlərindən biri – İtaliyada “Qladio” əməliyyatında olduğu kimi öz arxasında gizli terror aktları törətməkdir. NATO-nun əsas məqsədi – dünya xalqlarını genosidə uğratmaqdır ki, biz bunu Yuqoslaviyada da gördük, indi də Donbasda görürük.
Beynəlxalq Avrasiya Hərəkatının eksperti Darya Platonova bildirmişdir ki, ABŞ Ukraynada müharibə törətməklə Rusiyanı Avropa ilə bağlayan körpüləri dağıtmaq məqsədi güdür. Hal-hazırda dünyada iki dünyagörüş qarşı-qarşıyadır: Rusiyanın təmsil etdiyi realizm və Qərbin təmsil etdiyi qeyri-ənənəvi dəyərlər. Lakin avropalılar özləri get-gedə dəyişikliklərə ehtiyac duyurlar, qlobalizmin yaratdığı fəsadlardan qorunmağa çalışırlar. “Sarı jiletlilər” hərəkatı, azadlıq konvoyları, ənənələri dəyərləri qorumağa yönəlmiş və qlobalizmi tənqid edən bir sıra manifestasiyalar buna misaldır. Bu fonda Qərbdə özlərini sığortalamaq üçün Rusiyaya qarşı aparılan informasiya-psixoloji əməliyyatlar get-gedə artmaqdadır. Britaniya Xarici işlər nazirliyində “Rusiya dezinformasiyası” ilə mübarizə aparmaq üçün xüsusi şöbə fəaliyyət göstərir. Bu şöbə Rusiyaya qarşı hücum informasiya-psixoloji əməliyyatları həyata keçirmək üzrə ixtisaslaşıb.
Tədbirdə çıxış edən geopolitika ru portalının baş redaktoru Leonid Savin danışmışdır ki, Britaniya Rusiya ilə informasiya müharibəsinə 82 milyon funt sərf etmişdir. Düşmən KİV-lərini biz görürük və onları identifikasiya etmək asandır - Bloomberg, NYT, Washington Post. Lakin bir sıra başqa KİV-lər də var ki, dost və yaxud neytral ölkələrdə, “proksi” işləyirlər. Düşmənlərimiz xüsusi qrup adamlardan, öz agentlərindən istifadə edirlər ki, bizə dost olan ölkələrdəki insanların şüurlarına təsir etsinlər və onları bizə qarşı yönəltsinlər. Strateji məqsəd – Rusiyanın obrazının demonizasiyasıdır. 
İtalyan filosofu Mauro Belardi  bildirmişdir ki, Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ABŞ və Avropa maliyyə elitalarına sərfəlidir. Avropa İttifaqı əslində siyasi təsisat deyil, Avropa xalqlarını yumruqları altında saxlayan bankların toplusudur. Bilməyiniz vacibdir ki, real Avropada qlobalistlərin maliyyə tiraniyasına qarşı müqavimət vardır. Biz ziyalılar qlobalçıların Avropada hegemonluğuna qarşıyıq. Xalqda potensial qiyam qaynayıb daşır. Təəssüf ki düşmən güclüdür. Onun apardığı informasiya müharibəsinə biz mədəni müharibə ilə cavab verməliyik. Onların pulu var, bizim isə ruhumuz var. Görək kim qalib gələcək.
Tədbir iştirakçılarının gəldiyi yekdil nəticə bu olmuşdur ki, informasiya müharibəsinə həsr olunmuş tədbirləri tez-tez keçirmək lazımdır.

Комментариев нет:

Отправить комментарий