13.02.2022

Professor Qaqik Oqancanyan: Ermənistan iqtidarı ilə Azərbaycan müxalifətinin xaricdəki ağaları eyni adamlardır

Texniki elmlər namizədi, yazıçı, Rusiya Təbiətşünaslıq Akademiyasının professoru Qaqik Oqancanyan caliber az saytına müsahibə vermişdir.
Həmin müsahibədən vacib məqamları sizin də nəzərinizə çatdırırıq.

Qarabağın 30 illik “müstəqilliyi” dövründə onun əhalisi artmadı.
***
SSRİ-ni dağıdanların bu günkü məqsədi Rusiyanın özünü də məhv etməkdir. Onlar bunu gizlətmirlər də.
***
Azərbaycan və erməni xalqları arasına konflikti ona görə saldılar ki, SSRİ-nin dağılmasına nail olsunlar.
***
Əgər Rusiya prezidenti İkinci Qarabağ müharibəsini vaxtında saxlamasaydı, hər iki tərəfdən minlərlə gənc qırılacaqdı, xalqlarımızın genefondu məhv olacaqdı.
***
Ermənistan iqtidarı ilə Azərbaycan müxalifətinin xaricdəki ağaları eyni adamlardır.
***
Xaricdəki ağaları Ermənistan iqtidarına və Azərbaycan müxalifətinə daha bir tapşırıq veriblər: xalqda Rusiyaya qarşı nifrət yaratmaq.
***
Siz Qərbə hər cür xidmət göstərə bilərsiniz, amma regiondakı bütün məsələləri Rusiya həll edir.
***
Qarabağ müharibəsində döyüşlərin gedişatı Yerevandakı ABŞ səfirliyinə onlayn məruzə olunurdu. Paşinyanın xanımı məhz bu məqsədlə hərbi ştabda oturmuşdu və işlərə nəzarət edirdi.
***
Erməni cəmiyyətini Rusiyanın dirçəlişindən sonra siyasi marginallara çevrilmiş Makron, Trüdo, Brüsseldən olan qemafroditlər hesabına yenidən ruhlandırmaq cəhdləri kənardan gülünc və cılız görünür.
***
Rusiyanı Qərbə satmadığına görə Putin Əliyevə hörmətlə yanaşır. Putin satqınlara nifrət edir. O strateqdir və gözəl bilir ki, xalqlarımız yenidən sülh və əmin-amanlıqda yaşamağı öyrənməlidirlər və bunu bacaracaqlar da. Odur ki, kommunikasiyalar üzrə proyektlərin və qarşılıqlı inteqrasiyanın uğurla nəticələnəcəyinə mənim heç bir şübhəm yoxdur.
***
Əgər Ermənistan ilə Azərbaycan arasında barışdırıcı qüvvə Qərb olsa düşmənçiliyi davam etdirəcəklər, əgər Rusiya olsa barışacaqlar və sülh və əmin-amanlıq şəraitində yaşayacaqlar.
***
Əgər “SSRİ-də insanların hüquqları tapdalanırdımı?” sualını mənə 90-cı illərdə versəydilər ki, emosiyanın ağıldan üstün şəkildə tüğyan etdiyi həmin dövrdə mən də bir sıra həmyaşıdlarım kimi ağzıma gələni danışardım, Sovet hökumətini olmazın günahlarda günahlandırardım. Çünki o vaxt doğrudan da Allah bizim ağlımızı əlimizdən almışdı. Suların durulduğu indiki dövrdə isə heç bir şişirtmə olmadan deyə bilərəm ki, Allah bizə Sovet dövründə yaşamaq xoşbəxtliyi qismət etmişdir və insanlıq tarixinin ən ədalətli cəmiyyətinin qurulmasının şahidi olmuşuq. Təəssüf ki biz bunu sonradan, həmin xoşbəxt günlərin izi-tozu da qalmayanda başa düşdük. Sovet dövründən ancaq xoş və işıqlı xatirələr qalıb.

Комментариев нет:

Отправить комментарий