04.02.2022

Kecmiş MTN generalının gizli həbsxanası ÜZƏ CIXDI - Eynən "Qurdlar vadisindəki" kimi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdiyi bir vaxtda onun istintaqdan kənar qalan külli miqdarda varidatı üzə çıxıb.
İbtidai istintaq zamanı Mövlam Şıxəliyevin vaxtilə tabeliyində çalışan şöbə rəisi Vüsal Ələkbərov, şöbə rəisinin müavini Sahib Ələkbərov və idarənin rəis müavini Yasin Məmmədovla birlikdə 36 zərərçəkənə 20 milyon manatdan artıq ziyan vurduğu müəyyən edilib. Mövlam Şıxəliyevin 7 milyon 738 minlik, Yasin Məmmədovun isə 278 minlik əmlakının üzərinə həbs qoyulub. İstintaqın digər 2 təqsirləndirilən şəxsin əmlaklarının üzərinə həbs qoymamasının səbəbi bilinmir.
Zərərçəkən Hüseyn Səfərov Qaynarinfo-ya bildirib ki, Mövlam Şıxəliyev əmlaklarını ailə üzvlərinin adına rəsmiləşdirib: "Öz şəxsi zindanına çevirdiyi MTN təcridxanasında aylarla, illərlə vətəndaşları, iş adamlarını girov saxlayıblar. Bizlər MTN-də girovluqda olanda Mövlam Şıxəliyevin tələb etdiyi pulları yığmaq üçün həyat yoldaşlarımız, qızlarımız qızıl-zinət əşyalarını, evlərini satıb, borca girib, gözləri yaşlı qalıb. 76 gün MTN-də girov saxlanılmışam. 76 gün ərzində ailəm, oğlum, qızlarım zülm-zillət içində olublar. Azərbaycanda Mövlam Şıxəliyevin soyğununa məruz qalan şəxslərdən biri də mən olmuşam. Təsəvvür edin ki, çağırıb deyiblər pul ver. Mən də heç bir cinayətim olmadığını demişəm, pul verməkdən imtina etmişəm. 2 ay yarım məni həbsdə saxlayıb evimi, oğlumun maşınını, qızlarımın, həyat yoldaşımın qızıl-zinət əşyalarını satdırıb pulunu alıblar. Bundan sonra məni qanunsuz həbsdən azad etsələr də yenə də əl çəkməyiblər. Hər dəfə bir şey fikirləşib məndən pul qoparırdı. Gah deyirdi ad günümdür, mənə kostyum al. Gah deyirdi rütbə almışam, pul ver. Mənim kimi yüzlərlə iş adamı, sahibkar olub ki, şərləyib qanunsuz həbs ediblər, girov saxlayıblar, pul alıb buraxıblar. Amma əl çəkməyiblər. Zərərçəkən Əhməd Mirzəyev var. Ondan da yarım milyon dollar alıblar. Azad edəndən sonra isə 25 min dollara kostyum aldırıb. İndi də kişilikdən danışır. Başqa kişinin puluna alınan kostyumu əyninə geyinib və zəng eləyib ki, bəs 2 ədəd də qızıldan olan "Vertu” al gətir”.
Hüseyn Səfərov daha sonra Mövlam Şıxəliyevin gizli həbsxanasının olduğunu iddia edib: "Bakıxanov qəsəbəsində, Muxtar Fətəliyev 90 ünvanında Mövlam Şıxəliyevə məxsus olan, Yaşar Cabbarovun qardaşı Vüqar Cabbarovun adına rəsmiləşdirilən 3 mərtəbəli "Lava” hamam kompleksi var. Elə həmin binada "Mini Sədərək” adlı bir, "Elit Cehizlik” adlı ikinci böyük mağaza da var. Həmin ünvandan Mövlam Şıxəliyevgil adamlara işgəncə vermək üçün də istifadə ediblər. Bu haqda əlimdə məlumatlar var, onları da Baş Prokurorluğa təqdim edəcəyəm. Bundan başqa Çingiz Ağayev, Yaşar və Vüqar qardaşları üzərindən baş ofisi Dərnəgüldə olmaqla santexnika alveri ilə məşğuldurlar. "BAXİ” mağazalar şəbəkəsi ilə Mövlam Şıxəliyevin əlaqəsi var. Bu gün ölkəyə gətirilən telefon aksesuarlarının biznesi də Mövlam Şıxəliyevin inhisarındadır. Telefon aksesurlarını Bakıda "Velotrek” ərazisində, 28 May, Neftçilər, Əhmədli, Sumqayıtda və respublikanın digər ünvanlarında "Zone 1” mağazalar şəbəkəsi üzərindən reallaşdırırlar”. /qaynarinfo/

Комментариев нет:

Отправить комментарий