10.02.2022

Tanınmış rusiyalı politoloq, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü
Valeri Korovin:

“Amerikan ordusunun möhtəşəmliyi haqqında mif həddən artıq şişirdilmişdir. Büdcəsinin 750 milyard dollar olmasına baxmayaraq amerikan ordusu Əfqanıstandakı hərbi kampaniyanı uduzdu və ordan biabırçı şəkildə qaçdı. Amerikan vergiödəyicilərinin pulu ilə alınmış bahalı texnikanı tələm-tələsik qoyub getdi. Amerikan ordusunun birbaşa iştirak etdiyi bütün müharibələri ABŞ faktiki olaraq uduzmuşdur. İstər amerikan ordusunun biabırçı şəkildə qaçdığı Koreya və Vyetnam olsun, istərsə Fidel Kastronun azsaylı inqilabçılarının qarşısında cılız duruma düşdükləri Kuba olsun. Amerikan qlobalist proyekti Suriyada rus hərbçiləri tərəfindən dayandırıldı. Bu proyekt Suriya qumunda batdı. Rus ordusu amerikan ordusundan qat-qat güclüdür, bunu amerikanlar özləri də etiraf edirlər, hətta amerikanların reytinq cədvəllərində rus ordusu amerikan ordusundan sonra ikinci yerdə gedir. Özlərini ikinci, rus ordusunu birinci yerə yerə qoymayacaqlar ki! Amerikan hərbçilərinin yaxşı bacardığı bircə şey var: dinc sakinlərin yaşadığı məntəqələri uzaqdan atılan raket zərbələri ilə məhv etmək. İndi fikirləşin dünyanın ən qeyri-effektiv və ən effektiv ordularının toqquşmasından nə baş verə bilər?”.

Комментариев нет:

Отправить комментарий