Ətraf mühitin çirklənməsi və digər mənfi amillərə baxmayaraq məşhur professor İvan Neumıvakinin sistemini tətbiq etməklə, biz kosmonavtlar kimi sağlam ola bilərik. Maraqlıdır ki, bunun üçün böyük vəsait və hansısa bahalı dərmanlar lazım deyil. 70 illik həkim təcrübəsi olan professor iddia edir ki, əslində bir çox dərmanlardan imtina etməklə özümüzə yalnız kömək edəcəyik. Sağlam həyat tərzi üzrə ustad, rəsmi təbabətin qatı opponenti - İvan Neumıvakin fəaliyyətə kiçik elmi işçi kimi başlayıb. Daha sonra Tibbi və Bioloji Problemlər İnstitutunun nəzdindəki Kosmik Uçuşlarda Tibbi Xidmət İnkişafı Şöbəsinin rəisi vəzifəsinə qədər yüksəlib. Tibb elmləri doktoru, professor, SSRİ Dövlət mükafatı laureatı olan İvan Neumıvakinə Sovet kosmonavtlarının sağlamlaşdırılması proqramının rəhbəri kimi bu işə ölkənin ən yaxşı həkim və alimlərini cəlb etmək imkanı verilib. Yerli həkimlərdən böyük təcrübə toplayan mütəxəssis zamanla öz ixtiralarını zənginləşdirib. Sovet astronavtlarının müalicəsini araşdırarkən o, “Sağlam insan kimdir” sualına cavab tapmağa çalışıb. O, əmin idi ki, orqanizm - özünü nizamlayan sistemdir, hansı ki ehtiyat gücləri 80% istənilən problemi aradan qaldırmağa malikdir. Rus kosmonavtları yarım əsrdən çoxdur ki, İvan Neumıvakinin yaratdığı unikal bərpa sistemi sayəsində sağlam qalır və xəstələnmir. Həkimin sözlərinə görə, kosmonavtlar üçün bu sistemi hazırlayarkən əvvəlcə sağlamlıq və xəstəlik arasındakı həddi və insanın xəstənlənmə səbəblərini müəyyənləşdirib. Daha sonra “Kosmosda rəsmi tibb vasitələrindən nəsə istifadə etmək olarmı?” sualına cavab tapmağa çalışıb. Nə məlum olub ki, olmaz. Publika.az 90 yaşına qədər elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olan məşhur professorun rus mətbuatına verdiyi müsahibəsini təqdim edir.
- Sizi rəsmi tibdən ayıran cəhətlər hansılardır?
- Biz sizinlə enerji sistemini – canlı maşını təmsil edirik. Daxilimizdə "konveyer" var və ağız "parçalayıcı bir sistemdir". Biz yemək tikələrini iri-iri udmalı deyilik, yavaş-yavaş çeynəməli və praktiki olaraq onu üyüdərək maye halına gətirib “içməliyik”. Bu zaman kompüter, yəni beyin çörəyi, sıyığı və ət tikəsini görür və mədəyə əmrlər verməyə başlayır. Ət tikəsi üçün daha çox konsentrasiya edilmiş, çörək taxıl üçünsə bir qədər az hidroklor turşusu lazımdır. Kifayət qədər çeynənməmiş qidanın sadəcə səthi hidroklor turşusu ilə yaş olur və tikənin içinə nüfuz etmir. Ən dəhşətlisi odur ki, ət tikəsinin həzmi üçün kifayət qədər ayrılan hidroklor turşusu su ilə həll olunaraq turşu konsentrasiyasını azaldır. Nəticədə yemək həzm olunmur və yediyiniz hər şey, "şlaklara" - işlənməmiş metabolik məhsullara çevrilir. Bu zaman biz sağlamlığımız üçün lazım olduğundan dörd-beş dəfə artıq yeməyə başlayırıq. Orqanizmdə toplanmış “artıq qidalar” isə gələcəkdə həkimlərin müalicə etməli olduğu xəstəliklərə çevrilir. Bu, indi baş verməsə də, bir gün mütləq baş verəcək.
- Siz daha az maye içməyi təklif edirsiniz?
- Baxır hansı maye. Məsələ ondadır ki, hüceyrələrə su yalnız təmiz halda keçir. Odur ki gündə iki litr təmiz su içməlisiniz. Mineral su, üstəlik qazlı içkilər təhlükəli məhsullardır. Hüceyrələr onları təmizləməyə məcburdur. Qəhvə və çay qısa müddətli enerji sıçrayışı yaradır, amma bu, orqanizmdə su çatışmazlığını daha da ağırlaşdırır. Bu və buna bənzər içkilər işlənə bilmir. “Çirkli” su hüceyrələrə daxil olaraq enerji yaratmaq yerinə, sonuncunun onu təmizləyə bilməsi üçün əlavə enerji xərcləməsinə səbəb olur. Çirk təmizlənir, amma bədənin su ehtiyatı ilə birlikdə enerji də tükənməyə başlayır. Dolayısı ilə hüceyrələr şlaklarla dolur. Hipertoniya, ateroskleroz, aritmiya və bir çox xəstəliklər "natamam" maye qəbulunun nəticəsidir. Odur ki, xəstəliklərin yaranmasının başlıca səbəbləri aydındır.
- Xərçəng xəstəlikləri də?
- Hesab edirəm ki, belə xəstəliklər yoxdur.
- Necə yoxdur?
- Bədənin şlaklanlanması nəticəsində yaranan vəziyyətlər var. Hüceyrələr faktiki olaraq çirkli və oksigensiz mühitdə yaşamağa başlayır. Bu səbəbdən də hüceyrələr mutasiyaya uğrayaraq onkoloji xəstəliklərə çevrilir. Ümumiyyətlə, xərçəng hüceyrələri istənilən orqanizmdə var, sadəcə olaraq sağlam insanın immuniteti onlara müqavimət göstərir. Lakin fərd zəiflədiyi zaman bu hüceyrələr sürətlə çoxalmağa başlayır. Prinsipcə, orqanizmin "yaxşı" və "pisi" tanıması üçün bu hüceyrələrə həmişə ehtiyacı var. Lakin yaxşı pisin yayılmasına imkan verməməlidir. Əgər stresslərin, səhv qidalanmanın hipertoniyanı provokasiya edilməsi və s. hesabına "yaxşı" hüceyrələri boğursunuzsa, onda onun yerini "şər" hüceyrələr tutacaq. Biz üç həftə ərzində dərmanlarsız və klizmasız daxili orqanları təmizləyən sağlamlaşdırma mərkəzi yaratmışıq. Xəstələrdə heç bir kardioloji mərkəzin müalicə edə bilmədiyi hipertoniya da yox olur. Biz orqanizmdən bütün “kiri” təmizləyirik.
- Hansı üsulla?
- Yarıac üsulun hesabına. Xüsusi bitki çayları qanı, böyrəkləri, qaraciyər və mədəaltı vəzini təmizləyir. Xüsusi sistem iki gün ac qalmağa və iki gün çayları içməyə icazə verir.
- Sizin mərkəz skleroz, parkinsonizm və digər müalicə olunmayan xəstəlikləri müvəffəqiyyətlə müalicə edir...
- Üç-altı aydan sonra yataq xəstələri artıq bazara alış-verişə gedir və sərbəst şəkildə özlərinə xidmət edirlər. Sirr sadədir: onlar əvvəlcə hüceyrələri inanılmaz dərəcədə ehtiyac duyduğu su ehtiyatı ilə təmin edir. Həkimlər suyun ən yaxşı elektrolit və enerji mənbəyi olmasına diqqət yetirmirlər. Su olmadan mitoxondriya işləmir, o bir növ hüceyrələri enerjiylə təchiz edən su-elektrik stansiyalarıdır. Suyun çatışmazlığından əziyyət çəkən ilk orqan beyindir. Qəzəb, baş ağrısı, miqren, yorğunluq, məhsuldarlığın aşağı düşməsi burdan qaynaqlanır. Rəsmən bəyan edirəm ki, xərçəng və QİÇS diaqnozu yoxdur. Bu xəstəliklər nəticə və vəziyyətlərdir, səbəb yox. Bir insan xərçəngin müvəqqəti vəziyyət olduğuna əmindirsə, ondan xilas ola bilər. Bunun üçün hər şeydən əvvəl səhvlərini, həyatda etdiyi pislikləri özünə etiraf etməli, günahlarından tövbə etməli və incitdiyi insanlardan əfv diləməlidir. Növbəti mərhələdə bütün diqqətinizi müalicə prosesinə cəmləmək lazımdır. Məhz bu yanaşma istənilən zərərli amillərə qalib gəlir.
- "Ürək sinədə yerləşmir” iddianız insanları təəccübləndirir...
- Ürək mayenin ötürülməsini həyata keçirən motordur, o, əsasən göbəyin altında yerləşir...
- Necə yəni?
- Bir yetişkin insanın boyu 150-180 santimetrdir. Ağırlığın təsiriylə maye aşağı düşür, ancaq onu altdan yuxarı qaldırmaq lazımdır. Bunu isə damarların yerləşdiyi əzələlər yerinə yetirir. Bunlar, əzələlərin sıxılması ilə qanı yuxarı doğru itələyən xüsusi nasoslardır. İdmanla məşğul olmasanız, bədənin və ayaqların əzələlərini məşq etdirməsəniz, ateroskleroz, varikoz və trofik xəstəlikləri inkişaf etdirir... Qanı itələmək (qan dövranı) üçün daha çox səy göstərməli olur. Birinci, sol mədəciyin hipertrofiyası meydana gəlir, sonra müxtəlif aritmiyalar başlayır, daha sonra infarkt və ya insult baş verir. Ürəyin kifayət qədər gücü yoxdur ki, qan dövranın fəaliyyəti üçün lazım olan beş yüzdən çox əzələnin əvəzinə işləsin. Odur ki, qan dövranının normal fəaliyyət göstərməsi üçün ürək qatılaşmış deyil, su ilə zənginləşdirilmiş qanla işləməlidir. Buna nail olmağı demək olar ki, heç kim insanlara öyrətmir. Çox az adam bilir ki, yeməyə başlamazdan on-on beş dəqiqə əvvəl bir və ya iki stəkan su içmək lazımdır. Su mədənin kiçik qurtaracığından sərbəst şəkildə keçir və qələvinin yığıldığı on iki barmaq bağırsağında toplanır. Nəticə etibarilə su mədədə turşu halına gəlmir, ancaq qələviləşir.
- Bəs yeməkdən sonra ənənəvi kompot, qəhvə və ya çay içmək olmaz?
- Heç bir halda! Yeməkdən sonra yalnız ağzınızı yuyun. Ət yeməklərindən saat yarım və ya iki saat sonra heç bir şey yemək və ya içmək olmaz. Ətin həzm olunması üçün mədə şirəsinin ifraz olunması lazımdır. Çünki onun tərkibində orqanizm üçün faydalı elementlər var və onlar həzm prosesində ayrılmalıdır. Mədə boşdursa, acqarına heç nə yeməyin, əvvəlcə bir stəkan su içməlisiniz. Amma yemək istəmirsinizsə, yeməyin! Vaxtaşırı olaraq bədənə istirahət vermək lazımdır. Axı səhər yeməyi hələ də həzm olunmaya bilər. Qarnınızı yeməklə doldursanız, o çürüyə bilər. Bütün problemlər də əslində burdan qaynaqlanır. Odur ki acqarına həmişə su için. Su bizim üçün ən faydalı qidadır, axı faktiki olaraq bədənin dörddə üç hissəsi sudan ibarətdir. Çəkidən asılı olaraq gün ərzində 1,5 və ya 2 litr su içmək lazımdır. Yerdə qalan içkilərin sağlamlığa heç bir faydası yoxdur. Yaşlı insanlara nəzər salın, onlar gün ərzində 2 litrə yaxın su qəbul etməyə başladıqda üzündəki qırışlar açılır, bağırsaqlar isə normal fəaliyyət göstərməyə başlayır. Çünki hüceyrələr suda üzür, bu, onun həyatının təməlidir. Bu səbəbdən də çox və yalnız təmiz su içmək lazımdır.
- Təmiz su necə olmalıdır?
- Butulkada satılan sular təmiz deyil. Onlar butulkada qaldıqca turşulaşır, onun РН səviyyəsi 6,5-7-dir.
- Bəs əsl təmiz suyu hardan əldə edək?
- Axşam qazanı ya da şüşə qabı krandan gələn su ilə doldurun. Su durulur və xlor aşağı enir. Gözlə görünməməsinə baxmayaraq səhər orda çöküntü qalacaq. Qabdakı suyun təxminən üçdə ikisini çaydana süzün, dibini isə tullayın. Amma hər zamankı kimi qaynatmayın, kiçik köpükcüklər görünməyə başlayanda oddan alın. “Soyuq qaynamış” su gün ərzində quruluşunu saxlayır. Hüceyrələrin məhz belə suya ehtiyacı var. Bu halda hüceyrələr onun təmizlənməsinə vaxt və enerji xərcləmir. Belə su həqiqətən də insan sağlamlığını geri qaytarır.
- Sağlamlığı qorumaq üçün günün hansı saatlarında yemək lazımdır?
- Məsələ ondadır ki, daimi olaraq axşam saat yeddidən sonra yemək yeyən insan heç vaxt sağlam ola bilməz. Saat 9-dan sonra mədəaltı vəz mədə ilə birlikdə yuxuya getməlidir. Bu vaxta qədər isə mədə boş olmalıdır. Bu zaman onlar estafeti melatonin hormonu ifraz edən epifiz vəzinə verməlidir. O axşam saat 11-də ayrılır.
- Yuxarıda sadalananların dinlə nə əlaqəsi var?
- Məsələ ondadır ki, din və elm bu gün ümumi nəticələrə gəlir. Kainatda baş verən hər şey onu əhatə edir. Din insan fəaliyyətinin də əsasını təşkil edir, ən azından elə olmalıdır. Amma biz mənəviyyat barədə unudaraq yüksək qanunların üstündən xətt çəkmişik və bütün diqqəti maddiyyat üzərində toplamışıq. Qəlbdə heç bir Allah sevgisi yoxdursa, bu o deməkdir ki, insan həyatdan hər istədiyini əldə edə bilər. Əvəzində isə heç nə vermək istəməyəcək. Bu gün ətrafımızda gördüyümüz içki aludəçiliyi də buradan qaynaqlanır.
- Bizi əhatən edən, duyğularımıza və daxili aləmimizə təsir edən mənfi amillərdən necə xilas ola bilərik?
- Siz mənə uşaq sualı verirsiniz, amma onda dərin bir məna yatır. Bu sualın cavabı min illər əvvəl tapılıb: özünə rəva bilmədiyini başqası üzərində tətbiq etmə. Bilin ki, siz ətrafınızda olan hər şeyin bir parçasısınız. Biri digərindən asılıdır. Başqasına pislik edən insan ilk növbədə özünə zərər verir. Bununla siz mənəviyyatınızı və əxlaqi dəyərlərinizi məhv edirsiniz. Yadda saxlayın ki, mənəviyyatın zədələnməsi qaçılmaz olaraq bədənin xəstəliklərinə, hətta erkən ölümünə gətirib çıxarır. Onlardan yalnız bir yolla xilas olmaq mümkündür - başqalarına zərər verməyi dayandırın, yaxşı əməl sahibi olun, mənəvi zənginliyin qayğısına qalın, öncəliyi madiyyata verməyin. Qısa desək, həyatınızı dinin verdiyi əmrlərinə uyğun yaşayın.
- İvan Pavloviç, sizin ultrabənövşəyi işıq ilə müalicə üsulunuz insanlara kimyəvi preparatlardan xilas olmağa kömək edir, bitki və heyvanat aləmini effektiv şəkildə sağaldır, cəmiyyəti ekoloji cəhətdən təmiz ət, süd və digər tərəvəz məhsullarla təmin edir. Nə üçün xilasedici sistem belə bir müvəffəqiyyətli testdən sonra ölkədə tətbiq edilmədi?
- On illərlə kosmonavtika sahəsində çalışdım. Ümid edirdim ki, tibb işlərimi sağlam düşüncəli insanlar həyata keçirəcəklər. Doğrudan da, bütün sınaqların keçirilməsindən sonra SSRİ Səhiyyə Nazirliyindən onların sağlamlıq sisteminə daxil edilməsi haqqında icazə alındı. Lakin Sovet İttifaqı tezliklə dağıldı. Rusiya Federasiyası yenidən eyni sınaqların keçirilməsini tələb etdi. Çünki Sovet müəssisələrində əldə edilmiş nəticələr hazırkı nazirlik üçün artıq etibarsız sayılırdı. Bu isə əsl cəfəngiyatdır. Daha sonra təqaüdə çıxdım, eyni testləri yenidən həyata keçirməyə nə gücüm var idi, nə də enerjim. Və mənə heç kim kömək etmək istəmədi. Sonra gördüm ki, insanları müalicə edən mövcud qaydaları (əslində isə onlara zərər verən) pozuram. Əvəzində isə dərman, mineral gübrə, herbisidlər və digər kimyəvi maddə istehsalçılarını “yedirirlər”.
- Səhiyyə sisteminə hansı tövsiyələri verərdiniz?
- Müalicə sistemimin geniş şəkildə tanıdılmasını istərdim. Bunun üçün heç bir tomoqrafiya, heç bir kompleks avadanlıq tələb olunmur - insanları dərman və kimyəvi maddə asılılığından azad etmək üçün sadəcə olaraq həkimlərin istifadə etdiyi ənənəvi metodikalara ehtiyac var. Rusiyanın Dövlət Dumasında bu təklifim ən yüksək səviyyədə anlaşıldı. Lakin həyata keçirilmə məsələsi ortaya çıxdıqda, Rusiyada sağlamlıq üzrə məsul olan qurumlar reabilitasiya mərkəzlərinin təşkili üçün zəruri olan pulları tapmadı. Və ümumiyyətlə məlum oldu ki, insan, heyvan, bitki aləminin və torpağın yaxşılaşdırılmasına hesablanan ekoloji sistem heç kimə lazım deyil... Kosmonavtika sahəsindən getdikdən sonra kosmos üçün işləyib qazandığım sistemi səhiyyə sistemində tətbiq etməyə çalışırdım, amma qəzəbli müqavimətə rast gəldi. Məlum olur ki, öz işlərimlə "yerli elmin nüfuzunu pozuram”. Halbuki mən insanın niyə xəstələnməsinin əsas səbəbi tapmışdım. Bir müddət əvvəl bir hökumət rəsmisi bildirdi ki, kiçik şəhərlər perspektiv deyil, onları meqapolislə birləşdirmək lazımdır. Guya bu layihənin həyata keçirilməsi Rusiyanın əsasını məhv edəcək. Bəs onun yenidən doğuluşu hardan başlaya bilər? Yenidən canlanma yerdən, təbiət biliklərindən, bütün canlılara olan sevgidən və onu gələcək nəsillər üçün qorumaq arzusundan başlayır. Sağlamlaşdırma islahatları məhz kiçik rayonlardan və bölgələrdən başlamalıdır, meqapolislərdə yaşayan insanların 90 faizinin bitki, meyvə və tərəvəzlərin harda və necə yetişdiyi, ümumiyyətlə, çörəyin necə əmələ gəlməsi barədə heç bir fikri yoxdur.
- Həqiqətənmi bütün canlıları yaxşılaşdırmağa və torpağı təmizlməyə imkan verən sisteminizin tətbiqi üçün heç bir ümid yoxdur?
- Xoşbəxtlikdən, Belarus bununla maraqlanır. Orda hələ də pulsuz tibb, pulsuz təhsil var. Təəccüblü deyil ki, bu ölkə mənim “lazımsız” hesab olunan sağlamlıq sistemimə maraq göstərir. İnanmaq istəyirəm ki, bütün planetin bərpası burdan başlayacaq.
Комментариев нет:
Отправить комментарий