11.06.2022

Aleksandr Duqin, “Turan”


“Tarixçilər Konstantinopoldakı Müqəddəs Sofiya Məbədinin məscidə çevrilməsinə pis hal kimi baxırlar. Onlar həmin məsələni müzakirə edərkən bunu qalibin məğlub edilən üzərində kobud dini zorakılıq aktı kimi səciyyələndirirlər. Elə müsəlmanlar özləri də bu işə yaxşı yanaşmırlar. Belə ki müsəlmanların nəzərində xristianlar da kitab əhlidirlər və onların ziyarətgahlarının təhqir edilməsi Qurana zidd sayılır. Məscidlər ayrıca tikilməlidir, minarələri isə kilsələrin günbəzlərindən uca olmalıdır ki, islamın üstünlüyü ifadə olunsun. Həm də kilsənin məscidə çevrilməsi islamı xristianlıqla eyniləşdirmək mənasına gəlir ki, bununla islamın mahiyyəti bir növ “aşağı salınır”. Beləliklə osmanlıların bu jesti nə müsəlmanlar, nə də xristanlar tərəfindən başa düşülür. Əslində isə bu məsələnin mahiyyəti tam fərqlidir. Türklərin din anlamında əsas tərəfi dini sinkretizm tutur. Türklər üçün müqəddəs məkan elə müqəddəs məkandır – o necə qurulub və onda hansı tanrıya ibadət edirlər, bu ikinci dərəcəli əhəmiyyət daşıyır. Türklər bu jestləri ilə bir daha bütün dünyaya mənəvi sivilizasiyanın varisləri olduqlarını göstərdilər. Sübut etdilər ki, Bizans irsinin layiqli davamçılarıdır. Onlar başqalarının bunu necə qəbul edəcəyinə fikir də vermədən bunu etdilər. Bəli, bu yad dindən olanların müqəddəs məkanını təhqir etmək deyil, bu teoloji cəhətdən səmimi, türk təfəkkürü kontekstində tam başa düşülən sinkretik bir gedişdir”.

Комментариев нет:

Отправить комментарий